Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Pedaqoji ünsiyyət və onun strukturu



Yüklə 209,22 Kb.
səhifə61/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   80
Ali mekteb Pedaqoqikasi

Pedaqoji ünsiyyət və onun strukturu. Pedaqoji ünsiyyət pedaqoji proses iştirakçılarının qarşılıqlı münasibətlərini ifadə edən peşə ünsiyyətidir, pedaqoji fəaliyyətin çox çətin bir sahəsidir. Bir çox müəllimlər məhz tələbələrlə ünsiyyət qurmaqda çətinlik çəkir, bu sahədə ciddi səhvlərə yol verirlər. Bu səhvlər isə onların iş keyfiyyətlərinə, səhhətlərinə mənfi təsir göstərir. Pedaqoji ünsiyyətin düzgün qurulması ünsiyyətin mahiyyətini, strukturunu, mexanizmini, şərtlərini yaxşı dərk etməkdən, pedaqoji ünsiyyətə yiyələnməkdən çox asılıdır. Ünsiyyət – insanların informasiya mübadiləsi, qarşılıqlı təsiri və bir-birini qavraması prosesidir. Müasir psixologiyada ünsiyyətin üç tərəfi fərqləndirilir:
- informasiya mübadiləsi (kommunikativ tərəf);
- insanların qarşılıqlı təsiri (interaktiv tərəf);
- insanların bir-birini qavraması (perseptiv tərəf).
Ünsiyyətin qeyd edilən tərəflərinə müvafiq olaraq onun üç funksiyası özünü göstərir: informasiya vermək, tərbiyəvi təsir göstərmək, insanı duymaq funksiyaları.
Ünsiyyətin kommunikativ funksiyası – informasiya mübadiləsi pedaqoji fəaliyyətin əsasını təşkil edir.
Ünsiyyətin interaktiv funksiyası – insanların qarşılıqlı münasibətləri, qarşılıqlı təsiri ünsiyyətin əsasını təşkil edir.
Ünsiyyətin perseptiv funksiyası insanların bir-birini qavraması və anlaması ilə bağlıdır. Ünsiyyətin qeyd edilən tərəflərini (funksiyalarını) vəhdətdə həyata keçirilməlidir. Bəzən ali məktəb təcrübəsində bu məsələyə birtərəfli yanaşılır: müəllim məşğələ zamanı ünsiyyətin yalnız bir tərəfini, məsələn, informasiya vermək tərəfini təşkil edib, digər iki tərəf üzərində düşünmür. Tələbələrdə təlim fəaliyyətinə marağın azalması səbəblərinin təhlili göstərir ki, zəif mənimsəmə və fənnə diqqətin azalması başlıca olaraq məhz pedaqoji ünsiyyətin yanlış təşkili ilə bağlıdır. Eksperiment ilə müəllim pedaqoji ünsiyyətin strukturunu dəyişərək onun hər üç tərəfini əlaqəli təşkil edir – qrupda müsbət işgüzar mühitin, sağlam mənəvi-psixoloji iqlimin yaradılmasına, yəni ünsiyyətin interaktiv və perpektiv tərəfinə daha çox diqqət yetirir. Bu halda tələbələrin təlimə münasibətində nəzərəçarpan dəyişiklik baş verir. Hər bir müəllim (xüsusən gənc müəllimlər) tədris etdiyi fənni mükəmməl bilməklə yanaşı pedaqoji ünsiyyət qabiliyyətinə də yaxşı yiyələnməlidir.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə