Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə49/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Mendeleyev Klapeyron tənliyi adlanır.
Mendeleyev Klapeyron tənliyinin üstünlüyü ondadır ki, o, ixtiyari termodinamik tarazlı hal üçün doğrudur. Sistemin bir termodinamik haldan digərinə hansı proseslərlə keçməsinin əhəmiyyəti yoxdur.
8. Temperatur anlayışı. İstilik tarazlığı. Müxtəlif dərəcədə qızdırılmış cisimlərdən hər birinin molekulları arasıkəsilmədən xaotik hərəkət (istilik hərəkəti) edir. Belə hərəkətin molekullar arasında yaratdığı təmas nəticəsində, istilik (molekulların xaotik hərəkətinin kinetik enerjisi) nisbətən isti cisimdən soyuq cismə verilir. Enerjinin qarşılıqlı mübadiləsi, hər iki cismin eyni istilik vəziyyətinə gəlməsinədək (temperatur deyilən parametrin, hər iki maddə üçün bərabər olmasına qədər) davam edir. Heç bir xarici təsir olmadan özbaşına davam edən bu növ proses nəticəsində meydana gələn son hal istilik tarazlığı halı adlanır. İstilik tarazlığı halında olan sistem daxilində enerjinin makroskopik daşınma prosesi baş vermir. Lakin, bu heç də o demək deyildir ki, istilik tarazlılığı halında olan sistemin atomları (yaxud molekulları) öz xaotik hərəkətlərini dayandırır. Daimi xaotik hərəkət sistemin bütün hallarında, o cümlədən istilik tarazlığı halında da mövcuddur. Lakin, istilik tarazlığı halında enerji mübadiləsi enerjinin makroskopik (qaz həcminin müəyyən bir makro hissəsindən, digər makro hissəsinə daşınma) deyil, mikroskopik daşınmasına gətirir. Toqquşmalar nəticəsində enerji yalnız bir

molekuldan digər molekula ötürülür. İstilik tarazlığı halı bütün sistemlərin ən təbii, yəni ən “rahat” halıdır. Özbaşına buraxılmış və təcrid (izolə) olunmuş hər bir sistem onun üçün səciyyəvi olan müəyyən zamandan sonra labüd olaraq istilik tarazlığı halına gəlir. Hər bir konkret istilik tarazlığı halı, bu halda olan cismin qızma dərəcəsi ilə xarakterizə olunur. Bu səbəbdən cisimlərin makroskopik xarakteristikası olan qızma dərəcəsini səciyyələndirə bilən yeni bir fiziki kəmiyyət daxil etmək ehtiyacı yaranır. Bu kəmiyyət temperatur adlanır. Beləliklə, temperatur ayrı ayrı atom və yaxud molekulları deyil, onlardan təşkil olunmuş sistemi bütövlükdə xarakterizə edən makroskopik fiziki kəmiyyətdir. Təbiidir ki, temperatur müəyyən real təmələ dayanmayan, mücərrəd bir kəmiyyət ola bilməz. Temperatur cismi təşkil edən molekulların istilik hərəkəti ilə birbaşa əlaqədar kəmiyyət vasitəsilə təyin olunmalıdır ki, cismin qızma dərəcəsinin xarakteristikası olsun. Digər tərəfdən bu kəmiyyət istilik tarazlığında olan cisimlərin bütün hissələrində eyni olmalıdır. Molekulyar kinetik nəzəriyyəyə əsasən belə kəmiyyət olaraq bir molekula düşən orta kinetik enerji (söhbət xaotik irəliləmə hərəkətinin orta kinetik enerjisindən gedir) qəbul olunur.

Termodinamik temperatur 3 k
2
sabit vuruğu dəqiqliyi ilə

molekulun irəliləmə hərəkətinin orta kinetik enerjisinə bərabərdir:
W 3 kT
k 2
Termodinamik tarazlıqdan söhbət apararkən bir incəliyə nəzər salmaq lazımdır. Verilmiş qaz kütləsinin bütün nöqtələrində temperaturun eyni olması sistemin termodinamik tarazlıq halında olması mənasına gəlmir. Çünki, termodinamik tarazlığın mövcud olması üçün bu şərt zəruridir, lakin kafi deyildir. Kafi şərt, sistemin bütün nöqtələrində təzyiqin də eyni olmasıdır. Belə olmadığı halda, qaz kütləsi təzyiqin
132

nisbətən yüksək olduğu hissələrdən nisbətən az olan hissələrə hərəkət edər - makroskopik qaz axını meydana gələr. Başqa sözlə desək, müxtəlif nöqtələrində təzyiqi müxtəlif olan sistem daxilində makroskopik daşınma prosesi meydana gələr ki, bu da sistem daxilində tarazlığın mövcud olmamağı deməkdir. Belə makroskopik daşınma prosesi, sistemin hər yerində təzyiqin bərabərləşməsinədək, yəni tarazlıq halında olmayan sistemin tarazlıq halına gəlməsi anınadək davam edir. Beləliklə, termodinamik tarazlıq halında sistemin bütün nöqtələrində temperatur və təzyiq eyni olmalıdır. Belə olduqda, sistemdə heç bir stasionar axın və ya cərəyan meydana gəlməz sistem termodinamik tarazlıq halında qalmaqda davam edər.

Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə