MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə34/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   30   31   32   33   34   35   36   37   ...   78
mülki müdafiə

Dezinseksiya – infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Bakterioloji silahın tətbiqindən sonra yaran­mış xəstəliklərin həşəratlar tərəfindən yayılmamasının qarşısını almaq üçün dezinseksiya həm məişətdə, həm də ətraf təbiətdə aparılır.
Məişət dezinseksiyasına otağın dərmanlanması, milçəklə­rin, taxtabiti və tarakanların, həmçinin digər həşəratların artıb çoxa­­l­dığı yerlərin planlı surətdə dərmanlanıb, tələf edil­mə­si və s. aiddir.
Dezinseksiya fiziki, kimyəvi və bioloji metodlarla aparılır.
Fiziki metodlara əşyaların şotka, tozsoranla təmizlən­məsi, çırpılması, yandırılması, qaynar suya salınması, tələ və yapış­qan­lar­dan istifadə edilməsi aiddir.
Kimyəvi dezinseksiyada insektisidlərdən (heksaxloran, xlo­ro­fos və s.) duru və bərk tələ yemlərindən istifadə edilir. Belə mad­dələr həşəratları məhv edir. Bəzi maddələrdən istifadə et­mək­lə qansoran həşəratlardan qorunurlar.
Bioloji metodlar parazitləri məhv edən həşəratlardan, quş­lar­dan, mikroorqanizmlərdən istifadə olunmasına əsaslanır.
Deratizasiya  infeksiya mənbəyi olan və onu yayan gə­mi­ri­cilərin tələf edilməsidir. Epidemioloji cəhətdən ən qorxulu gə­mi­ri­cilər ev və çöl siçanları, boz və qara siçovullar, sünbül­qıran­lar, su siçanı və s.-dir. Bu zaman həm profilaktika işləri aparılır, həm də bunları tələf edirlər. Profilaktika məqsə­dilə ərzaq məhsullarını gigiyenik cəhətdən elə yerlərdə yerləş­dirirlər ki, həmin gəmiricilər ora girə bilməsinlər. Gəmiriciləri bioloji, kimyəvi və mexaniki yol­la qırırlar. Bioloji metod onların düşmənlərindən pişiklərdən, it­lərdən və s. istifadə edilməsidir. Mexaniki üsul isə tələlərdən is­ti­fadə olun­ma­sıdır. Kimyəvi metodda müxtəlif zəhərlərdən, kükürd anhidridindən və s. istifadə edilir.Bundan başqa, aldadıcı yem­lər­­dən (krısid, zookumarin, difenasin, ratindan, barium-karbonat, sink-fosfid, tiosemikarbazid, arsen preparatları) istifadə edilir. Bun­ları hazırlayarkən çörək, sıyıq, xəmir, tərə­vəz, taxıl və s. qa­tır­lar. Gəmiriciləri cəlb etmək üçün ona günə­ba­­xan yağı və ət qiy­mə­si də qatılır. Zəhərli aldadıcı yemləri sanepidemioloji stan­si­ya­nın xüsusi təlim keçmiş işçiləri hazırlamalı və işlətməlidirlər.
Beləliklə, kimyəvi və bioloji döyüş maddələrinin istifadə edildiyi aşkarlandıqda kimin nə vaxt, harada, necə müdaxilə edəcəyi əvvəlcədən planlaşdırılmalı, peyvəndləmə prosesi hər yaş səviyyəsinə uyğun davamlı aparılmalı və dövlət tərəfindən onlayn olaraq şəxsiyyət vəsiqəsində qeydiyyat aparılmalıdır. Ölkə da­xi­lin­də peyvənd istehsal edilməlidir. Çiçək, Sibir xorası, vəba və s. kimi ölümcül xəstəliklər üçün peyvənd idxalına ehtiyac qal­ma­malıdır. Bioloji silahlar hər hansı bir orqanizmi (bakteriya, vi­rus, və ya göbələk) və ya təbiətdə olan toksinləri (toksinlər or­qa­niz­mlər tərəfindən istehsal edilən zəhərli mürəkkəblərdir) əhatə edə bilər. Bir çox dövlətin bioloji müharibə vasitələrini əldə et­mə­yə çalışdığı sirr deyil. Yalnız dövlətlərin deyil, terror təş­ki­lat­la­rı­nın, hətta şəxslərin belə bioloji silah faktorlarını asanlıqla əldə edə biləcəkləri və bu faktorları insanları öldürmək və ya yaralamaq məq­sədilə istifadə edəcəkləri unudulmamalıdır. Bioloji müha­ri­bə faktor­ları­nın istifadə edildiyini aşkarlamaq və dərhal lazımlı mü­da­­fiə tədbirləri görmək, bir-birini izləməsi lazım olan komp­leks təd­birlər tələb edəcək.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə