MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


MÜHAZİRƏ 7 Adi qırğın vasitələri və onlardan mühafizə



Yüklə 4,5 Mb.
səhifə36/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   32   33   34   35   36   37   38   39   ...   78
mülki müdafiə

MÜHAZİRƏ 7
Adi qırğın vasitələri və onlardan mühafizə
“Adi qırğın vasitələri”, “adi silahlar” termini daha böyük zədələyici döyüş xüsusiyyətlərinə malik olan nüvə silahının kəşf edilməsindən sonra istifadə edilməyə başlandı. Lakin hazırda elm və texnikanın son nailiyyətlərindən yararlanaraq hazırlanan adi silahlar öz effektivliyinə görə kütləvi qırğın vasitələrinə çox ya­xındır. Yeni fiziki prinsiplər əsasında silahların hazırlanması üzrə intensiv işlər görülür və son illərin hərbi əməliyyatlarından aydın olur ki, qərb ölkələrinin ordusunda daha çox adi qırğın vasi­tə­lə­ri­nin bir növü olan dəqiq silahlardan istifadəyə önəm ve­ril­məsi kon­sep­siyası əsas rol oynayır, əsasən də, genişmiqyaslı əmə­liy­yatlar hə­ya­ta keçirmə­dən uzaq məsafədən idarə olunmaqla hü­cum­lar həyata keçirilir.
Adi qırğın vasitələri – par­t­la­dıcı maddələrdən və yandırıcı silahlardan ayrılan ener­ji­yə əsas­la­nan silahlardan və soyuq silahlardan ibarətdir. Yük­sək­də­qi­­q­li si­lah­lar, qanadlı raketlər, idarə olunan ballistik raketlər, avia­si­ya bom­­baları və kassetlər, artilleriya mərmiləri, torpeda­lar, zərbə, zenit və tank əleyhinə raket kompleksləri adi qırğın vasitə­ləridir (şəkil).



Şəkil BM-21 qrad (9-K51)-reaktiv sistemi

Şəkil Sprut-SD tank əleyhinə top sistemləri





Şəkil B-237 sualtı hərbi gəmisi


(qanadlı raketlərin tətbiqi üçün yararlıdır)


Şəkil . Kord pulemyotlu T-90-İ.R.


Adi qırğın vasitələrinin aşağıdakı növləri vardır:
1. Təyyarədən tətbiq edilən döyüş sursatları:
•təyyarədən atılan «Hava» - «Yer» raketləri
•təyyarədən atılan bombalar (fuqas, qəlpəli, kürə formalı, kumulyativ, beton (zireh) dağıdan, həcmli partlayış və kassetli bomba¬lar).
2- Top - raket sistemləri
Toplar 122, 130,152 mm, mina atanlar isə 82, 160,240 mm kalibrli olurlar. Onların tə'sir dairəsi 10-30 km olur.
Yeni reaktiv-raket sistemləri 2 növdürlər:
«Qrad» qurğuları - 40 lüləli;
«Uraqan» - 16 lüləli
“Qrad” qurğuları raketlərinin başlıqları fuqas-qəlpəli, «Uraqan» qurğularının başlıqları isə həm fuqas-qəlpəli və həm də kasset tipli olurlar.
Top Və raketlərin mərmiləri partladıqda insanlan həm zərbə dalğası, həm də qəlpələri ilə zədələyir. Döyüş sursatlarına ayrı-ayrı baxaq;
A) Fuqas döyüş sursatı zərbə dalğası və qəlpələrlə bütün yerüstü obyektləri (sənaye, administrativ binalar, dəmir yol xətləri və s.) dağıdır. Bombanın çəkisi 50-200 kq ola bilər. Füqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tul­la­maq­­la qıfşəkilli çuxur əmələ gətirir.
Fuqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla qıf şəkilli çuxur əmələ gətirir. Fuqas döyüş sursatı partlayarkən partlayış məhsullarının genişlənməsi və həmin mühitdə zərbə,dalğasmın yaranması müşahidə olunur.
B) Kassetli döyüş sursatları Kassetli döyüş sursatları konteynerdən və kiçik həcmli bombacıqlardan ibarətdir. Konteynerin içərisinde yüz, min ədəd kiçik həcmli bombacıqlar olur.
Konteyner (kasset) yer səthindən müəyyən yüksəklikdə açıldıqda kiçik həcmli bombacıqlar böyük sahəyə yayılır, yer üzündə partlayır və qəlpələri ilə о ərazidə əhalini məhv edirlər (zədələyirlər). Kassetləri qəlpəli, kürə formalı kumulyativ, yandırıcı bombalar ilə doldururlar.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə