Mühazirə materiallarının konspekti. MÜHaziRƏ №1 GİRİŞ



Yüklə 1,57 Mb.
səhifə10/20
tarix01.06.2023
ölçüsü1,57 Mb.
#114996
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
referat 2167

MÜHAZİRƏ №7
OYADICILAR HAQQINDA ÜMUMI MƏLUMAT
AVTOGENERATORLAR. AVTORƏQS SISTEMLƏRI.

Oyadıcı radiovericinin əsas tərkib hissəsi olan və verilmiş parametrlərə malik rəqs­lər formalaşdıran qurğudur. Vericinin istifadə məqsədindən, tezlik diapazonundan, gücün­dən, modulyasiya növündən asılı olaraq oyadıcılar müxtəlif struktur sxemlər üzrə qurulur.


Ən sadə bir tezlikli oyadıcılar fiksə olunmuş tezlikdə işləyən və güclü pillələrinin birində AM həyata keçirilən vericilərdə tətbiq olunur. Belə oyadıcının tərkibinə avtoge­nerator, bufer pilləsi və zəruri olduqda tezlik vurucu pillələr daxil olur. Müasir vericilərdə tezlik sintezatoru əsasında reallaşdırılan daha mükəmməl oyadıcılar tətbiq olunur. Bu oya­dı­cılarda yüksək stabilliyə malik vahid kvars avtogeneratorunun tezliyindən kiçik diskret­lik addımına və təmiz spektrə malik tezlik toru formalaşdırılır. Sintezatordan, həmçinin, tezliyi olan dayaq rəqsləri alınır. Dayaq tezliyi ilə qarışdırmaq yolu ilə diskret tezliklər çoxluğunu verilən işçi diapazona sürüşdürmək mümkündür. Belə oyadıcının tərkibinə tez­lik sintezatoru, modulyator və ya iş növü formalaşdırıcısı və çevirmə traktı daxil olur. Şək. 1-də oyadıcıların struktur sxemlərinin müxtəlif variantları təsvir olunmuşdur: tezlik modulyasiyalı rəqs oyadıcısı şək. 1a - da, faza modulyasiyalı rəqs oyadıcısı şək. 1b-də və bir yan zolaq modulyasiyalı rəqs oyadıcısı şək. 1v-də təsvir olunmuşdur. Şəkillərdə aşağıdakı işarələrdən istifadə olunmuşdur: DAG- stabil diapazonlu avtogenerator; TMG-tezlik modulyasiyalı avtogenerator; Tİ-tezlik idarəedicisi; Qar.- qarışdırıcı; ZS – zolaq süzgəci; -modulyasiyaedici siqnal; KAG- dayaq kvars avtogeneratoru; TS – tezlik toru sintezatoru; İF- idarə olunan faza çeviricisi; BM1, BM2, BM3- tezlikləri , , olan altdaşıyıcıların balans modulyatorları (tərkibində uyğun süzgəclər var); -dayaq tezliyi.


Praktikada bir çox hallarda oyadıcıda çoxsaylı iş növləri formalaşdırılır. Məsələn, magistral radiorabitə radiovericilərinin oyadıcılarında sutka ərzində yalnız işçi tezlik yox, həmdə iş növü dəfələrlə dəyişdirilir. Son dövrdə işlənən oyadıcıların tərkibinə mikroprosessor daxil edilir. Bu mikroprosessor yalnız oyadıcının yox, həmdə vericinin idarə olunmasını və nəzarəti təmin edir. Oyadıcının ayrı-ayrı bloklarının qurulma variantlarının müxtəlifliyi və onların parametrləri radiovericinin istifadə məqsədindən və parametrlərindən əhəmiyyətli dərəcədə asılı olur. Oyadıcının əsas parametrlərinə aşağıdakılar aiddir: işçi tezlik diapazonu; tezliyin buraxıla bilən qeyri-stabilliyi; bir tezlikdən digərinə köklənmənin ətalətliyi; yan təşkiledicilərin zəiflədilmə səviyyəsi; amplitudanın, tezliyin və fazanın parazit meyllərinin səviyyəsi.


Oyadıcının tezliyinin buraxıla bilən qeyri-stabilliyi vericinin tezliyinin dövlət standartları ilə müəyyən olunan buraxıla bilən qeyri-stabilliyi ilə təyin olunur.
Tezliyin qeyri-stabilliyi onun nisbi dəyişməsi ilə xarakterizə olunur. Tezliyin uzunmüddətli və qısamüddətli qeyri-stabilliyini fərqləndirirlər. Uzunmüddətli dedikdə temperaturun, təzyiqin, rütubətin, qida mənbələrinin gərginliklərinin və s. təsirindən avtogeneratorun tezliyinin yavaş dəyişmələri ilə əlaqədar qeyri-stabillik başa düşülür. Qısamüddətli qeyri-stabillik istilik və fluktasiya küylərinin təsirindən avtogeneratorun tezliyinin tezdəyişən fluktasiyaları müəyyən olunur.
AM radiorabitə sistemlərində tezliyin mütləq uzunmüddətli qeyri-stabilliyi siqnalın spektrinin enindən əhəmiyyətli dərəcədə kiçik olmalıdır. Tezliyin qısamüddətli qeyri-stabilliyi isə qəbuledicinin nisbətən darzolaqlı süzgəclərinin ətalətliyi səbəbindən böyük əhəmiyyət kəsb etmir.
Geniş zolaqlı TM rabitə sistemlərində tezliyin uzunmüddətli qeyri-stabilliyi AM sistemlərə nisbətən böyük ola bilər, belə ki TM siqnalın spektrinin eni əhəmiyyətli dərəcədə böyükdür. Lakin tezliyin qısamüddətli qeyri-stabilliyi TM halında AM-ə nəzərən kiçik olmalıdır. Özündə həm AM, həmdə bucaq modulyasiyasını cəmləşdirən bir-zolaq modulyasiyalı rabitə sistemlərində tezliyin həm uzunmüddətli, həm də qısamüddətli qeyri-stabilliyi əhəmiyyətlidir.
Tezliyin uzunmüddətli qeyri-stabilliyi müşahidə intervalının başlanğıcında və sonunda zaman intervalında tezliyin ortalaşdırılmış qiymətlərinin fərqi kimi təyin olunur. Tezliyin qısamüddətli mütləq qeyri-stabilliyi tezliyin ani qiymətinin onun orta qiymətindən orta kvadratik meyli kimi təyin olunur. Qeyri-stabilliklərin qiymətləri ortalaşdırma və müşahidə intervallarından asılı olur.
Müxtəlifliyi aradan qaldırmaq üçün uzunmüddətli qeyri-stabillik təyin olunan zaman müşahidə intervalı bir aydan bir ilə qədər, isə sutkalarla seçilir. Qısa müddətli qeyri-stabillik təyin olunan zaman , isə modulyasiyanın növündən asılı olaraq 0,001s; 0.01s və ya 0,1s seçilir. Tezliyin uzunmüddətli və qısamüddətli nisbi qeyri-stabilliyi, adətən intervalında olur. Qeyri stabillik intervalının qiymətlərində dayaq generatoru kimi kvars avtogeneratorlarından, daha yüksək qeyri-stabillik tələb olunduqda isə optik kvant generatorlarından istifadə olunur.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə