Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə57/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   83
az dili

Morfoloji prinsip. Məqam və şəraitlə əlaqədar olaraq müxtəlif çalarlıqda tələffüz olunan dil vahidlərinin, xüsusən sözlərin və şəkilçilərin vahid formada, yəni morfoloji quruluşuna uyğun olaraq bir cür yazılmasına morfoloji prinsip deyilir.
Morfoloji prinsipə görə, orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində, əsasən mə­­nalı vahidlərin –sözlərin (söz kökləri, şəkilçilərlə düzəldilən, dəyişdirilən sözlər və şəkilçilər)orfoqrafiyası nəzərdə tutulur. Belə vahidlərin müxtəlif çalarlıqda tələf­fü­zün­də məna dəyişikliyi olmasa da, vahid ədəbi dil normalarının pozulmasına az-çox təsir göstərə bilir. Halbuki dil ümumi anlaşma vasitəsi olduğuna görə dil vahid­lə­rinin müx­tə­lif yox, məhz bir cür formalaşması, bir cür tələffüzü və eləcə də bir cür ya­zılması di­lin əsil mahiyyətindən doğan təlabatdır. Buna görə də məhz morfoloji prinsip dilin əsas mənalı ünsürlərinin-sözlərin yazıya vahid şəkildə köçürülməsi qaydalarını isti­qa­mət­­ləndirən ən mühüm prinsipdir. Əgər bu prinsip nəzərə alın­maz­sa, mənalı dil vahid­lə­ri müxtəlif çalarlıqda tələffüz olunduğu kimi yazıya köçü­rü­lər­sə, yazı da öz mahiy­yə­tini itirər, yəni yazı da həqiqi mənada vahid anlaşma vasitəsi ola bilməz.
Eyni vahidin müxtəlif çalarlıqda tələffüzü müxtəlif məqam və şəraitlə əlaqədar ola bilər. Adətən sözün və ya şəkilçinin tərkibində fonetik halda təzahür edən belə ça­lar­lıqlar şivə xüsusiyyəti halında, ədəbi tələffüz norması halında müxtəlif fonetik mə­qamla əlaqədar olur; məs.: öy, öv, əv, ev, qayıt, qeyit, qeid, qəyit, qənşər, qəyşər və s.
Əlbəttə, morfoloji prinsip əsasında bu variantlardan ancaq biri (yəni ev, deyil, bad­ya, qənşər, qovur, qayıt) qəbul olunur və yazıda sabitləşir. Buna görə də hər cür mor­­­fo­loji dəyişiklik və tələffüz çalarlığı bunların vahid yazılışını dəyişdirə bilmir.
Sözlərin orfoepik normalar əsasında tələffüzündə də müəyyən çalarlıqlara yol ve­ri­lir və belə sözlərə şəkilçi bitişdirildikdə bəzən tələffüzdə də dəyişiklik ola bilir; məs.: uç- uş, uşsun, uçar, uşmas; başla- başlıyır və s.
Bəzən şəkilçinin ilk səsinin bitişdiyi sözün sonundakı səsin təsiri ilə müxtəlif məx­rəc­­də-başqa səslərlə əvəzləyərək tələffüz etmək qanuni sayılır; atlar əvəzinə atdar, adam­lar əvəzinə adamnar tələffüz olunur.
Beləcə də səs uyuşması, səsdüşümü, səsartımı, yerdəyişmə fərqləşmə, məxrəc­də­yiş­­mə kimi fonetik hadisələr sözlərin, şəkilçilərin müxtəlif variantlarda tələffüzünə tə­sir göstərir. Lakin bu variantların hamısını yazıya köçürmək olmaz. Bu variant­lar­dan bəzisi, xüsusən ahəng qanunu, müəyyən məqamlarda səsartımı, səsdüşümü ilə əla­qədar variantlar müəyyən dərəcədə qanuniləşmiş halda ümumi mahiyyət kəsb etmiş oldu­ğundan yazıya köçürülür. Lakin qanuniləşməmiş variantlar ancaq tələf­füz­də qalır, yazıya köçürülmür. Məhz belə vəziyyətdə morfoloji prinsipə əsaslanaraq bu varian­t­lar­dan biri yazı üçün məqbul sayılır, yazıya köçürülərək orfoqrafik qanun halında ya­zı­­da sabitləşdirilir.Məsələn, yuxarıda nəzərdən keçirdiyimiz söz və şəkilçi variant­la­rın­dan aşağıdakılar məqbul sayılır və morfoloji prinsip əsaslı orfoqrafik qay­­daya görə belə də yazılır.


Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə