Mühazirə Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar



Yüklə 9,76 Mb.
səhifə37/42
tarix18.04.2023
ölçüsü9,76 Mb.
#106092
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
C fakepathQiyabi Mühazir konspektl ri

Müazirə 8
AKUSTİK KAROTAJ ÜSULU


MÜHAZİRƏNİN PLANI

  1. Ak-nın elementləri.

  2. Sürətə görə AK

  3. Sönməyə görə AK

Quyularda 20kHs tezliydən böyük olan ultraəsas və səs tezlikli elastiki dalğaların xarakteristikalarının ölçülməsi ilə süxurların xassələrinin öyrənilməsinə akustik karotaj deyilir. Qeyd olunan parametrlərin tipindən asılı olaraq akustik karotajın aşağıdakı modifikasiyaları mövcuddur.



  1. Sürətə görə AK

  2. Sönməyə görə AK

  3. Geniş zolaqlı AK

  4. Akustik tv ölçən

  5. Alustik karotaj sementölçən

Bu üsulla ilk dəfə 1937-ci ildə Astrobiski tərəfindən təşkil edilmişdir. Akustik karotaj məlumatlarına əsasən aşağıdakı məsələlər həll edilir. Süxurların kollektorluq xüsusiyyətlərinin öyrənilməsi, karbonatlı kəsilişlərdə çatlı və kavernalı zonaların təyini, interval müddətinin təyini, sementləşmənin keyfiyyətinə nəzarətdə istifadə olunur.
AK-nın elementləri.
Məlum olduğu kimi AK-la elastiki rəqslərin mühitdə yayılması ilə müşayiət olunan proseslər öyrənilir.Elastiki rəqslərin yayılma sürəti onların intensivliyi amplitudalarının sönməsi və bu vəya digər dərəcədə süxurların fiziki xassələrindən asılıdır. Biz geoloji mühitə 1 cisim kimi baxsaq müəyyən qüvvənin təsiri nəticəsində cisim deformasiyaya məruz qalır.Xarakterindən asılı olaraq deformasiyaya məruz qalır. Xarakterindən asılı olaraq deformasiya elastiki və plastiki olurlar.Müəyyən dərəcədə təsiri nəticəsində cisim defrmasiyaya uğrayıb öz əvvəlki vəziyyətin ə qayıdarsa bu deformasiyaya elastikiŞ qüvvənin təsiri kəsildikdən sonra cisim əvvəlki vəziyyətinə ya qayıtmazsa ya tədricən qayıdarsa bu deformasiya plastiki deformasiya adlanır. Başqa sözlə qüvvənin təsiri nəticəsində mühitdə həcmi və forma deformasiya baş verir.
Mühitdə baş verən həcm deformasiyası nəticəsində uzununa dalğalar, sürüşmə və forma deformasiyası nəticəsində isə eninə dalğalar yaranır.Uzununa dalğalarda hissəciklərin hərəkət istiqaməti dalğanın yayılma istiqaməti ilə eyni baş verir.

Şəkil 5.38. Eninə və uzununa dalğaların yayilması



  1. Uzununa dalğa b) eninə dalğa

Eninə dalğalarda isə dalğanın yayılma istiqaməti hissəciklərin hərəkət istiqamətinə perpendikulyar olur. Mühitin rəqsdə olan hissəciklərinin rəqsdə olmayan hissəciklərdən ayıran səthə dalğa cəbhəsi deyilir. Mühitin rəqsi sönmüş hissəciklərini rəqsdə olan hissələrdən ayıran səthə dalğanın arxa cəbhəsi deyilir. Mühitin rəqsdə olan hissəciklərin rəqsi gözləniləcək hissəciklərdən ayıran səthə dalğanın ön cəbhəsi deyilir. Hissəciklərin eyni anda çatdığı nöqtələri birləşdirən xəttə izoxronlar deyilir. İzoxronlara çəkilmiş ortoqanal xəttə isə şüa deyilir.
Eninə və uzununa dalğalar bir-birindən mühitdə yayılma sürətlərinə görədə fərqlənirlər. Onların sürəti aşağıdakı şəkildə ifadə olunur. P uzununa K səthi dalğadır.









Elastiki dalğaların yayılması periodik prosesdir. Onun əsas xarakteristikaları period,faza və amplitudadır. Rəqs tsiklinin təkrarlanması vaxtına period deyilir. Mühitin rəqsdə olan hissəciklərinin ani vəziyyətinə faza deyilir. Rəqsi hissəciklərin max yerdəyişməsinə amplituda deyilir. Dalğanın yayılma sürətinin tezliyə olan nisbətinə dalğa uzunluğu deyilir.



Yüklə 9,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə