Mühazirə kursu а з я р бай ж ан р е с публика


MÜHAZIRƏ 10 Elastiki deformasiya və mexaniki gərginlik



Yüklə 5,01 Mb.
səhifə38/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

MÜHAZIRƏ 10

Elastiki deformasiya və mexaniki gərginlik





  1. İdeal elastiki cisim. Xarici qüvvənin təsiri altında bütün bərk cisimlər öz ölçüsü və formasını dəyişirlər, yəni deformasiya edirlər. Xarici qüvvənin təsiri kəsildikdən sonra cisim öz əvvəlki ölçü və formasını alarsa belə deformasiya elastiki deformasiya adlanır. Elastiki deformasiya zamanı xarici qüvvənin gördüyü iş deformasiya olunmuş cismin elastik potensial enerjisinə çevrilir. Cisimdə xarici qüvvənin əksinə yönəlmiş elastik qüvvə yaranır, xarici təsir kəsildikdən sonra bu qüvvə cismi əvvəlki vəziyyətinə qaytarır. Xarici qüvvənin təsiri kəsildikdən sonra cisim öz əvvəlki ölçü və formasını almırsa belə deformasiya plastiki deformasiya adlanır. Metalların soyuq emalı- ştamplama, döymə və s. plastiki deformasiyaya əsaslanmışdır. Deformasiyanın elastiki və ya plastiki olması yalnız materialdan deyil, tətbiq olunan qüvvədən də asılıdır. Elastiki deformasiya yalnız o zaman müşahidə edilir ki, cismə təsir edən qüvvə hər bir cismin elastiklik hüdudundan kiçik olsun. Əgər qüvvə bu həddi keçirsə deformasiya plastiki olur. Cisimlərin elastiki və ya plastiki cisimlərə ayrılması müəyyən dərəcədə şərtidir. Bütün deformasiyalar dəqiq yanaşmada xarici qüvvənin təsiri kəsildikdən sonra tam yox olmur, buna görə də plastikdirlər. Lakin qalıq deformasiya kiçikdirsə onu nəzərə almamaq olar. Bu zaman qalıq deformasiyanın qiymətinin nə qədər olması konkret şəraitdən asılıdır.

Biz cisimləri ideal elastiki hesab edəcəyik. Yalnız elastiki deformasiyaya məruz qala bilən ideallaşmış cisim belə cisimdir. Real cismə tətbiq edilən qüvvələr elastiklik həddini aşmırlarsa bu cür ideallaşmadan istifadə etmək olar. İdeal elastiki cisim üçün təsir edən qüvvə ilə onun yaratdığı deformasiya arasında birqiymətli asılılıq mövcuddur. Plastiki
110
deformasiya halında bu cür birqiymətli asılılıq mövcud deyil. Plastiki deformasiyadan əvvəl və sonra hər iki halda xarici qüvvənin təsir etməsinə baxmayaraq cisimin müxtəlif formaya malik olması bunu təsdiq edir. Biz kiçik deformasiyanın öyrənilməsi ilə məşğul olacağıq.


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə