Mühazirə Çörək sənayesi haqqında ümumi məlumat Plan Giriş. Fənn haqqında ümumi məlumat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/86
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8895
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   86

57 
 
1- dartıcı stansiya; 2- val; 3- baraban; 4-  un ötürücüsü; 5- çən; 6- korpus; 
7- ulduzcuqlar bloku  
Şəkil  5.5-də  aşağıdakı  qurğuların  kombinasiyası  tətbiq  edilməklə  xəmirin 
porsiyalı  hazırlanma  sahəsi  sxem  çəklində  göstərilmişdir:  kiçik  ölçülü  ələk  Ş2-
XME,  “elastik”  elementlər  əsasında  nəqletdirici  qurğu  (“spirallı”  konveyer)  və 
qeydetmə sistemi olan un dozatoru. 
 
Şək.5.5. Xəmirin porsiyalı hazırlanma sahəsi. 
1-  ələk;  2-  elstik  elementlər  əsasında  nəqletdirici  qurğu;  3-  xəmiryoğuran 
maşın; 4-sıfır inkasiyalı və qeydetmə sistemi olan un dozatoru; 5- işçi həcm- xəmir 
qazanı.  
Səpələnən  ərzaq  məhsullarının  ələnməsi  üçün  (un,  şəkər  tozu,  ədviyyatlar, 
kakao  tozu,  duz  və  s.)  çörəkbişirmə  müəssisələrində  fəsiləsiz  işləyən  MPS-141 
markalı ələklər tətbiq olunur (şək.5.6).  
 
Şək.5.6. Fəsiləsiz işləyən MPS-141 markalı ələk. 
1-  özül;  2-  yükləmə  bunkeri;3-  ələk  başlığı;  4-  yükboşaldan  qurğu;  5- 
konveyerli şaquli boru; 6- elektrik ötürücüsü. 
 
Anbarda  saxlanılan  unun  istehsal  üçün  hazırlanması  ələnmə,  metal 
qatışıqların  kənar  edilməsi,  çəkilmə,  eləcə  də  onun  ayrı-ayrı  partiya  və  sortlarının 
qarışdırılmasından ibarətdir.  
Unun  ələnməsi.  Yad  cisimlərin  kənarlaşdırılması  məqsədilə  aparılır. 
Bundan  başqa  ələnmə  zamanı  un  qarışır,  qızışır  və  havalanır.  Tarasız  və  taralı 
anbarlarda  adətən  fasiləsiz  işləyən,  fırlanan  barabanlı  ələkləri  olan  qurğulardan 
istifadə  olunur.  Un  müəyyən  nömrəli  metal  ələklərin  gözcüklərindən  keçərək 
ələnir.  Buğda  və  çovdar  unu  üçün  1,8-2,  sortlu  un  üçün  1,6  nömrəli  ələklərdən 
istifadə  olunur.  Ələklərin  nömrələri  unun  üyüdülmə  dərəcəsindən  asılı  olaraq 
müəyyənləşdirilir.  


58 
 
Ələyin ölçüsü  unun sortuna uyğun seçilməlidir, bu çox vacibdir. Əgər  unun 
ələnməsi  üçün çox sıx ələklər qurulmuşdursa, onda un ələyin səthini  tutacaq. Çox 
seyrək  ələklərdən  istifadə  olunarsa,  bu  zaman  ələnmiş  una  xırda  kənar  cisimlər 
düşə  bilər.  Unun  ələnməsi  zamanı  unələyən  maşınların  ələklərini  mütləq  fırça  ilə 
təmizləmək, ələklərin bütövlüyünü te-tez yoxlamaq lazımdır.  
Ələnmə  zamanı  kənar  cisimlərin  miqdarını  və  onların  xarakterini  müəyyən 
edərək,  tullantını  müntəzəm  şəkildə  gözdən  keçirmək  vacibdir.  Ələklərin 
çirklənməsi nəticəsində unun tullantıya düşməsinə yol vermək olmaz.  
Metal 
qatışıqların 
kənar 
edilməsi. 
Unun  maqnit  təmizlənməsi 
unələyənlərin  çıxışında  quraşdırılan  maqnit  çəpərləri  ilə  təmin  olunur.  Maqnit 
çəpərləri  ölçüsü  48×12  olan  zolağın  eninə  kəsiyi  ilə  polad  maqnit  qövslərinin 
yığımından  ibarətdir.  Maqnitlərin  əsas  xüsusiyyətlərindən  biri  yükgötürmə 
qabiliyyətidir,  bu  maqnitin  metal  qatışıqları  özünə  çəkməsi  kimi  başa  düşülür.  Bu 
kəsikdə olan maqnitlər üçün minimum yükgötürmə qabiliyyəti 8, maksimum isə 12 
–dir.  İstismar  prosesində  maqnitlərin  unda  olan  metal  qatışıqları  özünə  çəkməsi 
azalır. Buna görə də 10-15 gündə bir dəfə onları  gözdən keçirir və lazım olduqda 
onları təkrar maqnitləşdirirlər. 
Maqnit çəpərlərin ümumi uzunluğu 1sutka ərzində un xəttindən keçən1t una 
2sm  hesabı  ilə  müəyyənləşdirilir.  Maqnit  çəpərinin  uzunluğu—bir-birinə  sıx 
düzülmüş  bütün  maqnit  qövslərinin  uzunluğudur.  Maqnit  qütblərinin  altında 
qarışdırılan un qatının qalınlığı 10mm olmalıdır.   
Maqnit  qövslərini  hər  növbədə  onlara  yapışmış  dəmir  qatışıqlardan 
təmizləyirlər.  Laboratoriya  metal-maqnit qatışıqların kütləsini  (1kq  unda  3mq-dan 
çox  olmamalıdır)  və  tərkibini  müəyyən  edir.  İri  metal  hissəcikləri  və  ya 
qatışıqlarının  çəkisi  çox  olduqda  laboratoriya  müvafiq  unüyütmə  müəssisəsinə 
buğdanın və unun yaxşı təmizlənmədiyi barədə məlumat verir. 
Unun  çəkilməsi.  Tarasız  anbardan  istehsala  daxil  olan  unu,  adətən, 
unələyəndən  sonra  quraşdırılmış  porsiyalı  avtomat  tərəzilərin  köməyi  ilə  çəkirlər. 
Tərəzilər unu 20 kq-dan 100 kq-dək olan porsiyalarla çəkə bilir. 


59 
 
Son illərdə  unun çəkilməsinin tenzometrik sistemi təşkil edilir ki, bu sistem 
yükləmə və ya boşalma zamanı qüllənin unla birlikdə avtomatik çəkilməsini təmin 
edir. Tenzometrik dəyişdiriciləri qülləyə bərk şəkildə montaj edirlər, onun çəkisini 
göstərən cihazı operator otağında quraşdırırlar. 
Unun    qarışdırılması.  Ayrı-ayrı  un  partiyalarını  un  analizlərinin  nəticələri 
əsasında istehsal laboratoriyasının göstərişi ilə qarışdırırlar.  
Un  partiyasının  çeşidlənməsi  haqqında  göstərişi  təşkil  edərkən,  onun  rəngi 
və  çörəkbişirmə  xüsusiyyətləri  nəzərə  alınır.  Çeşidləməni  elə  həyata  keçirirlər  ki, 
ayrı-ayrı  un  partiyalarının  üstünlükləri  və  çatışmazlıqları  bir-birini  tarazlaşdırsın, 
qarışıq normal çörəkbişirmə xüsusiyyətlərinə malik olsun. 
“Zəif”  unu  “güclü”  unla,  açıq  rəngli  unu  nisbətən  tünd  rəngli  unla,  yüksək 
avtolitik aktivliyə malik unu zəif ferment aktivliyinə malik unla qarışdırırlar. 
Çeşidləmə zamanı həmçinin, un partiyalarında suyun kütlə payı və turşuluğu 
da  nəzərə  alınır.  Un  partiyalarının  çeşidləmə  göstərişində  ümumi  qarışıqda 
partiyaların  nisbəti  (1:2:3)  və  unun  təyinatı  (opara,  xəmir  və  xəmrə  və  s.)  qeyd 
olunur. 
Əgər  çörəyin  resepturainə  iki  sort  un  daxildirsə,  onda  çeşidləmə  barədə 
göstərişdə  onların  nisbəti  və  münasib  qarışdırılma  rejimi  göstərilməlidir.  Adətən, 
onlardan  birini  oparanın  və  ya  xəmrənin,  digərini  isə  xəmirin  yoğrulmasına  sərf 
edirlər. 
Məsələn,  süfrə  çörəyinin  istehsalı  zamanı  kəpəkli  çovdar  unu  oparanın 
yoğrulmasına, ikinci sort buğda unu isə xəmirin yoğrulmasına sərf edilir.  
Un  partiyalarının  düzgün  təşkil  edilmiş  və  aparılmış  çeşidləmə  prosesi 
texnoloji rejimlərin sabitliyini və məmulatların standart keyfiyyətini təmin edir.  
Taralı un anbarlarında partiyaların çeşidlənməsi əllə aparılır. Məsələn, iki un 
partiyasının  1:2  nisbətində  qarışdırılması  zamanı  birinci  partiyanın  bir  kisəsinə 
ikinci  partiyanın  iki  kisəsi  götürülür.  Bu  üsulda  müxtəlif  partiyaların  bərabər 
qarışdırılması  məqsədilə  unu  kisələrdən  porsiyalarla  tökmək  məsləhətdir.  Un 
partiyalarını  müəyyən  nisbətlərdə  çeşidləmək  üçün  xüsusi  dozator  və  dozator-
qarışdırıcıdan  istifadə  olunur.Onların  iş  prinsipi  ondan  ibarətdir  ki,  işçi  orqanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə