MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə45/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   41   42   43   44   45   46   47   48   ...   78
mülki müdafiə

Tufan zirehli maşını
TR-107 və TRB-107 raketləri: Mərmilər 11 km məsafədə yerləşən hədəfi darmadağın edə bilir. TR-107 dağlıq ərazilərdə və xüsusi təyinatlı yerlərdə hərbi əməliyyaların aparılması üçün təyin edilib. Göstərilən sistemlər kiçik və manevrli maşınlarda da quraşdırıla bilər.TR-107 qısa müddətdə əraziyə çıxarılır, düşmən mövqeyinə odlu zərbələr endirir, sonra isə az müddətdə mövqeyini dəyişir.


TR-107 və TRB-107 raketləri

Zərbə yeni nəsil pilotsuz zərbəçi və yaxud Azərbaycanın kamikadze-dronu.


Harop dronları – kəşfiyyat-zərbə vasitəsidir. O, radarla və 360 dərəcə künc görünüşlü və yüksək icazəli rəqəmsal kamera ilə təchiz olunub.Bu dronun əsas xüsusiyyəti odur ki, hədəfin aşkar edilməsi zamanı cihaz öz-özünü yönəldən təyyarə-mərmiyə çevrilir.Təyin edilmiş ərazidə uzun müddət keşik çəkmək və yerüstü hədəfləri məhv etmək qabiliyyətinə malikdir. Hədəfə giriş zamanı komanda ləğv oluna, pilotsuz bazaya qayıda və ya keşik çəkməyə davam edə bilər. Konteyner tipli mobil buraxılış quraşdırıcısı ilə buraxılır. Dron düşmənin PVO kompleksləri ilə mübarizə üçün təyin edilib.


Hazırda Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin “Sifariş”ləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılması (təcrübi-konstruktor işlərin) nəzərdə tutulub. Təcrübi-konstruktor işlər başa çatdıqdan sonra istehsal edilərək müvafiq qaydada Silahlı Qüvvələrə təhvil veriləcək.


MÜHAZİRƏ 8
Fövqəladə hallarda yaranmış şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi
Radiasiya şəraiti düşmənin nüvə silahını tətbiq etdikdə və AES-də qəza baş verdikdə yaranır, adamların və müxtəlif obyektlərin radioaktiv maddələrlə zəhərlənməsi ilə nəticələnir.
Radiasiya şəraitini qiymətləndirərkən ərazinin, müəssisənin radioaktiv zəhərlənməsinin miqyası və dərəcəsi, həmçinin zəhərlənmənin dəstə və əhalinin fəaliyyətinə tə'siri tə'yin edilir.
Radiasiya şəraitinin qiymətləndirilməsinə, adətən, aşağıdakılar aiddir: radioaktiv zəhərlənmə zonalarının sərhədlərini və onlarda radiasiya səviyyəsinin bölünməsini tə'yin etmək; zəhərlənmə zonalarının müəssisələri torpaqdan istifadə planına və ya sxeminə köçürülməsi; dəstələrin şəxsi hey'ətinin, əhalinin, heyvanların radioaktiv şüalanma dozasının və onların arasında baş verə biləcək itkilərin təyin edilməsi; zəhərlənmiş ərazidə dəstələrin, həmçinin əhalinin tə-sərrüfat işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətinin müəyyən edilməsi.
Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini orada radiasiyanın səviyyəsini mə'lumat verməklə və ya radiasiya kəşfıyyatı ilə tə'yin edirlər.
Lazım gələrsə, müəssisənin mülki müdafıə qərargahlarında ərazinin, adamların, heyvanların və başqa obyektlərin zəhərlənmə dərəcəsi təxminən qabaqcadan müəyyən edilə bilər. Qabaqcadan tə'yin edilmə üçün ilk mə'lumatlar əsasən aşağıdakılardır: partlayışın (qəzanın) gücü, növü və mərkəzin koordinatları, orta küləyin sür'əti və istiqaməti müəssisənin MM qərargahı bu mə'lumatları rayonunun qərargahından alır və ya özü tə'yin edir
Əgər küləyin orta sür'əti (v) və istiqaməti, partlayış mərkəzindən müəssəyə qədər olan məsafə (R) mə'lumdursa, onda partlayışdan sonra müəssisənin ərazisinə radioaktiv maddələrin çökməsi vaxtını (I) aşağıdakı düsturla tə'yin edirlər:
t=R/v

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə