MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Qəlpəli, diyircəkli döyüş sursatları



Yüklə 4,5 Mb.
səhifə37/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   33   34   35   36   37   38   39   40   ...   78
mülki müdafiə

Qəlpəli, diyircəkli döyüş sursatları. Hazırda bütün dünya ölkələrində adi qəlpəlı-fuqas döyüş sursatının təkmilləş­di­ril­məsi üzrə intensiv işlər aparılır. Bu silahların özəlliyi içərisində külli miqdarda (bir neçə yüzdən bir neçə minə qədər) müxtəlif ağır­lıqlı qəlpələrin (diyircək, iynə, ox) olmasıdır. Diyircəkli pi­ya­da əleyhinə bombalar tennis topundan futbol topuna qədər bö­yük­lük­də olur və içərisində 300-ə qədər diametri 5-6 mm olan metal, ya da plastik diyircəklər olur. Belə bombanın təsir radiusu ka­lib­rin­dən asılı olaraq 1,5-15 m ola bilər. Təyyarədən diyircəkli bom­ba­lar içərisundə 90-650 bomba olan kassetlərdə atılır. Kasset yer sət­hində dağılır, ətrafa səpələnən diyircəkli bombalar 25000 m² sahədə partlayır. Belə döyüş sursatı böyük ərazidə insanları məhv edir, zədələyir. Diyircəkli və qəlpəli bombalardan qorunmaq üçün mü­dafiə qurğularından istifadə etmək lazımdır. İçərisində iynələr olan döyüş sursatı partlayarkən 300 tona qədər polad iynə və ya ox (28 mm) qarmaq şəklində əyilərək insanlara öldürücü təsir göstərir.
C) Həcmli döyüş sursatı – zərbə dalğası və yanğın vasitə­silə insanları, texnikanı və obyektləri məhv etmək üçün istifadə olu­nur. Kasset şəklində olan həcmli bombalar ilk dəfə 1969-cu il­də ame­rikanlar tərəfindən Vyetnamda istifadə edilib. Bu döyüş sur­sa­tın­da xüsusi qaz-hava qarışığından istifadə olunur. Bu silah atı­lar­kən qaz-hava qarışığı ətrafa çilənir və diametri 15 m, hündürlüyü 2,5 m olan aerozol buludu əmələ gətirir. Partlayış zamanı 2000- 3000 kPa izafi təzyiq yaranır. Bu izafi təzyiq insanları məhv edir, binaları və çox möhkəm mühafizə qurğularını dağıdır. Bu silah­la­rın əsas zədələyici amilləri zərbə dalğası, isti və toksik təsirdir. Bi­na­lar, qurğular və digər obyektlər zərbə dalğasının və qaz- hava qa­rışığının binalara, hava borusu və kommunikasiya kanallarına daxil olub təkrar detonasiyaya uğrayır. Qapalı yerlərdə olan par­t­la­yış daha böyük dağıntılara səbəb olur. Mühafizə qurğuları insan­lar­ı bu silahların zədələyici təsirindən qoruyur.
D) Kumulyativ döyüş sursatı – zirehli səthləri dağıtmaq üçün istifadə olunur. Bu silahların təsir mexanizmi yüksək sıxlıqlı qaz­la­rın 6000-7000C temperaturda səthləri yandırma­sı­na əsaslanır. Partlayış zamanı əmələ gələn sıxılmış hava enerjisi sürətlə bir nöq­təyə yığılır və qalınlığı bir neçə on santimetr olan zirehli səth­lə­ri dağıdır və yanğınlar törə­dir. Kumulyativ döyüş sursatlarından müdafiə olunmaq üçün müx­tə­lif materiallı ekranlardan istifadə olu­nur. Belə olan halda axının enerjisi ekranın dağıdılmasına sərf olunur, əsas kons­truk­si­ya isə salamat qalır.
E) Betondağıdan silahlar – dəmir-beton tikililərin və həm­çi­­nin aerodromların uçuşetmə zolaqlarının, təyyarə anqarları­nın, aero­dromların uçuş zolaqlarının beton örtüyünü dağıtmaq üçün tət­biq edilir (şəkil).


Şəkil Betondağıdan silahlar


Betondağıdan bombalar, zədələ­yici element­ləri möh­kəm və ağır qatışıqdan hazırlanmış özək­dən ibarətdir. Sursatın da­xi­lində 2 bomba, kumulyativ və füqas bombası və 2 detanator yer­ləş­dirilir. Beton səthə dəydikdə kumulyativ sursat detanator vasi­tə­silə partladılır və bombanın gövdəsi xaricdə qalır, özək isə be­to­na keçir müəyyən gecikmə ilə ikinci detanator vasitəsilə füqas bom­bası partla­dılır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə