MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə38/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   34   35   36   37   38   39   40   41   ...   78
mülki müdafiə

Yüksəkdəqiqli silahlar – kəşfiyyat-zərbə kompleksləri şək­lində təqdim olunur. Hərbi mütəxəssislər bu silahları yara­dar­kən kiçik ölçülü yaxşı müdafiə olunan möhkəm obyektlərin təmi­na­tlı zədələnməsinə nail olmağa çalışırdılar. Bu kompleks­lər 2 əsas elementdən ibarətdir: zədələyici vasitələr (təyyarələr, ra­ket­lər) və texniki vasitələr. İdarəolunan aviasiya bombaları adi bom­ba­lara oxşayır, onlardan idarəolunma sistemi və kiçik qanadlarının olması ilə fərqlənir. Kiçik ölçülü obyektlərə dəqiq zərbə endirmək üçün istifadə olunur. İdarəolunan aviasiya bombaları beto­n­da­ğı­dan, zirehdeşən, tank əleyhinə, kasset və s. olur (şəkil ).



Şəkil Yüksəkdəqiqlikli silahlar


Dəqiq silahlara idarə olunan aviasiya bombaları da aiddir. Xarici görünüşündən onlar adi aviasiya bombalarına oxşayır və idarəetmə sisteminin və kiçik qanadların olması ilə fərqlənir.
Hazırda Azərbaycanın milli ordusu yüksəkdəqiqli silahlar qru­pundan olan yeni ballastik raket sistemləri ilə (İsrail hərbi sə­na­ye istehsalı olan “Ekstra” və Pakistan ballastik raketləri) tə­min olunub. "Ekstra" raketlərinin uçuş məsafəsi 130 kilo­metr­dir.
Bu raketlər 306 millimetr kalibrə malikdir, uzunluğu isə 3,97 metr­­dir. Pakistan raketi isə "Xatf-4" "Şahin-1" raketinin tək­mil­ləşdi­ril­miş variantıdır və hərəkət məsafəsinə görə, İsrail ra­ketlərini 20 də­fə ötür. Yeni raketlər nüvə başlıqları daşımağa qa­dirdir (şəkil ).



Şəkil Ballastik raketlər


Qeyd edək ki, Rusiya nə Azərbaycana, nə də Erməni­sta­na belə si­lah nö­vü satmır. Ancaq Rusiya Ermənistandakı hərbi ba­za­sında "İsgəndər" operativ-taktiki raket komplekslərini yerləş­di­rib. Adi qırğın vasitələrindən mühafizə tədbirləri aşağıdakı­lar­dır:


- mühafizə qurğularında daldalanmaq;
- fərdi mühafizə vasitələrindən istifadə etmək;
- iri şəhərlərdən və təhlükəli sahələrdən əhalini şəhərdən­kə­­nar təhlükəsiz zonaya köçürmək və s.
Yandırıcı silahlar – adi qırğın vasitələri içərisində xüsusi yer tutur. Bu silahların əsasında yandırıcı vasitələrin istifadəsi du­rur və bu zaman ayrılan yüksək hərarətin insanlara, texnikaya, bi­na­lara, qurğulara, meşələrə, kənd təsərrüfatına birbaşa yandırıcı tə­si­rinə əsaslanır. Amerika klassifikasiyasına əsasən yandırıcı si­lahlar kütləvi qırğın silahlarına aiddir və bu silahların istifadəsi güc­lü psixoloji təsir yaradır. Yandırıcı silahların əsasını təşkil edən yandırıcı maddələr 3 qrupa bölünür:
- neft məhsulları əsaslı yandırıcı maddələr;
- metallar əlavə edilmiş yandırıcı maddələr;
- termit və termit əsaslı yandırıcı maddələr.
Yandırıcı maddələrin xüsusi qrupuna adi və plastik fosfor, qə­ləvi metallar və öz-özünə alışan trietilen alüminium aiddir.
Neft əsaslı yandırıcı maddələrin ən geniş yayılmış novü na­pal­mdır. Napalm jeleyəbənzər, özlü, güclü yapışqanlığı olan yük­sək temperaturla yanan yandırıcı maddədir. Napalm benzinə xü­su­si qatılaşdırıcı əlavə etməklə alınır. Napalm, adətən, 3-10% qa­tı­laş­­dı­rıcıdan, 90-97% benzindən ibarətdir. Havada asan alışır və ya­nar­kən 1000-1200°C temperatur yaranır, yanma müddəti 5-10 də­qi­qədir, müxtəlif səthlərə asan yapışır və çətin söndürülür. Na­palm B daha effektivdir, asan alışır, hətta nəm səthlərə yapışır, su­dan yüngüldür, ona görə suyun üzərində üzür və çətin sönür. Ya­nar­kən əriyib sığınacaq­lara və texnikanın içərisinə axır. Açıq də­ri­nin üzərinə düşən 1q napalm B ağır yanıqlara səbəb olur. Açıqda yer­ləşən canlı qüvvənı tamamilə məhv etmək üçün lazım olan na­pal­mın ümumi miqdarı qəlpəli fuqas döyüş sursatının miqdarından 4-5 dəfə azdir.
Napalma toz və ya qırıntı şəklində maqnezium, həmçinin kö­­mür, asphalt və ya başqa maddələr qatılarsa pirogellər alınar. Pi­rogellərin yanma hərarəti 1600°C-yə çatır. Pirogellər başqa yan­dı­­rı­cı maddələrdən fərqli olaraq sudan ağırdır, 1-3 dəqiqə ərzində ya­­nır, insanların nəinki açıq nahiyələrinə, eyni zamanda paltar­la­rın üzə­rinə düşdükdə belə dərin yanıqlar əmələ gətirir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə