MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Radiasiya şəraitinin qiymətləndirilməsi



Yüklə 4,5 Mb.
səhifə46/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   42   43   44   45   46   47   48   49   ...   78
mülki müdafiə

Radiasiya şəraitinin qiymətləndirilməsi
Radiasiya şəraitinin proqnozlaşdırılmasında ilkin şərtlər nüvə partlayışının koordinatları, gücü, tipi, vaxtı, orta küləyin sür'əti və istiqamətidir. Orta külək yer səthindən radioaktiv buludun qalxma hündürlüyünə qədər atmosfer təbəqəsində orta sür'ətə və istiqamətə malik küləyə deyilir. Orta küləyi tə'yin etmək üçün atmosfer təbəqəsini hündürlük boyunca bir neçə vahid təbəqələrə bölərək, hər birində küləyin istiqaməti və sür'əti tə'yin olunur. Orta küləyin istiqaməti, vahid təbəqələrdə küləyin istiqaməti vektorlarının cəmi ilə eyni istiqamətdə olur. Orta küləyin istiqaməti dərəcə ilə (0°-dən 360°-dək) saat əqrəbi istiqamətində qəbul olunur. Şimaldan əsən küləyin istiqaməti (azimut) 0° və ya 360°, şərqdən - 90°, cənubdan - 180°, qərbdən 270°-dir. Orta küləyin sür'əti vahid təbəqələrdəki küləklərin sür'ətləri cəminin təbəqələrin sayına olan nisbətinə bərabərdiı.
Radioaktiv buludun yayılma sektoru aşağıdakı ardıcıllıqla qurulur - xəritədə (sxemdə) göy rənglə nüvə partlayışı mərkəzi qcyd olunur; nüvə partlayışı mərkəzindən orta küləyin istiqamətində göy rənglə sektorun oxu çəkilir; ehtimal olunan zədələnmə zonası göy rənglə qeyd olunur sektorun oxu ilə hər iki tərəfdən 20° əmələ gətirən xətləri çəkməklə A, В, V, Q radioaktiv zəhərlənmə (çirklənmə) zonalarının sərhədləri nıüvafiq rənglərlə (göy, yaşıl, qəhvəyi, qara) işarə olunur. Nüvə partlayışı mərkəzinin yanında partlayışın gücü (kt), partlayışın tipi (y- yer üstü) vaxtı və tarixi qeyd edilir.
Xəritə və sxemlər üstündə proqnozlaşdırma radioaktiv bulud izini tam dəqıqlıyı ilə vermir. Lakin proqnozlaşdırma əsasında bulud qatına qədər ehtımal olunan zəhərlənmə zonaları tə'yin oluna bilər ki, bu da oz növbəsində qabaqcadan insanların, heyvanların, material vasitələrinin mühafizəsinin, obyektlərin normal fəaliyyətinin zəhərlənmə zonalarında təşkilinə, lazım olarsa işçilərin, qulluqçuların, əhalinin və mal-qaranın zəhərli zonalardan çıxardılmasına imkan yaradır.
Kimyəvi şəraitin qiymətləndirilməsi
Düşmənin zəhər­lə­yi­ci maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait deyilir. Kimyəvi şəraitin qiymətlən­diril­məsinin mahiyyəti adam­lara, heyvanlara, torpağa, bitkilərə, su mənbələ­rinə və s. təsir nəticəsinin dərəcəsini təyin etməkdə, həmçinin dəstələrin və əhali­nin kimyəvi zəhərlənmə şəraitində xilasetmə və digər təxi­rəsa­lın­maz işlərin aparılmasında ən məqsədəuyğun fəaliyyətlərin se­çil­məsidir. Kimyəvi şəraitin qiymətləndirilmə­sində obyektlərin, bü­tün qərargahların rəislərı və dəstə koman­dir­ləri obyektlərin müha­fi­zə­si­ni vaxtında təşkil etmək üçün iştirak edir, həmçinin dəstələrin fəa­liy­­yə­ti haqqında və düşmə­nin kimyəvi silahı tətbiq etməsinin nə­­ticəsini və onların qalıqlarını aradan qaldırmaq qərarlarını dəqiq­ləş­dirirlər.
Kimyəvi hücum məqsədilə istifadə edilən vasitələrin (təyya­rə­lərin sayı, onların tipi, raketlərin sayı) miqdarı, tətbiq edilən ZM-in nö­vü (kimyəvi bombalar, raketlər, püskürdücü aviasiya bombaları və s.) dəqiqləşdirilir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə