MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Taktiki-Texniki xüsusiyyətləri



Yüklə 4,5 Mb.
səhifə44/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   40   41   42   43   44   45   46   47   ...   78
mülki müdafiə

Taktiki-Texniki xüsusiyyətləri: Sursat - 12,7x108 mm,çapı - 12,7 mm, atəş tezliyi - 15 atəş/ dəq, başlanğıc surət B-32 - 845m/san, silahın uzunluğu - 1700mm, lülənin uzunluğu - 1100mm,hədəf məsafəsi - 2000mm, sursat sandığı - 7 ədəd, çəkisi - 16 kq;
İş prinsipi - yarım avtomat,sursat - 12,7x108 mm,capı - 12,7 mm, atəş tezliyi-15 atəş/dəq, başlanğıc surət B-32 - 845m/san,silahın uzunluğu - 1700mm, lülənin uzunluğu - 1100mm, hədəf məsafəsi - 2000mm, sursat sandığı - 7 ədəd, çəkisi - 16 kq, iş prinsipi - yarım avtomat.





Mübariz tüfəngi

Şimşək iri kalibrli snayper pulemyotu: Ən dəqiq və sürətli pulemyotlardan biridir. Tanklarda və zirehli texnikalarda, əsasən, BTR-lərdə quraşdırılmaq üçün təyin edilib, “Şimşək” gündüz və gecə görüntülü kamera ilə təchiz olunub.
Gürzə hərbi maşını – xüsusi təyinatlı qüvvələr və zirehli maşın, hərbi, patrul güc strukturları üçün təyin edilib. “Gürzə”, Toyota HILOYX-un 12-ci modeli əsasında hazırlanıb, 4x4 tam ötürücülük qabiliyyəti var və 2500 kq yükü özündə daşıya bilir. Maşının yuxarı hissəsində 360 dərəcə fırlanaraq və 45 dərəcəli küncdə odlu atəş açaraq hədəfi məhv etmə qabiliyyətli, 12.7 mm kalibrli bir pulemyot yerləşir.Yanlarda 7.62 mm kalibrli böyük döyüş ehtiyatı hissələri olan iki pulemyot yerləşir.Avtomobilin silahlanmasını həmçinin avtomat qranatomyotla və digər vasitələrlə doldurmaq olur. Maşın 114 at gücündə yüksək keçiricilik qabiliyyətinə malik güclü motorla təchiz olunub. Maşın sürücü və komandir də daxil olmaqla, beş nəfər tutur.

Gürzə hərbi maşını 



Tufan zirehli maşını: Əgər yuxarıda göstərilən hərbi texnika arasında Azərbaycanın digər ölkələrlə birgə istehsalı olanlar varsa, “Tufan” 100% yalnız yerli mühəndislərin dizayner təcrübəsi və kreativ düşüncəsinin təcəssümüdür. 12.3 ton ağırlığında zirehli maşın 10 nəfərlik şəxsi heyətlə 3000 kq-dək yükün təhlükəsiz daşınmasını təmin edə bilir. “Tufan” zirehli maşınının bazasında yaralıların təxliyyəsi üçün zirehli reanimobillər, antiterror əməliyyatların aparılması zamanı xüsusi təyinatlı qrupların müdfiəsi üçün nəqliyyat vasitələri, döyüş şəraitində hərəkətlərin koordinasiyası üçün komanda-qərargah maşınları, həmçinin tank əleyhinə raket komplekslərinin quraşdırılması üçün platformalarla təchiz etmək və 120 mm-lik daşına bilən minometrləri yaratmaq mümkündür.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə