Mühazirə Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar



Yüklə 9,76 Mb.
səhifə38/42
tarix18.04.2023
ölçüsü9,76 Mb.
#106092
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
C fakepathQiyabi Mühazir konspektl ri

SÜRƏTƏ GÖRƏ AK

Quyularda interval müddətinin ölçülməsi ilə süxurlarda elastiki dalğalarınyayılma sürətlərinin ölçülməsinə əsaslanır.Quyularda AK işləri zamanı əsasən 2;3;4 və daha çox elementli AK zondlarından istifadə olunur.


2 və 3 elementli AK zondlarına standart AK zondları deyilir. 2elementli AK zondu elastiki reqslər impulsu yaradan şüalandırıcıdan və rəqsləri qəbul edən qəbuledicilərdən ibarətdir. Quyularda ən çox tətbiq olunan 3 elementli AK zondudur. 3 elementli Akzondu ya 1 şüalandırıcıdan 2 qəbuledicidən yada 1 qəbuledici 2 şüalandıcıdan ibarətdir. Qarşılıqlıq prinsipinə əsasən aralarındakı məsafəni saxlamaqla elementlərin yerini dəyişdikdə nəticələr dəyişməz qalır. 3 elementli AK zondu ilə tədqiqat işi zamanı eyni anda əsasən 3 əyri qeyd edilir. Şüalandırıcıdan 1-ci 1əbulediciyə gələn elastiki dalğaların gəlmə vaxtını əks etdirən t1; şüalandırıcıdan 2-ci qəbulediciyə dalğanın gəlmə vaxtını əks etdirən t2 və iterval müddəti delta t əyriləri qeyd olunur.

Şəkil 5.39. Elastiki dalğaların qəbul edicilərə gəlmə vaxtlarının sxematik təsviri

Şüalandırıcdan birinci qəbulediciyə qədər olan məsafəyə zond uzunluğu deyilir. 2 eyni təyinatlı element arasındakı məsafəyə zondun bazası deyilir S ilə işarə olunur. Şüalandırıcı ilə elastiki rəqslərin qrupu yaradarkən əmələ gələn uzununa dalğalar, qazıma məhlulunda yayılır və alınan məlumatlar qəbuledicidə qeyd olunur. Bu prosesi aşağıdakı kimi ifadə edə bilərik, şüalandırıcı—qazıma məhlulu—süxur—qazımaməhlulu—qəbuledici. AK işləri zamanı 4 cür dalğa yaranır.



  1. Cihazın gövdəsi

  2. Gil məhlulunda yayılan dalğa

  3. Quyu divarından əks olunan dalğa

  4. Süxurda yayılaraq qəbulediciyə qeyd olunan dalğa

Bunlardan 4-cü dalğa süxur haqqında məlumat daşıdığından faydalı dalğa hesab edilir. Digər 3 dalğa isə süxur haqqında heç bir məlumat daşımadığından faydasız dalğalrar hesab olunur və xüsusi yanaşmalarla kompensasiya edilir. 4-cü

dalğanın qəbulediciyə gəlmə vaxtı delta t interval müddəti ilə ifadə olunur və aşağıdakı şəkildə yazılır. Vahid məsafədə interval sürətinə interval müddəti deyilir və

AK mlumatlarından bir çox məsələlərin həllində istifadə olunur məsələn layların kollektorluğun təyinində o cümlədən məsaməlilik əmsalının təyinində interval müddətinə görə kollektorların məsaməlik əmsalı aşağıdakı kimi hesablanır.





Km məsaəlik əmsalı; delta t tədqiq edilən lay qarşısında interval müddətinin qiymətidir. Delta t(s) süxurun skelet hissəsində interval müddətidir. Delta t(m) süxurun məsamələrini dolduran mayedə interval müddətinin qiymətidir. Delta t(s) qiyməti süxurun növündən asılı olaraq dəyişir məsələn dolomit üçün 143-145.
Delta t(m) lay suyunun duzluluğundan asılı olaraq 550-680mksan/m intervalında dəyişir. Neft üçün 720 mksan/m olur. Əgər məsamələr qazla dolmuş olarsa delta t(m)=1300mksan/m qəbul olunur. Km yalnız 3000m dərinlik intervalına qədər xalis kolektor laylar üçün xarakterikdir. Xalis kollektor əgər kollektorlarda gillər mövcuddursa bu zaman məsaməlik əmsalı aşağıdakı düsturla hesablanır.

Cgil kollektor layların gillilik əmsalı olub QK və QP məlumatlarına əsasən təyin olunur. Delta t(gil) isə gilli laylarda interval müddətinin qiymətidr,onun qiyməti aşaöıdakı intervalda dəyişir 350-560 mksan/m. Hesabatlar zamanı delta t(gilin0 qiyməti kimi tədqiq olunan kollektor laya yaxın xalis gil layında interval müddətinin qiyməti götürülür.





Yüklə 9,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə