MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Əhalinin bakteral yoluxma ocağında



Yüklə 4,5 Mb.
səhifə35/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   31   32   33   34   35   36   37   38   ...   78
mülki müdafiə

Əhalinin bakteral yoluxma ocağında
hərəkət və davranış qaydaları
Bakterioloji yoluxma ocağından əhalinin özbaşına çixmasına yol verilmir. Çünki belə sahələrdə karantin və ya observasiya rejimi qoyulacaq, adamların sonrakı davraniş qaydaları müəyyən ediləcək. Kəndlərdə daldalanmaq ücün nəzərdə tutulan sıgınacaqları qabaqcadan möhkəmləndirilməli, hermetikliyi təmin olunmalıdır. Içəridə ailənin rahatlıgı ücün hər cür şərait yaradılmalı, radio və televiziya qurgularının islədilməsi təmin edilməlidir. Çünki, hadisələrin gedişi, habelə kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsinin sovuşması barədə məlumat və ya ondan sonra davranış qaydaları haqqında göstərişlər həmin vasitələrlə veriləcək.
Düşmən tərəfindən bakterial silahın işlədilməsinin hər hansı əlamətini təyin etdikdə dərhal əleyhqaz, respirator, toz əleyhinə parça maska və ya pambıq – tənzif maska taxmaq, dərini qoruyan vasitələr geyinmək və yaxınlıqdakı mülki müdafiə orqanları və ya tibb müəssisələrinə xəbər vermək lazımdır. Sonra isə şəraitdən asılı olaraq mühafizə qurğularında (sığınacaq, radiasiya əleyhinə daldanacaq) gizlənmək lazımdır. Fərdi mühafizə vasitələrindən vax­tında və düzgün istifadə etmək, mühafizə qurğularında qal­maq­la bakterial vasitələrin tənəffüs orqanlarına, dəriyə və paltara düşməsinin qarşısını almaq olar. Əhalinin infeksion xəstəliklərə qar­şı dözümlüyünü artırmaq, immuniteti yüksəltmək üçün sülh döv­ründə müəyyən işlər görülməlidir.
Yoluxucu xəstəlik ocağında bütün əhali müəyyən olunmuş davranış rejiminə riayət etməyə borcludur.
Yoluxucu (infeksion) xəstəliklər aşkar edilərkən: pəncərə və qapı yerlərini yaxşı kipləşdirmək, məişətdə az işlədilən ev əşyalarını yığışdırıb əl-əyağa dolasmayan yerlərdə saxlamaq lazımdır. Ərzaq malları və içməli su ağzı kip bağlanan qablarda saxlanılmalıdır. Ístifadə etməzdən əvvəl ərzaq məhsullarını qaynatmaq və ya qorumaq vacibdir; çörəyi xırda tikələrə doğrayaraq alovun üzərində (peçdə, duxovkada) qızdırmaq, meyvə-tərəvəzi yaxşıca yumaq və ya üzərinə qaynar su tökmək lazımdır. Su və ya süd ən azı 30 dəqiqə qaynadılmalıdır. Qab-qacaq təmiz yuyulandan sonra qaynadılmalıdır. Yeməkdən əvvəl, adamlarla təmasda olduqdan sonra əlləri hökmən sabunla yumaq, paltar-ayaqqabıları tez-tez təmizləmək, müntəzəm surətdə çimmək, mənzilin, heyətin, iş yerinin, ümumi istifadə yerlərinin çirkli olmasına yol verməmək lazımdır. Hər bir şəxsin ayrıca qab-qacaqdan, məişət və tualet əşyalarından istifadə etməsi məsləhət görülür.
Adamların bir-birilə təmasda olması məhdudlaşdırılmalıdır. Mənzildən (evdən) ancaq ən vacib hallarda çıxmaq olar. Evdən çıxdıqda hökmən tənəffüs üzvlərini qoruyan fərdi vasitələr taxmaq, bədənin səthini qorumaq üçün paltarları və ayaqqabıları çıxarıb dezinfeksiya etmək üçün bayırda qoymaq lazımdır.
Yoluxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin olması, başağrısı, iştahasızlıq, ürək bulanması, qusma, mədə pozqunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli, xəstəni ayrıca otaqda və ya otağın müəyyən hissəsində yerləşdirməli, şəxsi əşyalarını, paltarlarını, yataq ləvazimatını, qab-qacağı, mebeli və mənzili dezinfeksiyadan keçirmək lazımdır.
Xəstə ilə təmasda olan bütün şəxslər tam sanitariya təmizlənməsindən keçməlidir.



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə