MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Azərbaycan istehsalı olan EM-14 avtomatik tüfəngi ilk



Yüklə 4,5 Mb.
səhifə43/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   39   40   41   42   43   44   45   46   ...   78
mülki müdafiə

Azərbaycan istehsalı olan EM-14 avtomatik tüfəngi ilk NATO kalibrli avtomat silah hesab edilir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanan EM-14 indeksli avtomat ilk dəfə Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayiş olunub.
Silahın seriya istehsalına 2016-cı ildən başlanılıb və müəllifi mühəndis Emin Əhmədovdur. Əsasən ixrac üçün nəzərdə tutulub. Avtomatik silah qatlanan qundağa sahibdir. Qundaq, xəzinə və dəstək hissələri davamlı plastik materialdan hazırlanır. Paslanmaya qarşı keyfiyyətli qoruma təbəqəsi metal detalları mühafizə edir. Silahın yan tərəfində gecə görmə cihazlarının quraşdırılması üçün “Pikatinni” lövhəsi nəzərdə tutulur. Lüləaltı qumbaraatandan atəş açılması üçün qurğu mövcuddur. Lülə əyləci geri təpmənin azalmasına və atəş dəqiqliyinin artmasına imkan verir. Rəsmi məlumatlara görə, tək Almaniya Ordusu 2019-2026- cı illərdə bu sinifdən 120.000 ədəd tüfəng almağı planlaşdırır. Estoniya isə bu silahlar üçün gələn ildən 75 milyon dollar xərcləməyi düşünür. Digər dövlətlərin də bu tip silahlara marağının gündən-günə artdığını nəzərə alsaq, MSN-nin bu istiqamətdəki fəaliyyəti qənaətbəxş hesab edilə bilər. Tək onu demək kifayətdir ki, dünyada silah və sursat seçiminə ən ciddi yanaşan qurumlardan biri olan ABŞ-ın Xüsusi Əməliyyatlar Komandanlığı da məhz bu kalibrli atıcı silahlara üstünlük verir.
Taktiki-Texniki Xüsusiyyətləri - MSN müəssisəsi tərəfindən hazırlanan 5.56×45 mm çaplı EM-14 avtomatı NATO- nun STANAG 4172 standartına uyğundur, 6 pilləli tənzimlənən qundağa, kollimatora, lülə üzərində “Pikatinni” relsinə və şəffaf darağa malikdir.



Atomatın çəkisi 3.6 kq, mərmi çapı 5.56×45 mm, xəzinə tutumu 30 mərmi, eni 75mm, hündürlüyü 260mm, kollimator nişangah ilə 295 mm, lülə uzunluğu 415 mm, güllənin lülədən çıxış sürəti 910m/saniyə, maksimum nişanalma məsafəsi 1000 metr, effektiv atəş məsafəsi isə 450 metrdir. Silahın lüləsinin resursu 10.000 atəşə qədərdir. Avtomatik rejimdə atəş tezliyi dəqiqədə 650, tək-tək atəş rejimində isə dəqiqədə 40 atışa bərabərdir. Mərminin yüksək fırlanma sürəti rəqib döyüşçünün bədənə toxunan kimi “vurnuxmağa” başlaması və ovalşəkilli dəlik açması ilə fərqlənir. Silah xarici görünüşünə görə, Sovet istehsalı olan “Kalaşnikov” silahlarından az fərqlənir. Lakin daxili konstruksiyası və iş prinsipi nisbətən fərqlidir. 5.56 x 45 mm çaplı avtomatik tüfəng barıt qazlarının enerjisi və çaxmaq dönməsi ilə lülənin kilidlənməsi sxemindən istifadə edir. Hərəkət edən çaxmaq çərçivəsi çaxmağı çevirir və onu lülə ilə təmasdan ayırır. Daha sonra çaxmaq və onun çərçivəsi kamerada mövcud olan barıt qazlarının təsiri altında hərəkət edərək, qaytarıcı yayı geriyə sıxan anda boş gilizi kənarlaşdırır. Yəni atəşin açılması barıt qazlarının təzyiqi sayəsində qaz porşenli çaxmaq çərçivəsinin geri təpməsi və çaxmağın fırlanması nəticəsində baş verir. Geriyə təpmənin azaldılması silahın dəqiqliyinin artmasına səbəb olub. 2015-ci ildə təqdim edilən EM-14 avtomatında 6 pilləli teleskopik qundaq tətbiq edilib və bu da silahın atıcının bədən anatomiyasına uyğun uzunluğunun tənzimlənməsinə imkan verir. Başqa sözlə, silahın uzunluğunu qundağın tənzimlənməsi ilə 705 ilə 943 mm arasında dəyişmək mümkündür. EM-14 silahlarında 14.5 mm “İstiqlal” və 12.7 mm “Mübariz” snayper tüfənglərində olduğu kimi, yerli STON nişangahlarından da istifadə edilir. Xatırladaq ki, MSN-in “Alov” zavodunda bu gün 12-dən çox adda müxtəlif optik qurğular istehsal edilir. Onların arasında atıcı silah, top və minaatan nişangahları ilə yanaşı kollimatorlar, gecə görmə cihazları da yer alır.
Mübariz”tüfəngi: Azərbaycan MSN-nin “Telemexanika” zavodunun mühəndislərinin hazırladığı 12.7 mm-lik snayper tüfəngi 2013-cü ilin əvvəllərində orduda silahlanmaya qəbul edilib. Sınaqlar zamanı milli silahımız üzərində xeyli təkmilləşdirmələr aparılıb. “İstiqlal” snayper tüfəngi ailəsindən olan yeni tüfəng, silahlanmaya Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə “Mübariz” adı ilə qəbul edilib. Qeyd edək ki, bu tüfəng ilk dəfə 2012-ci il noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində “İndoDefence -2012” müdafiə sərgisində nümayiş olunub. Bu tüfəng eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK (Mechanical and Chemical Industry Corporation) şirkəti tərəfindən də istehsal edilir. Azərbaycan, İordaniya, Turkiyə və Pakistan Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib. İST -12,7 “Mübariz” - 12,7 mm-lik iri çaplı yarımovtamat snayper tüfəngidir. “Mübariz” uzaq məsafələrə dəqiq atəş aparmaq üçün nəzərdə tutlmuş atıcı silahdır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə