Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Fəaliyyəti və davranışı stimullaşdıran metodlar



Yüklə 209,22 Kb.
səhifə49/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   80
Ali mekteb Pedaqoqikasi

Fəaliyyəti və davranışı stimullaşdıran metodlar. Bu metodlar qrupu insanın hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkətlərdən çəkindirməyə xidmət edir. Buna görə də bəzi pedaqoji mənbələrdə bu metodlar qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir. Yarış metodu insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, qabaqcıllar sırasına çıxması üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Bu metodun sosial-psixoloji əsası ondan ibarətdir ki, hər bir insan, o cümlədən, yeniyetmə və gənc sağlam rəqabətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meylli olur. Yarış metodu bu meyli təmin etməyə xidmət göstərir. Rəğbətləndirmə metodu insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur. Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya kitabına tələbənin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, valideynlərə razılıq məktubu göndərmək və s. Cəzalandırma metodu insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirmək məqsədi güdür. Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzzdən (kinoya, gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək və s. Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan düzgün istifadə etmədikdə tərbiyə işinə ziyan vura bilər. Buna görə də rəğbətləndirmə və cəza zamanı bəzi şərtləri gözləmək vacibdir:
a) rəğbətləndirmə və cəza ədalətli (gəncin hərəkətinə uyğun) olmalı; ədalətsiz, yaxşı ölçülüb-biçilməmiş, tələsik verilən cəza tərbiyə işinə böyük ziyan vura bilər;
b) cəza zamanı müəyyən hədd gözlənməli (çox tətbiq edildikdə təsirini itirə bilər);
c) gənclərin yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı (məsələn, yeniyetmə və gənci dərsdə ayaq üstə saxlamaqla cəza vermək olmaz);
ç) kollektivin rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər);
d) rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (gənc bilməlidir ki, bu gün yaxşı hərəkətinə görə tərifləndiyi kimi, sabah pis hərəkətinə görə cəza ala bilər). Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları. Tərbiyə işinin səmərəsi onun gedişinə və nəticəsinə nəzarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş məqsəd baxımından işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdurmağı nəzərdə tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tərbiyəçi aparılan işin vəziyyəti, nəticələri ilə tanış olur, onu tənzim edir. Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: gənclərin tərbiyə səviyyəsini öyrənmək məqsədi ilə aparılan pedaqoji müşahidələr, söhbətlər, müxtəlif sorğular, fəaliyyət və davranışın, habelə gənclərə verilən ictimai tapşırıqların təhlili, müxtəlif tərbiyə situasiyalarının yaradılması və s.
Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, tələbələri də özünənəzarətə, özünütərbiyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Gənclərə özlərinə düzgün qiymət verməyi öyrətmək lazımdır. Yanlış (qeyri-adekvat) özünüqiymətləndirmə hallarının – özünə həqiqətdə olduğundan yuxarı və ya aşağı qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir. Yuxarıda nəzərdən keçirdiyimiz tərbiyə metodları insana edilən çoxcəhətli pedaqoji təsirlərin heç də hamısını əhatə etmir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı, bir sıra dolayı təsir priyomlarından da istifadə olunur. Bu zaman gəncə birbaşa təsir göstərilmir, onun nöqsanları bilavasitə ona izah edilmir. Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar:
- Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, gəncin intim hisslərinin fəallaşdırılması (məs., xəstə anasını sevindirmək üçün səylə oxumağa sövq edilməsi), tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi, müəyyən keyfiyyəti aşılamaq üçün tələbənin mütaliəyə cəlb edilməsi, müəyyən məqamlarda tərbiyəvi məzmunlu atalar sözü, lətifə və xalq məsəllərindən istifadə edilməsi və s.
- Fəaliyyətin və davranış təcrübəsinin təşkili priyomları: tələbəni maraqlı fəaliyyətə (tapşırıqlara) cəlb etmək, zəif tələbələr üzərində hamilik işinə cəlb etmək, onun gücünə inam bildirmək, xahiş etmək, kollektivin fərdə təsirini təşkil etmək (“partlayış” və ya “heyrətləndirmə” priyomu).
- Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana yönələn danlaq (müəllim ad çəkmədən, ünvansız müəyyən qəbahəti tənqid edir, “gü98 nahkar” şəxs öz payını götürür).
- Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: gəncə müəyyən işi yoxlamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti qrupda müzakirə edib qiymətləndirmək və s. Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən ayrılıqda götürülən heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda yaxşı, başqa halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, gəncin yaş və fərdi xüsusiyyətlərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib (optimal) metodlar seçib, onları yaradıcı tətbiq etməlidir.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə