MühaziRƏ 14. Zorakiliğa məruz qalmiş UŞaqlara psixoloji yardim



Yüklə 70,62 Kb.
səhifə3/3
tarix21.04.2023
ölçüsü70,62 Kb.
#106624
1   2   3
muhazire 14

3-cü sual. Zorakılıq qurbanlarına psixoterapevtik köməyin spektrini müəyyən etmək üçün zorakılığın za­hi­ri əlamətləri kimi zorakılığa məruz qalan uşaq və yeniyetmələrin xüsusiyyətlərini də öyrənmək zə­ruridir. Adətən, zorakılığın zahiri əlamətləri kimi aşağıdakılar göstərilir: nəzarətsizlik, emosional, fizi­ki və seksual zorakılıq.
Birincisi, uşağa qayğının olmamasında, onun zahiri baxımsızlığında, daimi soyuqdəymə və in­fek­sion xəstəliklərə yoluxmalarında, tez-tez baş verən travmalarda təzahür edir. Nəzarətsizliyin psi­xoloji nəticəsi uşağın sosial-pedaqoji baxımsızlığıdır. İkincisi, uşağın şikayətləri qonşuların, dost­ların sorğuları əsasında aşkarlanır. Bunun köməyilə uşağın valideyinlər tərəfindən rişxənd, təh­qir, hədə obyekti kimi, emosional nəvazişdən, isti münasibətdən məhrum edilmiş özünəməxsus “qap­azaltı” edilməsilə bağlı təsəvvürlər formalaşır. Üçüncüsü, bədəndə xəsarət, sıyrıntı, göyərti, kə­sik, sınıq və bu hallarda tibbi köməyin vaxtında olmaması və ya tamamilə olmaması formasında tə­z­ahür edir. İnamsızlıq, insanlara etibarın olmaması, qapalılıq, uşağın sosial dezadaptasiyasına gə­ti­rib çıxaran soyuqluq, əsassız narahatlıq zorakılığın nəticəsi ola bilər. Seksual zorakılıq uşağın na­ğıl­larında, başqa uşaqlarla və oyuncaqlarla oynadığı eyni tipli oyunlarda, tibbi müayinədən qaç­ma­sın­da, tualetə getməyə qorxmasında, potensial zorakı adamlara qeyri-adekvat reaksiyalarında, sek­su­al biliklərin qeyri-adi kəmiyyətdə olmasında əks olunur.
Psixoterapiyanın gedişində belə bir fakt nəzərə alınır ki, zorakılığın müxtəlif növləri və zo­ra­­kılığa məruz qalanın davranışa hazırlığı əksər hallarda uyğunlaşma yerlərinə malikdir. Bununla bə­rabər, aşağıdakı vəziyyətlərə diqqət yetirilir:

  1. Uşaq və ya yeniyetmənin zorakılıq faktına qədərki psixi vəziyyəti və şəxsiyyətinin xüsu­siy­yət­ləri;

  2. Zorakılığın növü və uşağın onun mahiyyətini dərketmək qabiliyyəti;

  3. Zorakılıq faktının yaşanılmasının ağırlığı və dərinliyi; laqeydlikdən tutmuş ağır depressiya və suisi­dal cəhdədək;

Zorakılığın psixoloji nəticələri aşağıdakı şəkildə ifadə oluna bilər:

  • Zorakılığa şəxsi reaksiya formalarının möhkəmlənməsi və yenidən zorakılıq qurbanı olmağa meyillilik.

  • Üzə çıxarılmayan psixotravmatik təcrübənin əsasında davamlı nevrotik vəziyyətlərin, dep­res­siyalar, psixosomatik xəstəliklər, sosial adaptasiyanın pozulmaları, kəbinə daxil olmanın mü­rəkkəbliklərinin və s. formalaşması;

  • Qəbul edilməyən və delinkvent davranışa gətirə bilən viktimləşmə.

Burada göstərilən vəziyyətləri nəzərə almaqla, psixoterapevtik yardımı aşağıdakı istiqa­mət­lər­də keçirmək olar:

  1. Uşaq və yeniyetmə - zorakılıq qurbanları (fərdi və qrup psixoterapiyası);

  2. Zorakılıq qurbanının ailəsi və yaxın ətrafı (ailə və qrup psixoterapiyası);

  3. Məktəb kollektivi və yaşıdları (qrup psixoterapiyası);

  4. Pedaqoji kollektivlər, ictimai təşkilatlar, hüquq-mühafizə orqanları (psixoprofilaktika).

Fərdi psixoterapiya krizis vəziyyətində olan uşaq və yeniyetmələrlə aparılır və əsasən, aşa­ğı­dakı məsələlərin həllinə kömək edir: inam, təhlükəsizlik ab-havası yaratmaqla, eləcə də hip­no­suq­­q­estiv metodlardan istifadə etməklə, ehtiyat vəziyyətlərinin cəlb edilməsi yolu ilə affektiv və­ziy­­yətin neytrallaşdırılması. Birinci mərhələdə rasional psixoterapiya metodlarını tətbiq etmək olar: M.Erikson hipnozu, geştaltterapiya və NLP (neyrolinqvistik proqramlaşdırma).
İnam yaradıldıqdan, mühüm şəxsi resursların bərpasından sonra ikinci mərhələyə keçmək olar. Bu mərhələdə başlıca məsələ əsas psixoloji konfikt və travmatik yaşantıların üzə çıxarıl­ma­sı­dır. Problemin dərk olunması vasitəsilə travmatik yaşantıların üzə çıxarılması yüksək səviyyədə in­ki­şaf etmiş mənlik şüuruna və refleksiyaya malik olan yeniyetmələrdə baş verir. Uşaqlar üçün daha çox artterapiya, oyun terapiyası və s. vasitəsilə travmatik situasiyalara psixodramatik olaraq üstün gəl­mək üsulundan istifadə olunur. Yüksək gərginlikli daxili konfliktə malik yeniyetmələr üçün bu, hipnoanaliz və ya terapevtik trans halətində travmatik təcrübə ilə təmas yolu ilə baş verə bilər. Bu, incə və məsuliyyətli terapiyadır. Kifayət qədər şəxsi resurslara malik olan yeniyetmələr problemi dərk­etmə səviyyəsinə çıxara və psixoloqun köməyilə böhran yaşantısını müsbət istiqamətə də­yiş­di­rə bilər.
Travmatik təcrübənin üzə çıxarılması və ya kliyentin əsas probleminin müsbət istiqamətə də­yiş­məsi onda kifayət qədər qüvvələrin azad olmasına səbəb olur. Bu isə həmin qüvvələrin özünü­qiy­mətləndirmənin yüksəlməsinə, özünəinamın formalaşmasına, yeni davranış üsullarının və kon­flik­tin həlli yollarının tapılmasına istiqamətlənir.
Kəskin böhran vəziyyəti bir gündən iki aya qədər davam edə bilər. Bu dövrdə zorakılıq qur­ban­ları xüsusilə psixoterapevtik köməyə ehtiyac duyurlar.
Üçüncü mərhələdə yaradıcılıqda özünüifadə terapiyası, rollu oyunlar, nağıl terapiyası, tran­sak­­tiv analiz, qrup terapiyası tətbiq edilir.Uşaq və yeniyetmələrin qrup terapiyası zərərçəkənlə əla­qə yaradılanda və zərərçəkən onu narahat edən mövzularda danışa bildikdə həyata keçirilir. Bu, fər­di psixoterapiya və ya “Etimad telefonu”ndan sonra kəskin affektiv simptomatika götürüldüyü za­man baş verə bilər. Qrup, adətən, oxşar problemləri olan yeniyetmələrdən təşkil olunur. Məhz belə bir qrupda yeniyetmə başa düşülə və rəğbət əldə edə bilər, özünü öz mühitində hiss edər, öz təəssü­rat­larını danışa və başqalarının təcrübələrini dinləyə bilər, yeni davranış modellərini sınaqdan ke­çi­rə, yeni adaptasiya, özünütənzim və özününəzarət üsulları işləyə bilər və nəhayət, yeni dostlar tapa, özü­nə inam hiss edə bilər.
Qrup daim fəaliyyət göstərən, açıq və qapalı ola bilər. Psixokorreksiya məqsədilə yaradılan qrup­ların aşağıdakı əsas tiplərini ayırmaq olar:

  • Psixodinamik qrup

  • Rollu treninq qrupu

  • Ünsiyyət treninqi qrupu

  • Bədən terapiyası qrupu

  • Yaradıcılıqda özünü ifadə etmək terapiyası qrupu

  • Oyun psixoterapiyası qrupu

  • Heştalt qrupu və s.

Psixokorreksion qrupların bütün tiplərinin iştirakçıları arasında onların məqsədlərinə müva­fiq olaraq müəyyən münasibət qurulur, rol bölgüsü aparılır, qarşılıqlı təsir isə müəyyən qaydalar üz­rə qurulur.
Psixodinamik qrupun yaradılmasında məqsəd elə bir dəstək və inam mühiti yaratmaqdan iba­rət­dir ki, yeniyetməni zorakılığın qurbanı etmiş şəxsi problemlərin üzə çıxarılması və dərk edil­mə­si, zorakılıq situasiyasında yeni davranış üsullarının formalaşması, şərə müqavimət göstərilməsi, özü­nü­qiymətləndirmənin yüksəldilməsi və yaradıcı potensialın açılması mümkün olsun. Bədən te­ra­piyası qruplarında insan bədəni ilə “ünsiyyətə”, onun idarə olunmasına, adamların bədən sə­viy­yə­sin­də qarşılıqlı təsirinə daha xüsusi əhəmiyyət verilir. Burada belə bir mövqe əsas götürülür ki, bir­ba­şa bədən təmasını insanın özünü normal aparmasına və inkişafına mane olan psixoloji müdafiə me­xa­nizmlərinə qarşı qoymaq olar. Başqa sözlə, travmatik təcrübənin bədənlə üzə çıxarılması möv­qeyinə istinad edilir.
Yaradıcılıqda özünüifadə terapiyasında (şəkilçəkmə, gil işi, rəqs) əsas diqqət ona yönəldilir ki, yaradıcılıq vasitəsilə zərərçəkənin daxili potensialı açılsın, özünüqiymətləndirmə səviyyəsi yük­səl­sin və travmatik təcrübə üzə çıxarılsın.
Ailəvi terapiya ailəyə krizis vəziyyətindən çıxmağa kömək zamanı tətbiq olunur. Psixo­te­ra­pi­yaya ailənin tərbiyədə iştirak edən hər bir nəsil cəlb edilməlidir. Psixoterapiya prosesində ailə üzv­lərinin şəxsi problemləri və ailə tərbiyəsi problemləri həll edilməlidir. Valideyinlərə öyrə­dil­mə­li­dir ki, uşaqları necə varsa, eləcə sevsinlər. İstənilən halda, ailə terapiyası uşaqların iştirakı ilə ke­çi­rilir.
Zorakılığın profilaktikası psixoloqun valideyin və müəllimlərlə, zorakılığın xüsusi mən­bə­lə­ri­nin dərk olunması, onların təhlükəliliyinin izah edilməsi, istənilən növdən olan zorakı təsirlərə mə­su­liy­yətin artırılması, zorakılıq qurbanlarının aşkara çıxarılması və onların hüquqlarının müdafiə olun­ması və viktim davranışın qarşısının alınması üsulları ilə məşğul olan mütəxəssislərlə işinin əsa­sını təşkil edə bilər. Zorakılıq qurbanı olmuş uşaq və yeniyetmələrin aqressiv davranışının kor­rek­siyası üzrə aparılan xüsusi iş də psixoprofilaktik qəbilli məsələlərin həllinə xidmət edir. Belə ki, mik­romühitin hansısa sferasında zorakılığın qurbanı olmaqla, onlar hüquqazidd zorakılıq əməlləri tö­­rə­dən kriminogen qruplarda iştirak etməklə məktəblərdə çox vaxt zorakılara çevrilirlər. Amansız rəf­tarın müxtəlif formalarından zərərçəkən uşaq və yeniyetmələrə psixoloji yardım sisteminin ya­ra­dıl­ması onlarla yalnız bilavasitə iş aparılmasını deyil, həm də zorakılıq situasiyasının fəaliyyətini nə­zərdə tutur. Uşağa təhlükəsiz davranışı, özünümüdafiə imkanlarını artırmağı öyrətmək zəruridir. Cə­miyyətdə zorakılığın və amansızlığın profilaktikası üçün kompleks sosial proqramlar işlənib ha­zır­lanmalıdır:

  • Uşaq və yeniyetmələr üçün maarıfləndirmə proqramları;

  • Uşaq və gənclərlə işləyən pedaqoq, valideyin və digər yaşlılar üçün maarifləndirmə proq­ram­ları;

  • Sağlam insani münasibətləri nümayiş etdirən xüsusi proqramların yaradılması;

  • Zorakılığı və amansızlığə translyasiya edən proqramlarla mübarizə;

  • “Etimad telefonu”nun yaradılması;

  • Sosial cəhəddən dezadaptasiya olunmuş uşaq və yeniyetmələrə köməkdə volontyor hərəkət­lə­rinin oriyentasiyası.

Müyəssərlik, məsuliyyətlilik, informasiyaların mötəbərliyi, fəallıq belə proqramların yara­dıl­masının əsas prinsipləri olmalıdır.
Yüklə 70,62 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə