MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Təhlükəli maddələrin aşkarlanması metodları



Yüklə 4,5 Mb.
səhifə51/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   47   48   49   50   51   52   53   54   ...   78
mülki müdafiə

Təhlükəli maddələrin aşkarlanması metodları
Mülki müdafiə üzrə mülki təşkilatların yaradılmasına dair me­todik tövsiyələr kimyəvi təhlükəli və ya kimyəvi təhlükəli mad­­­­də­lər istehsalı və istifadəsi ilə məşğul olan obyektlərdə ra­di­a­siya və kimyəvi müşahidə postlarının yaradıl­masını tələb edir. Kimyəvi müşahidə postlarının əsas məqsədi aşağıda­kı­lar­dır:
- radiasiya, kimyəvi, bakterioloji (bioloji) və meteoroloji mü­şahidələrin aparılması;
- əhalinin radiasiya, kimyəvi və bakterioloji (bioloji) çirk­lən­mə haqqında xəbərdar edilməsi;
- çirklənmə ərazilərinin sərhədlərinin müəyyənləşdiril­məsi;
- ərazidə radiasiya və havanın zəhərləyici maddələrlə çirk­lən­məsi səviyyəsinin dəyişməsinə dair nəzarətin aparıl­ması;
- havadan, sudan, torpaqdan, bitki örtüyündən nümunələ­rin götürülməsi və onların müayinə üçün laboratoriyaya göndərilməsi.
Radiasiya və kimyəvi kəşfiyyat bölməsi öz-özlüyündə bir va­hid kimyəvi müşahidə postu (KMP) təşkil edir. Bölmə müşa­hi­də­ni, adətən, kimyəvi kəşfiyyat avtomobilindən aparır. KMP-la yax­şı görünüş sahəsinə malik olmalı və gizlədilməlidir. Bu kimi postlar meşə kənarında və ya görünən oriyentirlər yanında qurul­ma­malıdır. Bəzi hallarda müşahidəçilər səngərlərdə və ya xüsusi təchiz edilmiş müşahidə səngərlərində yerləşdirilmə­lidir. KMP-larda rəhbərlik bölmə komandiri tərəfindən həyata keçirilir. Kəş­fiy­yat zamanı komandirlə əlaqə radiostansiya və ya simli ra­bi­tə vasitəsilə baş verir. Hər hansı bir radiasiya və ya kimyəvi zədə­lən­mə aşkar olunarsa, bölmə komandiri xüsusi həyəcan siqnalı verir və bu barədə komandirə (rəisə) məruzə edir. Bundan sonra mü­şa­hi­dəçi fərdi mühafizə vasitələrini hazır vəziyyətə gətirir və ra­di­a­si­ya səviyyəsini, zəhərli maddələrin növünü müəyyən edərək nəti­cə­lər haqqında bölmə komandirini məlumatlandırır, eləcə də növ­bə­dənkənar meteoroloji ölçmələr aparır. Növbə təhvil verildik­də yeni gələn müşahidəçi müşa­hidə nəticələri ilə tanış edilir, ona nə­yə xüsusi diqqət yetirilməsi anladılır və müşahidə postunun ava­danlığı təhvil verilir.Bölmə komandiri müşahidəçinin məru­zə­si­ni alaraq onun verdiyi məlumatları yoxlamalı və kimyəvi müşa­hi­də postunu irəli çəkən komandirə (rəisə) məruzə etməlidir. Son­ra mü­şahidə nəticələri bölmə komandiri tərəfindən müşahidə jur­na­lında qeyd edilir, nəzarət rayonunda zədələnmiş ərazinin və ha­va­nın kəş­fiyyatı, radiasiya səviyyəsinə nəzarət təşkil edilir.
Radiasiya və kimyəvi müşahidə jurnalında aşağıdakı para­metr­lər öz əksini tapır:
- ölçülmə vaxtı;
- radiasiya səviyyəsi, R/san;
- ölçülmə yerinin koordinatları;
- zəhərləyici maddənin istifadə (aşkaredilmə) vaxtı;
- zəhərləyici maddənin tipi;
- istifadə vasitələri;
- zəhərləyici maddələrin istifadə (aşkarlanması) yeri, koor­di­na­tları;
- zədələnmiş ərazinin həcmi, m;
- kimə və nə zaman məruzə edilmişdir (vaxtı, adı və soyadı).

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə