Mühazirə kursu а з я р бай ж ан р е с публика


MÜHAZIRƏ 12 Molekulyar kinetik nəzəriyyənin elementləri



Yüklə 5,01 Mb.
səhifə50/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

MÜHAZIRƏ 12

Molekulyar kinetik nəzəriyyənin elementləri





  1. Köçürmə hadisələri. Ümumi halda termodinamik tarazlıqda olan sistem termodinamik qeyri bircins ola bilər: həcmin müxtəlif yerlərində sıxlıq, temperatur, sürət, təzyiq, enerji müxtəlif qiymətə malik ola bilər. Xarici təsir də sistemdə qeyri-bircinslilik yarada bilər. Molekullar hərəkət edərək bu qeyri-bircinsliliyi aradan qaldırmağa çalışırlar. Bu zaman sistemdə yaranan hadisə köçürmə hadisəsi, proses isə kinetik proses adlanır. Hər bir kinetik proses heç olmazsa bir köçürmə hadisəsi yaradır. Enerjinin istilik formasında ötürülməsi istilikkeçirmə, maddənin köçürülməsi diffuziya (öz-özünə diffuziya), impulsun ötürülməsi daxili sürtünmə (özlülük) köçürmə hadisəsi adlanır. Köçürmə hadisələri istiqamətlənmiş proses olduğu üçün dönməyən prosesdir.

Köçürmə hadisələrindən hər birinin ayrılıqda təhlilinə keçməzdən əvvəl, onların hər üçü üçün səciyyəvi olan ümumi cəhətə nəzər salaq. Köçürmə hadisələri zamanı prosesin baş verdiyi mühit hissəciklərinin paylanma xarakteri iki cür ola bilər - proses zamanı daşınan kəmiyyətlərin, məsələn hissəciklərin orta kinetik enerjisinin (temperaturun), yaxud konsentrasiyasının mühit boyunca paylanması sabit qala, yaxud dəyişə bilər. Məsələn, istilikkeçirmə zamanı heç bir xarici müdaxilə olmadıqda, mühitin isti hissəsinin temperaturu get- gedə aşağı düşər, nisbətən soyuq hissəsində isə temperatur get- gedə yüksələr. Nəticədə, mühitdə öncədən mövcud olan temperatur qradiyenti get-gedə azalaraq sonda (mühitin hər yerində temperatur eyni olduqda) sıfra bərabər olar. Belə proses qərarlaşmamış (qeyri stasionar) proses adlanır.
İstilikkeçirmə, yaxud diffuziya prosesi başqa şəraitdə də - mühit boyunca mövcud olan temperatur, yaxud konsentrasiya paylanmasının sabit saxlanıldığı şəraitdə - baş verə bilər.
134
Əlbəttə, belə prosesin baş verməsi üçün xarici müdaxiləyə ehtiyac var. Məsələn, temperaturun mühit boyunca əvvəlcədən mövcud olan paylanmasını sabit saxlamaq üçün, nisbətən isti hissədə onun aşağı düşməsinə imkan verməmək məqsədi ilə daşınan istilik miqdarının “yerini” xarici mənbədən alınan istilik miqdarı hesabına “doldurmaq”, temperatur artan yerdə isə, ora gətirilən əlavə istilik miqdarını başqa cismə ötürmək lazımdır. Bu halda, proses zamanı temperatur qradiyenti (temperaturun vahid məsafədəki dəyişməsi) sabit qalır. Belə proses qərarlaşmış (stasionar) proses adlanır.
Eyni sözləri diffuziya hadisəsi haqqında da demək olar. Bu hadisə zamanı xarici müdaxilə olmasa, konsentrasiyanın böyük olduğu yerdən nisbətən kiçik olduğu yerə köçən molekulların sayı, əks istiqamətdə köçən molekulların sayından çox olduğundan, konsentrasiya qradiyenti (konsentrasiyanın vahid məsafədəki dəyişməsi) get gedə azalaraq sonda sıfıra bərabər olur. Belə diffuziya qeyri stasionar diffuziya adlanır. Diffuziya zamanı hadisəyə müdaxilə etməklə, konsentrasiyanın azaldığı yerlərə müvafiq sayda molekul əlavə etsək, artan yerlərdən isə əlavə gələn molekulları aradan götürsək, bütün proses zamanı konsentrasiya qradienti dəyişməz qalar. Belə diffuziya stasionar diffuziya adlanır. Köçürmə hadisələrindən hər birinə ayrılıqda baxaq.


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə