54
Unun saxlanması üçün tarasız anbarlar ayrıca binada və çörək zavodunun
istehsalat korpusunda yerləşdirilir. Son zamanlarda açıq tipli tarasız anbarlar daha
geniş yayılmışdır. Burada bunkerlər bilavasitə zavodun sahəsində quraşdırılır.
Onların üzərində yüngül çardaq düzəldir, bunkerlərin aşağı hissəsini isə onların
altında quraşdırılan avadanlıqla birlikdə hasara alırlar.
Açıq tipli anbarların tikintisi və istismarı örtülü anbarlara nisbətən xeyli
ucuzdur.
Unu açıq anbarlarda saxladıqda onun xüsusiyyətləri pisləşmir. Unun fiziki
xüsusiyyətləri və hissəcikləri arasında hava qatının olması onun aşağı istilik
keçiriciliyinə səbəb olur, buna görə də hətta qışda da unun ancaq üst qatı soyuyur,
bu da un kütləsinin 12-15 %-ni təşkil edir. Havanın temperaturu aşağı olduqda
anbara daxil olan unun temperaturu qüllənin daxili divarlarında kondensatın əmələ
gəlməməsi üçün 20 ºC-dən yuxarı olmamalıdır. Böyük diametrli silindrik
qüllələrdə düzbucaqlı bunkerlərə nisbətən un az soyuyur. Nəzərə almaq lazımdır
ki, boşaltma, daşınma və xəlbirləmə zamanı un qarışdırılır, bunun da nəticəsində
onun temperaturu bərabərləşir və bir qədər artır (3-6 ºC).
Tarasız üsulda unu qüllədə və ya bunkerlərdə saxlayırlar. Hər bir un
sortunun saxlanması üçün çörək zavodunda ən azı iki qüllə olmalıdır Onlardan
birini unun qəbulu üçün, ikincini isə unun istensala verilməsi üçün istifadə edirlər.
Anbarda qüllələrin ümumi sayı zavodun məhsuldarlığından və onun müxtəlif un
sortlarına olan tələbatından asılıdır. Qüllələrə və bunkerlərə unu yuxarı hissədən
doldururlar. Unu nəql etdirən hava onların üzərində quraşdırılmış süzgəcdən xaric
olur, unun tozu tutulur və geriyə, qülləyə və ya bunkerə tökülür.
İri həcmlərdə saxlanan zaman un çox qaldığından, yapıxır, qüllədən
boşaldılan zaman yaranan topalar həcmin boşaldılmasına maneçilik törədir.
Topaların yaranmasına unun kütlə payı, yiğılmanın sıxlığı və saxlanma müddəti
təsir göstərir. Un sütununun hündür olması və uzun müddətli saxlanma topaların
yaranmasını sürətləndirir. Sortlu un səpəkli una nisbətən davamlı topalar əmələ
gətirir. Unun tez çıxması və topaların aradan qaldırılması üçün xaricdən, qüllənin
55
konus hissəsində vibrator quraşdırılır və ya qüllənin (bunkerin) içinə sıxılmış hava
verilərək dibi havalandırılır.
Hal-hazırda mövcud olan anbarlarda unun ələnmək, çəkilmək üçün istehsal
bunkerlərinə verilməsi çalovlu elevator və navalçaşəkilli konveyer vasitəsilə
mexaniki nəqliyyatla və ya pnevmo- və aerozol tipli nəqliyyatla verilir. Hər bir
anbarda unun təmizlənməsi, çəkilməsi və istehsal bunkerlərinə daşınması üçün ən
azı iki xətt olmalıdır. Unun tarasız üsulla saxlanması və hazırlanması üçün xətt
şəkil 5.2-də göstərilmişdir.
Şəkil 5.2. Unun tarasız üsulla saxlanması və hazırlanması üçün xətt:
1- rotorlu qidalandırıcı; 2- un üçün qüllələr; 3- ələk; porsiyalı avtomat tərəzilər;
5- aralıq həcm; 6- istehsal bunkerləri
Tarasız və taralı un anbarlarına aşağıdakı sanitar tələblər qoyulur: anbarın
binası quru və havalı, döşəmə və divarları hamar olmalıdır. Binada havanın nisbi
rütubəti 75 %, temperaturu isə 10 ºC olmalıdır. Anbarda zərərvericilər
olmamalıdır.
Dəndə olduğu kimi buğdada da biokimyəvi dəyişikliklər baş verir. Unu
təşkil edən xırda hissəciklər kütləsi dənin qoruyucu pərdəsindən məhrum olduğuna
görə xarici təsirlərə - nəmlik, hava oksigeni, mikroflora, temperatur və s. məruz
qala bilər.
Tarasız saxlanma anbarı standart ölçülü ayrı-ayrı avadanlıqlar sırasına:
qülləyə, qidalandırıcıya, spiralşəkilli “elastik” elementlər əsasında nəqletdirici
qurğulara (şək.5.3), istehsal bunkerinə, ələyə, süzgəcə, dozatora malikdir.
Şəkil 5.3. Nəqletdirici qurğu:
1 – podşipnik düyünü; 2 – yükləmə qutusu; 3- spiral; 4- yükboşaltma qutusu;
5- motor-reduktor
A2-X2E-160A(B) markalı qüllələr effektivli S2-XMQ-200 boşaltma
qurğusu ilə təhciz edilmişdir.
56
Nəqletdirici qurğular unun və səpələnən komponentlərin müntəzəm
qarışdırılmasını və qalxmasını təmin edir. Boru xəttinin uzunluğu və xarici
görünüşü müxtəlif ola bilər. Qurğunu istismar sahəsində ayrı-ayrı elementlərdən
asanlıqla montaj edir və sıxılmış hava olmadan istismar edirlər. Bu qurğular
nəqliyyat-texnoloji sxemi sadələşdirir, istismarı ucuzlaşdırır, elektrik enerjisinə
olan tələbatı kəskin azaldır və unun səpələnməsini xeyli azaldır. Onlar istismar
baxımından etibarlı və uzun ömürlüdürlər, təmizlik və istismar üzrə ixtisaslı
xidmət tələb etmir, kompressorlara, süzgəclərə, havasaxlayanlara və nəhəng
konveyerlərə ehtiyac olmur.
Un daşıyan maşınlardan boşaldılan un lazımi qülləyə istiqamətlənir və
xüsusi vericilərlə onun içinə doldurulur. Qüllələr unun verilmiş məhsuldarlıqla,
arasıkəsilmədən boşalmasını təmin etmək üçün vibroboşaldıcı altlığa malikdir.
Onun altında unun istehsala bir və ya bir neçə xəttlə verilməsi, eləcə də ələnməsi
və qarışdırılması üçün “elastik” elementlərdən ibarət qidalandırıcı konveyer və
nəqletdirici qurğular quraşdırılır. Unun hesabatı sıfır indikasiyalı tenzometrik
sistemlə və kompyuterə çıxışla təhciz edilmiş dozatorun (paylaşdırıcı) köməyi ilə
həyata keçirilir. Proqram təminatı hər bir saat, növbə, sutka, ay ərzində, istənilən
zaman anında, hər bir xətdən keçən un kütləsi üzrə verilənləri cəmləməyə imkan
verir. Anbarın işi mnemosxemlə təhciz edilmiş idarəetmə pultu vasıtəsilə idarə
edilir.
Texnoloji sxemdə Ş2-XMV markalı yüksək məhsuldarlıqlı ələklər tətbiq
edilir ki, onlar 7t/s məhsuldarlığı təmin edir.
Nisbətən aşağı məhsuldarlığı olan xətlərdə fasiləsiz işləyən Ş2-XMV
markalı kiçik ölçülü ələklər tətbiq edirlər. Bu markadan olan un ələyicisi (şək.5.4)
buğda və çovdar ununun yoxlama ələnməsi üçün nəzərdə tutulmuşdur. Onu un
pnevmonəqliyyatla anbara verilən zaman quraşdırırlar. Qidalandırıcı qurğu kimi
enişi olan şlüzlü sürgü tətbiq edilir. Ələklər həm pnevmo nəqletdirilmə sistemində,
həm də unun mexaniki nəqliyyatla verilməsi sistemində işləyə bilər.
Şək.5.4. Fasiləsiz işləyən Ş2-XMV markalı ələk.
Dostları ilə paylaş: |