MühaziRƏ 14. Zorakiliğa məruz qalmiş UŞaqlara psixoloji yardim



Yüklə 70,62 Kb.
səhifə2/3
tarix21.04.2023
ölçüsü70,62 Kb.
#106624
1   2   3
muhazire 14

2-ci sual. Yaşanılan və ya keçmişdə yaşanılmış zorakılıq ciddi psixoloji çətinliklərin inki­şa­fı­na gətirib çı­xara bilər. Ona görə də hesab edilməməlidir ki, bu çətinliklər birdən və ya tədricən öz-özünə ke­çib gedəcək. Yəni zorakılığa məruz qalmış insanlara vaxtında kömək göstərilməlidir. Zo­rakılığa mə­ruz qalmış insanlara köməyin göstərilməsi zorakılığın mümkün nəticələrinin zəif­lə­dil­məsi və ya mak­simum aradan qaldırılmasına istiqamətləndirilməlidir. Bu iş profilaktik, diaq­nos­tik və psixo­te­ra­pevtik-korreksion xarakterli tədbirləri özündə ehtiva edir. Mütəxəssislər zorakılığa mə­ruz qalan uşaq­lara və yeniyetmələrə yardımın aşağıdakı xüsusiyyətlərini ayırırlar:

  • Uşaq və yeniyetmələrin əsas hüquqlarını tanımaq; yaşamaq hüququ, şəxsi toxunulmazlıq, mü­dafiə, ləyaqətli mövcudluq;

  • Anonimlik və ya məxfilik. Bu, zorakılığa məruz qalanın köməyə müraciət etməsi ehtimalını ar­tı­rır;

  • Təhlükəsizlik hissinin yaradılması. Zorakılığa məruz qalmış şəxsdə bu hissin forma­laş­dı­rıl­ma­sı səmərəli köməyin əsasıdır.

Zorakılığa məruz qalanın həyatı və rahatlığı təhlükədə olduğu hallarda psixoloq situasiyaya mü­da­xilə etməyə borcludur.
Uşaqlara və yeniyetmələrə göstəriləcək köməyin mühüm aspektini onlara əsas hüquqlarının izah edilməsi təşkil edir:

  • Toxunulmazlıq hüququ;

  • Öz mənliyini qorumaq hüququ;

  • Öz hisslərinə etibar etmək hüququ;

  • Böyüklərə “yox” demək hüququ;

  • Baş vermiş hadisə xoşagəlməzlik yaradıbsa, onun haqqında yaxın adama danışmaq hüququ;

  • Yardım almaq hüququ.

Səmərəli kömək göstərmək üçün zərərçəkənin özü, ailəsi və yaxın ətrafı haqqında tam və hər­tərəfli məlumata malik olmaq lazımdır. Bu informasiyanı bir neçə mütəxəssisin birgə işi sa­yə­sin­də söhbət və müsahibə vasitəsilə də almaq olar. Onun etibarlılıq dərəcəsi zərərçəkənin və ya onun yaxınlarının mütəxəssisə inamından asılıdır. İnformasiya zərərçəkənin özü, valideyinləri və ya­xın qohumları, ailə vəziyyəti (tərkibi, statusu, ailədaxili münasibətlər, ailənin xarici əlaqələri), eti­bar­lı şəxslər, zorakılıq edən haqqında bilgiləri özündə ehtiva etməlidir.
Konsultantın cinsi, konsultasiya keçirilən yer və şərait, psixoloqun peşəkarlıq dərəcəsi də mü­hüm əhəmiyyət kəsb edir. Peşəkarlıq və şəraitlilik o səviyyədə olmalıdır ki, zərərçəkənin şəx­siy­yə­tinə, onun problemlərinə maksimum hörmətlə yanaşmaq təmin edilsin.
Bir cəhədi də qeyd etmək lazımdır ki, zorakılığın bütün qurbanları üçün postravmatik sin­dro­mun əlamətləri xarakterikdir. Zorakılığın doğurduğu nəticələrin dərinliyi zorakılığın ağırlığı və xa­rak­teri, uşağın sosial ətrafının və ailə üzvlərinin zorakılıq faktına münasibəti, stressor təsirlərə uşa­ğın fərdi tolerantlığı və s. ilə müəyyən olunur.
Zorakılığın hər hansı növünə məruz qalan uşaq və yeniyetmələrə onların postravmatik və­ziy­yətdən minumum zərərlə çıxmaları üçün peşəkar psixoloji kömək vacibdir. Psixoloji yardımın məq­sədi də elə ondan ibarətdir ki, zorakılığa məruz qalmış uşağın aldığı zədənin onun gələcək inki­şa­fına mənfi təsirini azaltsın, davranışda pozuntuların qarşısını alsın, cəmiyyətə adaptasiyasını asan­laşdırsın.
Bu məqsədlərdən çıxış edərək psixoloq aşağıdakı praktik məsələləri həll edir:

  • Zorakılıq qurbanının psixi sağlamlıq səviyyəsini qiymətləndirib, göstəriləcək yardımın digər növ­lərini (psixoterapevtik, psixiatrik, terapevtik və s.) müəyyən etmək;

  • Problemin həllində daha adekvat nəticələr əldə etmək məqsədilə uşağın fərdi-psixoloji xü­su­siyyətlərini öyrənmək;

  • Şəxsiyyətin gələcək inkişafının əsas istiqamətlərini aşkar etmək;

  • Zərərçəkən uşağa psixoloji dəstək göstərilməsi üçün ailənin digər üzvlərini, qohumları, yaşıdlarını işə cəlb etmək;

  • Uşağın problemi müstəqil həll etməsinə kömək edə biləcək gizli psixi ehtiyatlarını səfərbər et­mək;

  • Şəxsi disharmoniyanın və sosial dezadaptasiyanın korreksiyasını həyata keçirmək.

Zorakılığa məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası və psixoloji məsləhət işi­ni həyata keçirərkən psixoloq konkret hadisədən, uşağın xüsusiyyətlərindən, zorakılığın növün­dən və s. asılı olaraq bu və ya digər tədqiqat metodları seçir. Bu məqsədlə aşağıdakı metodi­kalar­dan daha çox istifadə olunur:

  1. Xarakterin aksentuasiyasının tipini və psixopatik təzahürlərin mövcud olmasını müəyyən edən psixodiaqnostik sorğular (A.E.Liçko);

  2. M.Lyuşerin kliyentin aktual psixoemosional vəziyyətini müəyyən edən rənglər testi;

  3. Davranış tipini və məsuliyyətin lokallaşmasının xarakterini öyrənmək üçün D.Rotterin sub­yek­tiv kontrolun dərəcəsi şkalası;

  4. “Ev – Ağac – İnsan”, “Ailənin kinematik təsiri”, “Mövcud olmayan heyvan” şəkli testləri;

  5. Zorakılığa məruz qalanın “eqo” vəziyyətlərini və daha yüksək həyəcanlılıq sferasını, psixo­lo­ji münaqişə zonalarını və s. müəyyən etmək üçün “Tamamlanmamış cümlələr” meto­di­ka­sı.

Bütün başqa hallarda olduğu kimi, psixoloji konsultasiyanın əsas metodu müsahibədir. Zo­ra­kılığa məruz qalanın şəxsiyyətinin aktual və potensial imkanlarını açıqlayan xüsusi sual və tapşı­rıq­ların köməyilə psixoloq kliyentlə qarşılıqlı təsirdə özünün şəxsiyyətini və müsahibə situasiyasını qə­bul etdirmədən kliyentin şəxsiyyətinə təsirlə bağlı informasiya toplamağa doğru irəliləyir. Bun­dan sonra qarşılıqlı anlaşılmadan problemin mümkün alternativ yol və vasitələri haqqında birgə həl­lə nail olmağa səy göstərilməlidir.
Müsahibə zamanı psixoloq zorakılıqdan əzab çəkən uşağın fəallığına, hiss və yaşantılarının əvəz olunmasına, onun şəxsiyyətinin şərtsiz qəbul olunmasına təsir edə biləcək digər məlum me­tod­lardan da istifadə edə bilər. Buna çox vaxt kliyenti dinləmənin müxtəlif variantları vasitəsilə nail olurlar:

  1. Passiv dinləmə (sakitlik). Bu güclü qeyri-verbal vasitə uşağa imkan verir ki, onun şəxsiyyə­ti­nə və problemlərinə diqqət yetirildiyini hiss etsin.

  2. Təsdiqləmə reaksiyası: danışılanın qəbul edilməsi. Verbal və qeyri-verbal priyomlarla (baş tər­pət­mək, gülüş, qaşqabaq və s.) yerinə yetirilir.

  3. “Qapıların açılması”: Uşağa daha açıq olmağa imkan verən xüsusi sual və iradlardan iba­rət­dir.

  4. Aktiv dinləmə. Bu zaman eşidilənlərin başqa şəkildə ifadə olunması yolu ilə psixoloq öz qə­na­ətini dəqiqləşdirir və kliyentin verdiyi informasiyanı açıqlayır.

  5. “Hisslərin əks etdirilməsi” həmdərdliyi və qarşı tərəfin başa düşüldüyünü çatdırmaq meto­du­dur. Amerika psixoloqu K.Rocers tərəfindən təklif olunmuşdur. Ondan istifadə edərkən psixo­loq uşağın hisslərinin özünəməxsus aynası olur. O, onları dərk etməyə və verbal­laş­dır­ma­ğa, bu isə emosional reaksiyalara yardım edir.

  6. Sublimasiyanın öyrədilməsi; hisslərin sosial cəhəddən qəbul edilmiş, təhlükəsiz və yaradıcı – po­tensial formada ifadə olunması.

  7. İnterpretasiya (izah, şərh): Bu, psixoloji təsir metodlarının əsasıdır. Nəticədə, psixoloqun nə­­zə­ri və ya şəxsi təcrübəsi sayəsində situasiya uşaq və yeniyetmə üçün yeni görünüş alır. İn­­sa­nın baş verənlər haqqında özünün təsəvvürlərindən əldə etdiyi mənzərədən fərqli olaraq özü üçün reallığın alternativ görünüşünü açır. Bu mənzərənin dəyişməsi məsləhət alanın əh­val və davranışının dəyişməsinə səbəb olur.

  8. Direktiv (göstəriş, tapşırıq): onun istifadə olunması ilə psixoloq kliyentə aydın şəkildə gös­tə­­rir ki, onun üçün hansı hərəkət arzuolunan hesab olunur və kliyentdən onun verdiyi tap­şı­rıq­­ları yerinə yetirməsini tələb edir.

  9. Özünüifşaetmə. Psixoloq öz şəxsi təcrübəsini və həyəcanını kliyentlə bölüşərək göstərir ki, o, həmsöhbətinin indiki anda hisslərinə şərik olmağa qadirdir.

  10. Əks-əlaqə: Psixoloq kliyentə imkan verir ki, o, ətrafdakıların onu necə qavramalarını başa düş­sün, özünüdərk üçün ona konkret faktlar verir.

  11. Məntiqi ardıcıllıq. Psixoloq onun düşüncə və davranışının nəticələri, yaşantılarının reflek­si­ya­sı üçün imkan verir, refleksiv davranış və müstəqil qərar qəbul etmək imkanlarının inki­şa­fına səbəb olur.

  12. Yenidən danışma. Bu, kliyentin düşdüyü situasiyanın və onun fikirlərinin mahiyyətinin psi­xo­loq tərəfindən təkrarlanması olub, problemin müzakirəsini fəallaşdırır və tərəflərin onu ba­şa düşməsini asanlaşdırır.

  13. Xülasə: psixoloqun mülahizələrinin və kliyentin nəticələrinin yekunlaşdırılması üçün kon­sul­tativ söhbətin sonunda istifadə olunur.

Bu metod söhbətin nəticələrinin aydınlaşdırılmasına və müsahibənin nəticələrinin həyata ke­çirilməsinə kömək edir.
Yeniyetməlik dövrü psixologiyanın psixoloji kömək formalarından biri kimi zorakılığa mə­ruz qalmış uşaq və yeniyetmələrlə iş zamanı məqsədəuyğun şəkildə “Etimad telefonu”ndan istifadə et­mək olar. Bu kömək forması anonimliyi, səmimiliyi təmin edir, alçalmaq qorxusunu və müxtəlif sank­siyaları aradan qaldırır.
“Etimad telefonu”nda konsultantın rolu ondan ibarətdir ki, yeniyetməyə problemlərinin iden­tifikasiyasında, neqativ emosiyalarının verballaşmasında, onun özünüqiymətləndirmə səviy­yə­si­ni yüksəltmək məqsədilə şəxsiyyətinin sağlam tərəflərinin və mənbələrinin müəyyən edilməsinə, ona dəstək verə biləcək dostlarının və yaxınlarının aşkarlanmasına, kritik situasiyalarda əməllər pla­nının hazırlanmasına kömək etsin.



Yüklə 70,62 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə