Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri



Yüklə 209,22 Kb.
səhifə65/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   80
Ali mekteb Pedaqoqikasi

2. Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri
Ali məktəb müəlliminin fəaliyyətinin səmərəliliyi onun öz funksiyalarını yüksək səviyyədə yerinə yetirməsi ilə sıx bağlıdır. Bu funksiyalara daxildir: təhsilverici, tərbiyəedici, inkişafetdirici, stimullaşdırıcı, elmi-tədqiqatçılıq funksiyaları.
Təhsilverici funksiya ali məktəbdə verilən profilə uyğun olaraq tələbələri sistemləşdirilmiş elmi biliklərlə, peşə-ixtisas hazırlığına müvafiq bacarıq və vərdişlərlə silahlandırmaqda ifadə olunur. Bunun üçün tələbələrə hazır informasiyaların ötürülməsi azdır; onların özlərinin müstəqilliyini artırmaq, onları yaradıcı axtarışlara geniş cəlb etmək vacibdir. Təhsildə ağırlıq hafizəyə, yaddaşa yox, daha çox təfəkkürə, sərbəst fikrə düşməlidir. Müəllim tələbələrə “Nədir?”, “Nəyə deyilir?”, “Hansılardır?” suallarından daha çox “Nə üçün?”, “Nə ilə fərqlənir?”, “Hansı fikir düzgündür?”, “Sən bu haqda nə fikirləşirsən?” və s. bu kimi suallara müraciət etməklə təlim materiallarının şüurlu mənimsənilməsinə, müstəqil və tənqidi təfəkkürün inkişafına şərait yaratmış olur. Hər bir müəllim öz fənni daxilində tələbələrdə özünütəhsil tələbatı tərbiyə etməlidir. İlk növbədə, müəllim tələbələr üçün dərin bilik, geniş erudisiya, ağıl, intellekt, elmi maraqların zənginliyi nümunəsi olmalıdır. V.A.Suxomlinskinin təbirincə desək, əgər müəllim tək bircə gün öz intellektual inkişafından qalarsa, o, yetirmələri üçün bilik məşəli olmaqdan məhrum olacaqdır.
Tərbiyedici funksiya bütün vasitələrlə – təhsilin məzmunu, təşkili prosesi, metod və priyomlarla tələbələrdə mütəxəssis üçün zəruri olan fərdi və peşə keyfiyyətlərinin formalaşmasına, onların yetkin şəxsiyyət kimi inkişafına kömək göstərməkdə ifadə olunur. Ali məktəb müəllimi hansı elmi tədris etməsindən asılı olmayaraq hər şeydən əvvəl, tərbiyəçidir. Ən başlıcası isə, ali məktəb müəllimi, bir ziyalı kimi, öz şəxsiyyəti ilə tələbələr üçün tərbiyə nümunəsi olmalıdır, çünki şəxsiyyət – şəxsiyyətlə, vicdan – vicdanla, inam – inamla, düzlük – düzlüklə tərbiyə olunur.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə