Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Tərbiyənin qanunauyğunluqları və prinsipləri



Yüklə 209,22 Kb.
səhifə45/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   80
Ali mekteb Pedaqoqikasi

Tərbiyənin qanunauyğunluqları və prinsipləri

Tərbiyənin qanunauyğunluqları. Tərbiyə işini düzgün qurmaq və elmi əsasda idarə etmək üçün onun qanunauyğunluqlarını bilmək və tərbiyə fəaliyyətində nəzərə almaq lazımdır. Tərbiyə prosesinin qanunauyğunluqları dedikdə, bu prosesə obyektiv şəkildə xas olan ən ümumi, mühüm və sabit əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Bu qanunauyğun əlaqələrin öyrənilməsi və yığcam, məntiqi şəkildə ifadəsi sayəsində tərbiyə qanunları müəyyən edilir. Tərbiyə qanunları müvafiq prinsiplərdə öz əksini tapır.
Tərbiyənin prinsipləri, onların təsnifatı. Tərbiyə prinsipləri tərbiyə prosesinin qanunauyğunluqlarını əks etdirən, tərbiyə işində rəhbər tutulan əsas tələblərə, başlıca müddəalara deyilir. Tərbiyə prosesi elmi prinsiplər əsasında qurulduqda daha yaxşı nəticə verir. Əksinə, tərbiyə prinsiplərinə etinasız yanaşdıqda xoşagəlməz nəticələr alınır. Məsələn, tələblərdə vahidlik pozulduqda insanda müsbət davranış adətləri yaratmaq çətindir. Tərbiyənin prinsipləri tərbiyə prosesinin komponentləri arasındakı qanunauyğun əlaqə və asılılıqları tənzimləməyə xidmət edir. Buna görə də tərbiyə prinsiplərini tərbiyənin qanunaları əsasında təsnif etmək mümkündür
Tərbiyə prinsiplərinin səciyyəsi və qarşılıqlı əlaqəsi. Tərbiyədə məqsədyönlülük prinsipi. Tərbiyə məqsədyönlü prosesdir: tərbiyə fəaliyyəti məqsəddən başlayır və onun həyata keçirilməsi ilə tamamlanır. Tərbiyə işinin məzmunu, vasitə və metodları da məqsədlə müəyyən olunur. Yaxşı düşünülmüş və planlı həyata keçirilən məqsəd tərbiyə işinə düzgün istiqamət verir, tərbiyəçini kortəbii hərəkət etməkdən çəkindirir. Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi. Bu prinsip tərbiyə işini məktəb divarları arasında, yalnız söz və nəsihətlə yox, həyatla sıx əlaqəli şəkildə aparmağı nəzərdə tutur. Bu halda insan həyatı dərk edir, sosial təcrübə qazanır, ictimai münasibətləri öyrənir, psixoloji və əməli cəhətdən ictimai həyata hazırlaşır. Cəmiyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iştirak etməklə gənc nəsildə vətəndaşlıq keyfiyyətləri, özünüdərk meyli formalaşır.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə