Mühazirə materiallarının konspekti. MÜHaziRƏ №1 GİRİŞ


KHG-da aktiv elementin iş rejimləri



Yüklə 1,57 Mb.
səhifə5/20
tarix01.06.2023
ölçüsü1,57 Mb.
#114996
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
referat 2167

KHG-da aktiv elementin iş rejimləri
AE-nin məlum iş rejimləri iki böyük sinfə bölünür: birinci cins rəqs rejimi və ikinci cins rəqs rejimi. Birinci cins rəqs rejimi işçi nöqtənin başlanğıc vəziyyətdə keçid xarakte­ristikasının xətti hissəsinin ortasında seçilməsi ilə reallaşdırılır (şək. 3). Şəkildə işarə edil­mişdir: - kollektor cərəyanının sabit təşkiledicisi; – kollektor cərəyanının birinci harmonikasının amplitudası; – kollektor cərəyanının ani qiyməti.



KHG-nin çıxış dövrəsinin faydalı iş əmsalı (FİƏ)


,
burada - faydalı güc; – kollektordakı gərginlik; - kollektor qida mənbəyindən sərf olunan gücdür. Beləliklə
,
yəni, FİƏ əsasən faydalı təşkiledicinin səviyyəsindən asılı olur.
Birinci cins rəqs rejimi üçün mümkün olan maksimal FİƏ-ni hesablayaq:
.
və olduğu üçün .
Bu rejimdə işləyən real pillələrdə adətən olur. Ona görə də birinci cins rəqs rejimi radiovericilərdə demək olar ki istifadə olunmur.
Giriş rəqsinin dövrünün yalnız müəyyən hissəsində çıxış dövrəsindən cərəyan axan AE-nin iş rejimləri ikinci cins rəqs rejiminə aiddir. Bu rejimi reallaşdırmaq üçün işçi nöqtəni tranzistorun keçid xarakteristikasının aşağı hissəsində yerləşdirirlər (şək. 4).
Beləliklə ikinci cins rəqslər halında tranzistorun çıxış cərəyanı dövri impuls ardıcıllığı formasında olur. Kosinusoidal adlanan bu impulsların davametmə müddəti və amplitudası sürüşmə gərginliyi və kollektor kəsmə gərginliyinin qiymətlərindən asılı olur. Onlar iki əsas parametr ilə xarakterizə olunurlar: impulsun amplitudası və kəsmə bucağı . Giriş siqnalı keçid xarakteristikasının yuxarı bükümünə çatdıqda AE doyma vəziyyətinə keçir və kosinusoidal impulsun yuxarısı kəsilmiş kimi olur. Bu halda AE-nin iş rejimi açar rejimi adlandırılır.



İmpulsun (dərəcələr və ya radianlar) ilə ölçülən davametmə müddətinin yarısı kəsmə bucağı adlandırılır. Kəsmə bucağının qiymətindən asılı olaraq AE-nin iş rejimlərini A, AB, B, C və D kimi işarə edirlər. A – birinci cins rəqs rejimi və ya kəsməsiz rejimdir. AV, V və S rejimləri ikinci cins rəqs rejimi olub impuls iş rejimini göstərirlər. D – açar rejimidir. Bu rejimlərin kəsmə bucağı Θ ilə əlaqəsi şək. 5-də verilir.





A rejimi ilə müqayisədə impuls rejimləri enerji nöqteyi-nəzərdən daha effektivdir. Belə ki bu halda çıxış cərəyanının sabit təşkiledicisi çox kiçik olur. FİƏ-nin yüksək olması kəsmə ilə iş rejimli KHG-ni radioverici qurğuların əsas gücləndirici pilləsi edir.





Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə