Mühazirə materiallarının konspekti. MÜHaziRƏ №1 GİRİŞ


KHG-nin giriş dövrəsinin enerji göstəriciləri



Yüklə 1,57 Mb.
səhifə7/20
tarix01.06.2023
ölçüsü1,57 Mb.
#114996
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   20
referat 2167

KHG-nin giriş dövrəsinin enerji göstəriciləri

Giriş dövrəsinin tərkibinə oyatma və sürüşmə dövrələri daxildir (şək. 1). AE-nin giriş gərginliyi sürüşmə və oyatma gərginliklərinin cəmi kimi tapılır:


.
Əgər pillə harmonik gərginliklə oyadılırsa, onda
,
burada - oyatma gərginliyinin amplitudasıdır, və
.
Əgər bərabərliyin hər iki tərəfini giriş (baza) cərəyanına vursaq və alınmış hasilləri yüksək tezlikli rəqsin dövrü həddində inteqrallasaq, alarıq
, (1)
burada - giriş elektrodunda (bazada) səpələnən güc; - sürüşmə mənbəyindən ayrılan güc; - oyadıcı gücdür.
,
burada - giriş cərəyanının sabit təşkiledicisi; və - oyadıcı gərginlik və cərəyanın dəyişən təşkiledicilərinin amplitudalarıdır. KHG-nin giriş dövrəsinin energetik balansı (1) ifadəsi ilə yazılır. Bu ifadəni halında aşağıdakı kimi yazmaq olar:
,
burada – KHG-nin girişində siqnalın birinci harmonikasının gücüdür.
KHG-nin işinin effektivliyini tam qiymətləndirmək üçün faydalı siqnalın alınması ilə əlaqədar bütün itkiləri nəzərə almaq və tam FİƏ üçün düsturdan istifadə etmək lazımdır:
.
Adətən, tranzistor üzərində yığılmış KHG-nin faydalı iş əmsalı 70÷90% intervalında olur.


Aktiv elementin rejiminin gərginləşmə dərəcəsi

AE-nin elektrik rejimi anlayışı KHG-nin işinin öyrənilməsi, analizi və AE-nin işçi vəziyyətlərinin təsnifatı üçün daxil edilir. AE-nin elektrik rejiminə onun parametrləri onların qarşılıqlı əlaqəsi ilə daxil edilir. Elektrik rejimin xarakteristikalarından biri rejimin gərginləşmə dərəcəsidir. Bu parametr çıxış cərəyanı impulsunun təhrif olunma dərəcəsi ilə qiymətləndirilir. Rejimin gərginləşmə dərəcəsinin ədədi ölçüsü kimi kollektor gərginliyin­dən istifadə əmsalı götürülür. Çıxış (kollektor) cərəyanı impulsunun təhrifi AE-nin cəm cərəyanının elektrodlar arasında paylanması ilə əlaqədardır. Belə ki ümumi emitterli sxem üzrə qoşulmuş tranzistor üçün emitter cərəyanı kollektor və baza cərəyanları arasında paylanır (şək. 6).


Göstərilən əlamətlərin özünü büruzə vermə dərəcəsinə nəzərən AE-nin rejimlərini, gər­ginləşmə dərəcəsi üzrə dörd rejimə bölmək olar: Gərginləşməmiş1 (GMR), sərhəd (böh­ran)2 (SR), zəif gərginləşmiş3 və güclü gərginləşmiş4 (GR) rejimlər. Bu rejimlərin oblast­larını çıxış və keçid statiki xarakteristikaları üzərində daha aydın göstərmək olar (şək. 7).
Sərhəd rejimi xətti (SRX) çıxış statiki xarakteristikaları əyriləri ailəsinin ən böyük əyriliyə malik nöqtələrindən keçirilir. Ondan sağda GMR-ə uyğun oblast yerləşir. GMR kiçik giriş (verilmiş halda kiçik baza ) cərəyanları və çıxış cərəyanın çıxış gərginliyindən zəif asılılığı ilə xarakterizə olunur. Solda GR-ə uyğun oblast yerləşir. GR böyük giriş (verilmiş halda böyük baza ) cərəyanları və çıxış cərəyanın çıxış gərginliyindən güclü asılılığı ilə xarakterizə olunur. Sərhəd (böhran) rejimi keçid rejimidir. Beləliklə rejimlərin adları (gərginləşməmiş, gərginləşmiş) ən əvvəl giriş elektrodunda səpələnən gücün səviyyəsinə, giriş cərəyanının qiymətinə işarədirlər.



Çıxış cərəyanı impulsunun təhrif dərəcəsini AE-nin dinamiki xarakteristikalarının köməyi ilə nümayiş etdirmək olar. Bu xarakteristikalar yük olduğu şəraitdə bütün gərginliklərin dəyişməsi ilə çıxış elektrodunda cərəyanın necə dəyişməsini əks etdirir. Başqa sözlə dinamiki xarakteristika işçi nöqtənin AE-nin statiki xarakteristikaları üzərində rəqsin bir dövrü ərzində sürüşdüyü xətdir.


Şək. 8- də beş xarakterik dinamiki xarakteristika verilmişdir.

Dinamiki xarakteristika AB aktiv elementin sıfır yük müqavimətinə ( ) uyğun­dur. Dinamiki xarakteristika AC gərginləşməmiş rejimə aiddir. Bu rejimdə çıxış cərəyanı impulsu kosinusoidal görünüş alır (şək. 8- də 1 əyrisi). Dinamiki xarakteristika AD sərhəd rejiminə aid olub, gərginləşməmiş rejimi gərginləşmiş rejimlərdən ayırır. Bu halda çıxış cərəyanı impulsunun yüksəkliyi yastılanmış olur (şək. 8- də 2 əyrisi). Dinamiki xarakteris­tika GEA zəif gərginləşmiş rejimə aiddir. Bu hala uçquna5 malik impuls (şək. 8- də 3 əyri­si) uyğun gəlir. Dinamiki xarakteristika HFA güclü gərginləşmiş rejimə aiddir. Bu halda impuls ikibuynuzlu görünüş (şək. 8- də 4 əyrisi) alır. Uçqun absis oxundan aşağıya, kol­lektor cərəyanının sıfır olduğu hissəyə düşür.
İmpulsun amplitudasının azalması və onda uçqunun yaranması, əvvəl deyildiyi kimi, baza cərəyanının artması hesabına kollektor cərəyanının kəskin azalması ilə əlaqədardır.
Gərginləşmiş rejimdə çıxış cərəyanı impulsunun formasını ifadə etmək üçün əlavə kəs­mə bucaqları daxil edilir: yuxarı və aşağı .



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə