Mühazirə Çörək sənayesi haqqında ümumi məlumat Plan Giriş. Fənn haqqında ümumi məlumat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/86
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8895
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   86

54 
 
Unun  saxlanması  üçün  tarasız  anbarlar  ayrıca  binada  və  çörək  zavodunun 
istehsalat korpusunda  yerləşdirilir. Son zamanlarda açıq tipli  tarasız anbarlar daha 
geniş  yayılmışdır.  Burada  bunkerlər  bilavasitə  zavodun  sahəsində  quraşdırılır. 
Onların  üzərində  yüngül  çardaq  düzəldir,  bunkerlərin  aşağı  hissəsini  isə  onların 
altında quraşdırılan avadanlıqla birlikdə hasara alırlar. 
Açıq  tipli  anbarların  tikintisi  və  istismarı  örtülü  anbarlara  nisbətən  xeyli 
ucuzdur.  
Unu  açıq  anbarlarda  saxladıqda  onun  xüsusiyyətləri  pisləşmir.  Unun  fiziki 
xüsusiyyətləri  və  hissəcikləri  arasında  hava  qatının  olması  onun  aşağı  istilik 
keçiriciliyinə səbəb olur, buna görə də hətta qışda da unun ancaq üst qatı soyuyur, 
bu  da  un  kütləsinin  12-15  %-ni  təşkil  edir.  Havanın  temperaturu  aşağı  olduqda 
anbara daxil olan unun temperaturu qüllənin daxili divarlarında kondensatın əmələ 
gəlməməsi  üçün  20  ºC-dən  yuxarı  olmamalıdır.  Böyük  diametrli  silindrik 
qüllələrdə  düzbucaqlı  bunkerlərə  nisbətən  un  az  soyuyur.  Nəzərə  almaq  lazımdır 
ki,  boşaltma,  daşınma  və  xəlbirləmə  zamanı  un  qarışdırılır,  bunun  da  nəticəsində 
onun temperaturu bərabərləşir və bir qədər artır (3-6 ºC). 
Tarasız  üsulda  unu  qüllədə  və  ya  bunkerlərdə  saxlayırlar.  Hər  bir  un 
sortunun  saxlanması  üçün  çörək  zavodunda  ən  azı  iki  qüllə  olmalıdır  Onlardan 
birini unun qəbulu üçün, ikincini isə unun istensala verilməsi üçün istifadə edirlər. 
Anbarda  qüllələrin  ümumi  sayı  zavodun  məhsuldarlığından  və  onun  müxtəlif  un 
sortlarına  olan  tələbatından  asılıdır.  Qüllələrə  və  bunkerlərə  unu  yuxarı  hissədən 
doldururlar. Unu nəql etdirən hava onların üzərində quraşdırılmış süzgəcdən xaric 
olur, unun tozu tutulur və geriyə, qülləyə və ya bunkerə tökülür. 
İri  həcmlərdə  saxlanan  zaman  un  çox  qaldığından,  yapıxır,  qüllədən 
boşaldılan  zaman  yaranan  topalar  həcmin  boşaldılmasına  maneçilik  törədir. 
Topaların  yaranmasına  unun  kütlə  payı,  yiğılmanın  sıxlığı  və  saxlanma  müddəti 
təsir  göstərir.  Un  sütununun  hündür  olması  və  uzun  müddətli  saxlanma  topaların 
yaranmasını  sürətləndirir.  Sortlu  un  səpəkli  una  nisbətən  davamlı  topalar  əmələ 
gətirir.  Unun  tez  çıxması  və  topaların  aradan  qaldırılması  üçün  xaricdən,  qüllənin 


55 
 
konus hissəsində vibrator quraşdırılır və ya qüllənin (bunkerin) içinə sıxılmış hava 
verilərək dibi havalandırılır.  
Hal-hazırda  mövcud  olan  anbarlarda  unun  ələnmək,  çəkilmək  üçün  istehsal 
bunkerlərinə  verilməsi  çalovlu  elevator  və  navalçaşəkilli  konveyer  vasitəsilə 
mexaniki  nəqliyyatla  və  ya  pnevmo-  və  aerozol  tipli  nəqliyyatla  verilir.  Hər  bir 
anbarda  unun  təmizlənməsi,  çəkilməsi  və  istehsal  bunkerlərinə  daşınması  üçün  ən 
azı  iki  xətt  olmalıdır.  Unun  tarasız  üsulla  saxlanması  və  hazırlanması  üçün  xətt 
şəkil 5.2-də göstərilmişdir. 
 
 
Şəkil 5.2. Unun tarasız üsulla saxlanması və hazırlanması üçün xətt: 
1-  rotorlu  qidalandırıcı;  2-  un  üçün  qüllələr;  3-  ələk;  porsiyalı  avtomat  tərəzilər; 
5- aralıq həcm; 6- istehsal bunkerləri  
 
 
Tarasız  və  taralı  un  anbarlarına  aşağıdakı  sanitar  tələblər  qoyulur:  anbarın 
binası  quru  və  havalı,  döşəmə  və  divarları  hamar  olmalıdır.  Binada  havanın  nisbi 
rütubəti  75  %,  temperaturu  isə  10  ºC  olmalıdır.  Anbarda  zərərvericilər 
olmamalıdır. 
Dəndə  olduğu  kimi  buğdada  da  biokimyəvi  dəyişikliklər  baş  verir.  Unu 
təşkil edən xırda hissəciklər kütləsi dənin qoruyucu pərdəsindən məhrum olduğuna 
görə  xarici  təsirlərə  -  nəmlik,  hava  oksigeni,  mikroflora,  temperatur  və  s.  məruz 
qala bilər.  
Tarasız  saxlanma  anbarı  standart  ölçülü  ayrı-ayrı  avadanlıqlar  sırasına: 
qülləyə,  qidalandırıcıya,  spiralşəkilli  “elastik”  elementlər  əsasında  nəqletdirici 
qurğulara (şək.5.3), istehsal bunkerinə, ələyə, süzgəcə, dozatora malikdir. 
 
Şəkil 5.3. Nəqletdirici qurğu: 
1 – podşipnik düyünü; 2 – yükləmə qutusu; 3- spiral; 4- yükboşaltma qutusu; 
5- motor-reduktor 
A2-X2E-160A(B)  markalı  qüllələr  effektivli  S2-XMQ-200  boşaltma 
qurğusu ilə təhciz edilmişdir. 


56 
 
Nəqletdirici  qurğular  unun  və  səpələnən  komponentlərin  müntəzəm 
qarışdırılmasını  və  qalxmasını  təmin  edir.  Boru  xəttinin  uzunluğu  və  xarici 
görünüşü  müxtəlif  ola  bilər.  Qurğunu  istismar  sahəsində  ayrı-ayrı  elementlərdən 
asanlıqla  montaj  edir  və  sıxılmış  hava  olmadan  istismar  edirlər.  Bu  qurğular 
nəqliyyat-texnoloji  sxemi  sadələşdirir,  istismarı  ucuzlaşdırır,  elektrik  enerjisinə 
olan  tələbatı  kəskin  azaldır  və  unun  səpələnməsini  xeyli  azaldır.  Onlar  istismar 
baxımından  etibarlı  və  uzun  ömürlüdürlər,  təmizlik  və  istismar  üzrə    ixtisaslı 
xidmət  tələb  etmir,  kompressorlara,  süzgəclərə,  havasaxlayanlara  və  nəhəng 
konveyerlərə ehtiyac olmur.  
Un  daşıyan  maşınlardan  boşaldılan  un  lazımi  qülləyə  istiqamətlənir  və 
xüsusi  vericilərlə  onun  içinə  doldurulur.  Qüllələr  unun  verilmiş  məhsuldarlıqla, 
arasıkəsilmədən  boşalmasını  təmin  etmək  üçün  vibroboşaldıcı  altlığa  malikdir. 
Onun  altında  unun  istehsala  bir  və  ya  bir  neçə  xəttlə  verilməsi,  eləcə  də  ələnməsi 
və  qarışdırılması  üçün  “elastik”  elementlərdən  ibarət  qidalandırıcı  konveyer  və 
nəqletdirici  qurğular  quraşdırılır.  Unun  hesabatı  sıfır  indikasiyalı  tenzometrik 
sistemlə  və  kompyuterə  çıxışla  təhciz  edilmiş  dozatorun  (paylaşdırıcı)  köməyi  ilə 
həyata  keçirilir.  Proqram  təminatı  hər  bir  saat,  növbə,  sutka,  ay  ərzində,  istənilən 
zaman  anında,  hər  bir  xətdən  keçən  un  kütləsi  üzrə  verilənləri  cəmləməyə  imkan 
verir.  Anbarın  işi  mnemosxemlə  təhciz  edilmiş  idarəetmə  pultu  vasıtəsilə  idarə 
edilir.  
Texnoloji  sxemdə  Ş2-XMV  markalı  yüksək  məhsuldarlıqlı  ələklər  tətbiq 
edilir ki, onlar  7t/s məhsuldarlığı təmin edir. 
Nisbətən  aşağı  məhsuldarlığı  olan  xətlərdə  fasiləsiz  işləyən  Ş2-XMV 
markalı kiçik ölçülü ələklər tətbiq edirlər. Bu markadan olan un ələyicisi (şək.5.4) 
buğda  və  çovdar  ununun  yoxlama  ələnməsi  üçün  nəzərdə  tutulmuşdur.  Onu  un 
pnevmonəqliyyatla  anbara  verilən  zaman  quraşdırırlar.  Qidalandırıcı  qurğu  kimi 
enişi olan şlüzlü sürgü tətbiq edilir. Ələklər həm pnevmo nəqletdirilmə sistemində, 
həm də unun mexaniki nəqliyyatla verilməsi sistemində işləyə bilər.  
 
Şək.5.4. Fasiləsiz işləyən Ş2-XMV markalı ələk. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə