Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə56/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   83
az dili

Fonetik prinsip. Son zamanlarda fonetik prinsip ilə yanaşı fonematik prinsip ter­mi­ni də işlənir və bu terminlər iki prinsipi ifadə edir. Fonetik prinsip tələffüz olu­nan sə­sin yazıdakı hərflə ifadəsi prinsipi mənasında, fonematik prinsip isə müxtəlif ça­lar­­lıqlarda tələffüz olunan səslərin vahid əsası sayılan fonemin yazıdakı hərflə ifadəsi prin­sipi mənasında işlənilir. Biz isə burada fonetik prinsip terminini hər iki prinsipin birləşməsini ifadə edən bir termin kimi işlədirik. Müasir Azərbaycan dili orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində də fonetik prinsipdən belə geniş mə­nada istifadə olunmuşdur.
Ümumiyyətlə, bu və ya digər sözün tərkibindəki səslərin tələffüz olunduğu kimi hə­rfi işarələrlə yazıda əks olunması yazı ilə tələffüz arasında uyğunluğu təmin etdiyi üçün orfoqrafiya qaydalarının daha çox fonetik prinsip əsasında qurulması, əlbəttə, əl­ve­­­rişlidir. Məsələn, Azərbaycn dilində söz köklərinin çoxu bu prinsipə görə yazılır və bu­na görə də bir çox söz köklərinin yazılışı çətin olmur: al, alma, as, ağ, ata, ana, ol, ot, biz, bir, qaş, xala və s. Belə söz köklərinin yazılışı hətta ayrı-ayrı şivələrdə da­nı­şanların yazısında ciddi bir çətinliyə səbəb olmur. Çünki belə sözlərin tələffüzü ilə ya­zılışı arasında, demək olar ki, fərq yoxdur; hətta belə sözlərin çoxu şivələrin əksə­riy­yətində bir cür tələffüz olunur.
Burada belə bir cəhəti xüsusi olaraq qeyd etməliyik ki, fonetik prinsipi düzgün ba­şa düşməyərək “tələffüz etdiyin kimi yaz” düsturunu çox geniş mənada izah edib, “hər kəs öz şivəsində yaza bilər” nəticəsini çıxarmaq doğru deyildir.
“Sözün tələffüz edildiyi kimi yazılması”anlayışı məhdud mənada işlənilən bir anla­­yışdır. Burada ümumi ədəbi tələffüz nəzərdə tutulur, həm də bu tələffüzdə, hətta müx­­­­təlif çalarlıqla əlaqədar olan səslər-səs variantları yox, məhz belə səslərin vahid əsa­sı sayılan fonemin yazılması nəzərdə tutulur. Məsələn, müəyyən şəraitdən asılı olaraq bə­zi saitlər uzun tələffüz olunur (a:li, sa:kit, tə:lim), bəzi cingiltili samitlər karlaşmış çalarlıqda da tələffüz olunur (ulduz, kitab, azad). Lakin belə halda çalarlıq mahiyyətli səs variant hesab olunur, əsas fonem isə həmin sözlərdə yazılan hərflərin ifadə etdiyi fonemlərdir(a, ə, z, b, d). Buna görə də fonetik prinsipin fonematik mənada da işlə­nil­di­yini unutmaq olmaz. Məhz yuxarıdakı nümunələrdə“tələffüz et­di­yin kimi yaz” formulunu “tələffüz etdiyin səsin əsası olan fonemin hərfi işarəsi ilə yaz” məna­sın­­da başa düşmək lazımdır.
Fonetik prinsip bu və ya digər şərait ilə bağlı olaraq sözlərin fonetik tərkibində əmə­­­lə gələn dəyişikliyin tələffüzdə qanuniləşmiş növlərini də əhatə edir. Məsələn, bə­zən kar samitlərin cingiltiləşməsi (otaq- otağa, çiçək-çiçəyin), bitişdirici samitlərin ar­tı­rılması(ata-n-ı, ata-s-ı, ata-y-a), şəkilçi qəbul edərkən bəzi sözlərin kökündəki müəy­­­­­­yən saitin düşməsi (oğul-oğlu, ağız-ağzı), xüsusən Azərbaycan dili üçün daha çox əla­mət­dar sayılan ahəng qanunu əsasında şəkilçilərin variantlarla tələffüzü kimi fo­netik hadisələrin yazılışı da fonetik prinsiplə əlaqədardır. Çünki belə hallarda söz­də əmələ gələn dəyişiklik tələffüzdə əks olunur və bu da tələffüzə uyğun surətdə ya­zı­­ya kö­çü­rü­lür.
Belə faktlar bir daha sübut edir ki, fonetik prinsipdən daha çox istifadə etmək ədə­bi dil normalarının sabitləşdirilməsi, ümumiləşdirilməsi, həm düzgün yazı(or­foq­­rafiya), həm də düzgün tələffüz (orfoepiya) qaydalarını asanlıqla mənimsəmək nöq­te­yi- nəzə­rin­dən əlverişlidir. Belə bir prinsipə əsaslanan qaydaların təlim işində də bö­yük asan­lı­ğa səbəb olduğu şübhəsizdir.
Fonetik prinsipin bir sıra üstünlüklərinə baxmayaraq, demək lazımdır ki, dil va­hid­­lərinin hamısının yazılışını fonetik prinsip əsasında qurmaq mümkün deyil­dir. Çünki bir sıra söz kökləri morfoloji dəyişikliyə uğradıqda, yəni müəyyən fonetik şə­ra­itə düş­dük­də tələffüzcə az-çox dəyişmiş olur. Bəzən yazıda müəyyən sözün fone­tik tərkibini mühafizə etmək əslinə uyğunluq, tarixilik, ənənəvilik və s. kimi xüsu­siy­yətlər baxı­mın­­dan daha əlverişli və məqsədəuyğun sayılır.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə