Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə36/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Mayelərin özlülüyü. Daxili sürtünmə qüvvələri. Özlü mayenin stasionar axını. Təbəqələri arasında sürtünmə qüvvəsi olan maye real və ya özlü maye adlanır. İdeal cərəyan borusunda verilmiş en kəsiyin bütün nöqtələrində axın sürəti eyni olur (şəkil 9.7, a).

Real mayedə isə axının sürəti borunun radiusu boyunca olan məsafədən asılıdır: maye özlü olduğu üçün borunun divarına yaxın təbəqə divara yapışır, onun sürəti sıfır olur, borunun simmetriya oxuna yaxınlaşdıqca sürəti artır, simmetriya oxunda axın sürəti ən böyük olur.


Şəkil 9.7

Borunun simmetriya oxundan uzaqlaşdıqca sürətin azalması təbəqələr arasında sürtünmə qüvvəsinin olması ilə izah olunur. Bu sürtünmə qüvvəsi aşağıdakı düsturla hesablanır:




F  S . (9.6)
r
Burada r – borunun mərkəzindən hesablanan radiusun dəyişməsi,  – bu məsafədə sürətin dəyişməsi, onların nisbəti

106
olan /r sürət qradiyenti, S – sürtünən təbəqələrin sahəsi,


 – isə özlülük əmsalı və ya daxili sürtünmə əmsalı adlanır. Mayenin temperaturu artdıqca özlülük azalır, qazlarda isə artır. Mayenin temperaturunu dəyişdirməklə elə hal əldə etmək olar ki, maye təbəqələri arasında sürtünmə olmasın. Bu hal ifrat axıcılıq adlanır.

  1. Hidrodinamik oxşarlıq qanunları. Ölçülülük metodu hidrodinamikada tam nəzəri izahı çətin olan daha mürəkkəb məsələlrin həllində çox effektivlidir. Bu metod, ümumi xarakterli və ya təcrübi məlumatlar əsasında əlavə təsəvvürlərin köməyi ilə çox tez və çox sadə yolla baxılan hadisələr dairəsinə yönəldən, tam olmasa da ilkin mühüm nəticələrə gətirir. Bu metodla tanış olaq. Ölçülülük anlayışı vahidlər sisteminin qurulması ilə əlaqədar yaranmışdır. Fiziki kəmiyyətin ölçüsü onun vahidinin nə qədər böyük olduğunu müəyyən edə bilmir. Bu müxtəlif fiziki kəmiyyətlərin vahidləri arasındakı əlaqə ilə müəyyən edilir. Ölçülülük əsas kəmiyyətin masştabının dəyişməsi zamanı törəmə fiziki kəmiyyətin vahidinin necə dəyişdiyini təyin etmə qaydasını verir. Riyazi düstur şəklində ifadə olunmuş bu qayda ölçülülük düsturu adlanır. Fərz edək ki, uzunluq vahidi kilometr, zaman vahidi olaraq dəqiqə götürülmüşdür. Onda bu sistemdə təcilin vahidi km/dəq2 olacaqdır. Əgər uzunluq santimetrlə, zaman saniyə ilə ölçülərsə təcilin vahidi necə dəyişər? Ölçülülük düsturu bu suala tez cavab verir. 1km/dəq2

=1000/36 sm/san2. Bu o deməkdir ki, 1km/dəq2 ilə ölçülmüş təcilin ədədi qiyməti sm/san2 ilə ölçülmüş təcildən 1000/36 dəfə böyükdür.
Fərz edək ki, iki fiziki kəmiyyət bir biri ilə y=f(x) ifadəsi ilə əlaqədardır. Vahidlərini dəyişmədən fiziki kəmiyyətlərin özünü dəyişək. Fərz edək ki, x və y kəmiyyətləri uyğun olaraq  və  dəfə artaraq X=x və Y=y bərabər olmuşlar.  və  ədədləri hansı şərti ödəməlidirlər ki, X və Y fiziki kəmiyyətlərinin qiymətləri arasındakı əlaqə köhnə x və y qiymətləri arasındakı
kimi yəni, Y=f(X) olsun. Bu suala oxşarlıq nəzəriyyəsi cavab verir. Göründüyü kimi oxşarlıq və ölçülülük nəzəriyyələri bir birindən yalnız formal olaraq, məsələnin qoyuluşu ilə fərqlənirlər. Oxşarlıq nəzəriyyəsi kiçildilmiş və ya böyüdülmüş modellərdə real fiziki sistemin müxtəlif parametrləri arasında kəmiyyət münasibətlərini tədqiq etməyə imkan verir. Beləliklə, əgər müəyyən fiziki hadisə üçün oxşarlıq qanunu məlumdursa, biz daha ucuz və daha təhlükəsiz olsun deyə kiçik miqyasda eksperiment qoya, sonra skeylinq apararaq bizi maraqlandıran miqyas üçün cavabı ala bilərik. Buna görə də oxşarlıq üsulları müasir fizika arsenalında kifayət qədər fəxri yer tutur.


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə