57
1- dartıcı stansiya; 2- val; 3- baraban; 4- un ötürücüsü; 5- çən; 6- korpus;
7- ulduzcuqlar bloku
Şəkil 5.5-də aşağıdakı qurğuların kombinasiyası tətbiq edilməklə xəmirin
porsiyalı hazırlanma sahəsi sxem çəklində göstərilmişdir: kiçik ölçülü ələk Ş2-
XME, “elastik” elementlər əsasında nəqletdirici qurğu (“spirallı” konveyer) və
qeydetmə sistemi olan un dozatoru.
Şək.5.5. Xəmirin porsiyalı hazırlanma sahəsi.
1- ələk; 2- elstik elementlər əsasında nəqletdirici qurğu; 3- xəmiryoğuran
maşın; 4-sıfır inkasiyalı və qeydetmə sistemi olan un dozatoru; 5- işçi həcm- xəmir
qazanı.
Səpələnən ərzaq məhsullarının ələnməsi üçün (un, şəkər tozu, ədviyyatlar,
kakao tozu, duz və s.) çörəkbişirmə müəssisələrində fəsiləsiz işləyən MPS-141
markalı ələklər tətbiq olunur (şək.5.6).
Şək.5.6. Fəsiləsiz işləyən MPS-141 markalı ələk.
1- özül; 2- yükləmə bunkeri;3- ələk başlığı; 4- yükboşaldan qurğu; 5-
konveyerli şaquli boru; 6- elektrik ötürücüsü.
Anbarda saxlanılan unun istehsal üçün hazırlanması ələnmə, metal
qatışıqların kənar edilməsi, çəkilmə, eləcə də onun ayrı-ayrı partiya və sortlarının
qarışdırılmasından ibarətdir.
Unun ələnməsi. Yad cisimlərin kənarlaşdırılması məqsədilə aparılır.
Bundan başqa ələnmə zamanı un qarışır, qızışır və havalanır. Tarasız və taralı
anbarlarda adətən fasiləsiz işləyən, fırlanan barabanlı ələkləri olan qurğulardan
istifadə olunur. Un müəyyən nömrəli metal ələklərin gözcüklərindən keçərək
ələnir. Buğda və çovdar unu üçün 1,8-2, sortlu un üçün 1,6 nömrəli ələklərdən
istifadə olunur. Ələklərin nömrələri unun üyüdülmə dərəcəsindən asılı olaraq
müəyyənləşdirilir.
58
Ələyin ölçüsü unun sortuna uyğun seçilməlidir, bu çox vacibdir. Əgər unun
ələnməsi üçün çox sıx ələklər qurulmuşdursa, onda un ələyin səthini tutacaq. Çox
seyrək ələklərdən istifadə olunarsa, bu zaman ələnmiş una xırda kənar cisimlər
düşə bilər. Unun ələnməsi zamanı unələyən maşınların ələklərini mütləq fırça ilə
təmizləmək, ələklərin bütövlüyünü te-tez yoxlamaq lazımdır.
Ələnmə zamanı kənar cisimlərin miqdarını və onların xarakterini müəyyən
edərək, tullantını müntəzəm şəkildə gözdən keçirmək vacibdir. Ələklərin
çirklənməsi nəticəsində unun tullantıya düşməsinə yol vermək olmaz.
Metal
qatışıqların
kənar
edilməsi.
Unun maqnit təmizlənməsi
unələyənlərin çıxışında quraşdırılan maqnit çəpərləri ilə təmin olunur. Maqnit
çəpərləri ölçüsü 48×12 olan zolağın eninə kəsiyi ilə polad maqnit qövslərinin
yığımından ibarətdir. Maqnitlərin əsas xüsusiyyətlərindən biri yükgötürmə
qabiliyyətidir, bu maqnitin metal qatışıqları özünə çəkməsi kimi başa düşülür. Bu
kəsikdə olan maqnitlər üçün minimum yükgötürmə qabiliyyəti 8, maksimum isə 12
–dir. İstismar prosesində maqnitlərin unda olan metal qatışıqları özünə çəkməsi
azalır. Buna görə də 10-15 gündə bir dəfə onları gözdən keçirir və lazım olduqda
onları təkrar maqnitləşdirirlər.
Maqnit çəpərlərin ümumi uzunluğu 1sutka ərzində un xəttindən keçən1t una
2sm hesabı ilə müəyyənləşdirilir. Maqnit çəpərinin uzunluğu—bir-birinə sıx
düzülmüş bütün maqnit qövslərinin uzunluğudur. Maqnit qütblərinin altında
qarışdırılan un qatının qalınlığı 10mm olmalıdır.
Maqnit qövslərini hər növbədə onlara yapışmış dəmir qatışıqlardan
təmizləyirlər. Laboratoriya metal-maqnit qatışıqların kütləsini (1kq unda 3mq-dan
çox olmamalıdır) və tərkibini müəyyən edir. İri metal hissəcikləri və ya
qatışıqlarının çəkisi çox olduqda laboratoriya müvafiq unüyütmə müəssisəsinə
buğdanın və unun yaxşı təmizlənmədiyi barədə məlumat verir.
Unun çəkilməsi. Tarasız anbardan istehsala daxil olan unu, adətən,
unələyəndən sonra quraşdırılmış porsiyalı avtomat tərəzilərin köməyi ilə çəkirlər.
Tərəzilər unu 20 kq-dan 100 kq-dək olan porsiyalarla çəkə bilir.
59
Son illərdə unun çəkilməsinin tenzometrik sistemi təşkil edilir ki, bu sistem
yükləmə və ya boşalma zamanı qüllənin unla birlikdə avtomatik çəkilməsini təmin
edir. Tenzometrik dəyişdiriciləri qülləyə bərk şəkildə montaj edirlər, onun çəkisini
göstərən cihazı operator otağında quraşdırırlar.
Unun qarışdırılması. Ayrı-ayrı un partiyalarını un analizlərinin nəticələri
əsasında istehsal laboratoriyasının göstərişi ilə qarışdırırlar.
Un partiyasının çeşidlənməsi haqqında göstərişi təşkil edərkən, onun rəngi
və çörəkbişirmə xüsusiyyətləri nəzərə alınır. Çeşidləməni elə həyata keçirirlər ki,
ayrı-ayrı un partiyalarının üstünlükləri və çatışmazlıqları bir-birini tarazlaşdırsın,
qarışıq normal çörəkbişirmə xüsusiyyətlərinə malik olsun.
“Zəif” unu “güclü” unla, açıq rəngli unu nisbətən tünd rəngli unla, yüksək
avtolitik aktivliyə malik unu zəif ferment aktivliyinə malik unla qarışdırırlar.
Çeşidləmə zamanı həmçinin, un partiyalarında suyun kütlə payı və turşuluğu
da nəzərə alınır. Un partiyalarının çeşidləmə göstərişində ümumi qarışıqda
partiyaların nisbəti (1:2:3) və unun təyinatı (opara, xəmir və xəmrə və s.) qeyd
olunur.
Əgər çörəyin resepturainə iki sort un daxildirsə, onda çeşidləmə barədə
göstərişdə onların nisbəti və münasib qarışdırılma rejimi göstərilməlidir. Adətən,
onlardan birini oparanın və ya xəmrənin, digərini isə xəmirin yoğrulmasına sərf
edirlər.
Məsələn, süfrə çörəyinin istehsalı zamanı kəpəkli çovdar unu oparanın
yoğrulmasına, ikinci sort buğda unu isə xəmirin yoğrulmasına sərf edilir.
Un partiyalarının düzgün təşkil edilmiş və aparılmış çeşidləmə prosesi
texnoloji rejimlərin sabitliyini və məmulatların standart keyfiyyətini təmin edir.
Taralı un anbarlarında partiyaların çeşidlənməsi əllə aparılır. Məsələn, iki un
partiyasının 1:2 nisbətində qarışdırılması zamanı birinci partiyanın bir kisəsinə
ikinci partiyanın iki kisəsi götürülür. Bu üsulda müxtəlif partiyaların bərabər
qarışdırılması məqsədilə unu kisələrdən porsiyalarla tökmək məsləhətdir. Un
partiyalarını müəyyən nisbətlərdə çeşidləmək üçün xüsusi dozator və dozator-
qarışdırıcıdan istifadə olunur.Onların iş prinsipi ondan ibarətdir ki, işçi orqanın
Dostları ilə paylaş: |