Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


X mühazirə Pedaqoji prosesdə müəllimin rolu. Ali məktəb müəllimi



Yüklə 209,22 Kb.
səhifə64/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   80
Ali mekteb Pedaqoqikasi

X mühazirə
Pedaqoji prosesdə müəllimin rolu. Ali məktəb müəllimi
Plan:
1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu. Müəllimlik işinin xüsusiyyətləri.
2. Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri
3. Müəllimin peşə qabiliyyətləri
4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı

1.Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu.
Müəllimlik işinin xüsusiyyətləri. Gənclərin təlim-tərbiyəsində, yüksək hazırlıqlı mütəxəssislər kimi yetişməsində müəllim çox böyük rol oynayır. Cəmiyyətin, millətin gələcəyi, müəyyən mənada, müəllimin əlindədir. Millət məktəbdən, müəllimdən başlanır. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir. Müəllim cəmiyyətdə aparıcı qüvvədir. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, bağbana, mühəndisə, heykəltəraşa, sərkərdəyə, həkimə bənzətmişlər. Çünki o, günəş kimi insanlığa mənəvi həyat verir; bağban kimi uşaq və gənclərə daim qayğı göstərir; mühəndis kimi insan qəlbinin layihəsini cızır; heykəltəraş kimi gənc qəlbi və ağlı cilalayır; sərkərdə kimi cahilliyə, vəhşiliyə, şərə qarşı amansız mübarizə aparır; həkim kimi millətin mənəvi sağlamlığı keşiyində durur. Cəmiyyətdə olduğu kimi, məktəbdə də müəllim böyük qüvvədir. Gənc nəslin bilik və tərbiyə səviyyəsi, ağlının və qəlbinin formalaşması, ilk növbədə, müəllimdən, onun peşə-ixtisas və vətəndaşlıq keyfiyyətlərindən asılıdır. Pedaqoji fəaliyyəti düzgün qurmaq üçün müəllimlik işinin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərə daxildir:
a) Müəllimlik şərəfli işdir; çünki öz həyatını xalqın gələcəyinə həsr edir. Xalqa verilmiş həyat isə xoşbəxtlikdir.
b) Müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir; bu işdə isə səhvə yol vermək olmaz.
c) Müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəbdir, zəngin və incədir. Pedaqoji fəaliyyətin çətinliyi həm də ondadır ki, müəllimin tərbiyə etdiyi insan dəyişkəndir; bu gün zəif oxuyan, intizamsızlıq edən sabah düzələ bilər və ya əksinə. Müəllim öz yetirmələrinin inkişafını izləməli, təhlil etməli, onları düzgün istiqamətləndirməlidir.
ç) Müəllimlik yaradıcı işdir: çünki müəllim hazır göstərişlərlə işləyə bilməz. Hər bir konkret halda qarşıya çıxan məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etmək lazım gəlir. Bunun üçün müəllimdən müstəqil düşünmə, yaradıcı təfəkkür tələb olunur. Görkəmli rus pedaqoqu və psixoloqu P.P.Blonskinin təbirincə desək, həqiqi müəllim ensiklopedik lüğət yox, Sokrat olmalıdır. Müasir dövrdə sadəcə bilikli müəllim olmaq azdır; məktəbə yaradıcı, tədqiqatçı müəllim lazımdır. Ali məktəb müəllimi pedaqoji fəaliyyətin xüsusiyyətlərini nəzərə almalı, normativ tələblərlə özünün yaradıcılığını əlaqələndirməyi bacarmalıdır.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə