MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Əhalinin kimyəvi zədələnmə ocağında



Yüklə 4,5 Mb.
səhifə30/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   26   27   28   29   30   31   32   33   ...   78
mülki müdafiə

Əhalinin kimyəvi zədələnmə ocağında
hərəkət və davranış qaydaları
Zəhərləyici maddələrin təsiri nəticəsində, insanların, hey­van­ların və ya bitkilərin zədələnməsinə səbəb olmuş ərazi kimyəvi zə­də­lən­mə ocağı adlanır.
Müasir ZM yüksək toksiki təsir xüsusiyyətinə malik mad­də­lərdir. Ona görə də vaxtında ZM-dən zədələnmənin qarşısını alan tədbirlər görülməlidir və əsas etibarılə də düşmənin kimyəvi silah tətbiq etməsini bilmək üçün zədələnmə əlamətlərini öyrənmək vacibdir.
Düşmən təyyarəsinin ardınca tünd, tez çökən və seyrələn izin görünməsi, aviasiya bombasının partladığı yerdə buludla­rın boyanması, havada zəhərləyici maddənin olmasını ehtimal etməyə imkan verir. Bundan başqa, ZM damcıları asfaltın üzərində, bi­na­ların divarında, bitkilərin yarpaqlarında və digər əşyaların üzərin­də yaxşı müşahidə olunur, həmçinin yaşıllıq və güllərin solması, bitkilərin məhv olması da ZM tətbiqindən xəbər verir. Düşmən tə­rə­findən kimyəvi silahın tətbiqi əlamətlərini aş­kar edən kimi («Kimyəvi həyəcan» siqnalı verilən kimi), dərhal əley­hqaz, lazım gə­lərsə dəri mühafizə vasitələrini geyinməli, ya­xın­lıqda sığınacaq varsa orada gizlənmək lazımdır. Sığı­na­ca­ğa da­xil olmamışdan əv­vəl istifadə edilmiş dəri mühafizə vasitəsi və üst geyimi sı­ğı­na­ca­ğın dəhlizində çıxarılır və orada qalır; bu tədbir ZM-in sığınacağa gətirilməsinin qarşısını alır. Əleyhqaz sığına­ca­ğa daxil olduqdan sonra çıxarılır. Sadə sığınacaqdan is­ti­fa­də edər­kən nəzərə almaq lazımdır ki, o yalnız dəri örtyünə və pal­tara dam­cı-maye halında ZM-in düşməsinin qarşısını alır, ha­va­da bu­xar və ya aerozol ha­lın­da olan ZM-dən mühafizə etmir. Bu­na görə sadə sığınacaqlarda olan zaman mütləq əleyhqazdan is­ti­fadə etmək lazımdır. Sı­ğı­na­caqlarda olan zaman oradan çıxmağa icazə verilənə qədər göz­lə­mə­li, icazə verildikdən sonra, tələb olunan mühafizə vasitələrini ge­yinməli və zonadan çıxmaq üçün sığınacağı tərk etməlidirlər. Kimyəvi zədələnmə ocağından çıx­maq üçün, müəyyən is­ti­qa­mət­də x­üsusi işarələrlə işarələnmiş və post-məntəqələrdəki tən­zim­lə­yi­cilərin göstərdiyi seçilmiş yol­larla, əgər işarələr və məntəqələr yoxdursa, o zaman küləyin isti­qa­mə­ti­nin əksinə getmək lazımdır. Belə ki, küləyin istiqa­mə­tin­də zə­hər­li hava buludu daha geniş əra­zi­də ya­yılmış olur.
ZM-lə zəhərlənmiş ərazidə tez hərəkət etmək lazımdır, lakin qaçmaq və toz qaldırmaq, binalara və ətraf əşyalara söykənmək, görünən ZM damcılarını və ləkələrini tapdalamaq olmaz. Zədə­lən­miş ərazidə əleyhqazı və mühafizə vasitələrini soyunmaq qada­ğandır. Əgər ərazinin zəhərləndiyi məlum deyilsə, zəhərli əra­zi­də­ki kimi hərəkət etmək lazımdır. Parklar, bağlar, bostanlar və çöllər ZM ilə zəhərlənmiş zonada olarsa, o zaman belə ərazilərdə, xüsu­si­lə, eh­ti­yat­la hərəkət etmək lazımdır, çünki budaqlarda, yar­paq­lar­da çök­müş ZM damcıları ayaqqabılarla və paltarlarla təmas za­ma­nı in­san­ların zəhərlən­mə­sinə səbəb ola bilər. Kimyəvi zə­də­lən­mə oca­ğı­nı tərk edərkən mümkün qədər dərələrdən, vadilərdən, çə­­mən­likdən və bataqlıq yerlərdən uzaq olmağa çalışmaq lazım­dır, çünki hə­min yerlərdə ZM buxarlarının uzun müddət qalması eh­ti­mal olu­nur. Şəhərlərdə ZM buxarları qapalı kvartallarda, par­k­lar­da, həm­çinin binaların girəcəklərində, damlarında da uzun müddət qala bilər. Zəhərli bulud şəhərlərdə küçələr, tunellər və bo­ru kə­mə­rləri vasitəsilə yayılır. Kimyəvi silahın tətbiqindən sonra və ya zə­hər­lənmiş ərazidə ZM damcılarını və izini paltarda, ayaq­qa­bıda və ya mühafizə vasitələrinin üzərində aşkar edərkən, dərhal onları tən­zif və pambıq tamponlarla silmək lazımdır; əgər tampon yox­dursa, kağız və bez vasitəsilə təmizləmək mütləqdir. Zədələnmiş na­hi­yələri kimya əleyhi paketin içindəki universal deqazasiya məh­lulu ilə təmizləmək və ya isti su və sabunla yumaq lazımdır. Zə­dələnmə ocağından çıxar­kən yaşlı və əlil insanlara rast gələrkən on­lara əra­zi­dən çıxmağa kö­mək edilməlidir. Zədələnmişlərə tibbi yar­dım gös­tə­ril­məlidir. Əra­zi­dən çıxan kimi mümkün qədər tez bir za­manda tam sanitar təmiz­lə­mə­si aparılmalıdır. Əgər bunu tez etmək olmazsa, qis­mən deqazasiya və sanitar təmizliyi apa­rıl­ma­lıdır.
Zonadan çıxmaq mümkün olmazsa o zaman pəncərə və qa­pıları, tüstü bacalarını, ventilyasiya dəliklərini örtmək, herme­tik­ləşdirmək, giriş qapısının qarşısına qalın pərdə və ya ör­tük as­maq lazımdır. Pəncərələrin çərçivələrinin arası ley­ko­pla­s­tır, plyon­ka ilə bərkidilməlidir. O zaman CTZM otaqlara daxil ola bilmir.


Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə