MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə53/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   49   50   51   52   53   54   55   56   ...   78
mülki müdafiə

Fövqəladə rejimdə  gündəlik rejimdə fəaliyyət göstə­rən qüv­vələrdən əlavə, həmçinin müşahidə və laboratoriya nəzarəti şə­bəkəsinə daxil olan nazirlik, komitə, şirkət, Elmlər Akademiyası və s. idarələrin müvafiq qüvvələri ilə həm müşahidə, həm də la­bo­ratoiya nəzarəti aparılır.


MÜHAZİRƏ 10
Dozimetrik nəzarət cihazları
Mülki müdafiə sistemində dozimetriyanın əsas vəzifəsi – müx­təlif radiasiya vəziyyəti şəraitində əhalinin, MM qoşunları və hərbiləşməmiş dəstələrinin fəaliyyətini təmin etmək məqsə­dilə ion­laşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir:
- əhalinin həyat fəaliyyətinin və zədələnmə ocaqlarında xi­las­etmə və digər təxirəsalınmaz işlərin təhlükəsizliyini təmin et­mək üçün şüalanmaların aşkar edilməsi və ölçülməsi;
- dezaktivasiya və sanitariya təmizlənməsinin keçirilməsi zə­ru­­rə­tini, bunların keyfiyyətini müəyyən etmək, habelə zəhər­lən­miş ər­zaq məhsullarından istifadə etməyin mümkünlüyünü, nor­ma­­la­rı­nı təyin etmək üçün müxtəlif obyektlərin zəhərlənmə dərə­cə­lərinin öl­çülməsi;
- radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş qa­biliyyətini təyin etmək məqsədilə şüalanma dozalarının ölçülməsi;
- ərzaq məhsullarının, suyun, alafın radioaktiv maddələr­lə zə­hərlənmə dərəcələrinin laboratoriyalarda ölçülməsi.
Dozimetrik cihazları – onların təyinatına, vericisinin tipinə, öl­çülən şüalanmanın növünə və cihazın sxeminin çevirdiyi elek­trik siqnallarının xarakterinə görə təsnif etmək olar. Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır:
İndikatorlar – radiasiya kəşfiyyatı üçün ən sadə cihaz­dır. Bu cihazlar vasitəsilə şüalanmaları aşkar etmək, beta və qamma şüa­lanma dozalarının gücünü təxmini qiymətlən­dirmək mümkün­dür. Cihazlar işıq və ya səs siqnalı verən sadə elektrik sxeminə ma­likdir. İndikatorlar vasitəsilə doza gücünün artdığı­nı və ya azal­dığını təyin etmək olur. Belə cihazlarda verici olaraq qazboşalma say­ğacı tətbiq edilir. Cihazların bu qrupuna DP-63, DP-63A, DP-64 CİT 350, CİT 650 indikatorları aid edilir (şəkil 2.33).



a b
Şəkil 2.33. İndikatorlar:
a – diaqram tipli rəqəmsal CİT 350; b – çoxkanallı rəqəmsal CIT 650



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə