artıqlığı» əmələ gələcək, belə ki, aşağı qiymət şəraitində alıcılar
daha çox almaq
istəyəcəklər. Digər tərəfdən, əmtəənin real bazar qiymətinin ucuzluğu istehsalçıları
həmin əmtəəni az təklif etməyə sövq edəcəkdir. Nəticədə qiymətin artması baş ve-
rir ki, bu da bir tərəfdən məhsulun istehsalının genişlənməsinə, digər tərəfdən isə
istehlakın azalmasına gətirib çıxarır. Bu proses də əvvəlki kimi tarazlıq
səviyyəsinin əmələ gəlməsinə qədər baş verəcəkdir.
Qeyd etmişdik ki, bazarda əmtəənin qiyməti sabit qalmaqla,
qeyri-qiymət
amillərinin tələb və təklifə təsiri nəticəsində onların dəyişməsi baş verir.
Deyilənlərə əlavə edərək göstərmək lazımdır ki, qeyri-qiymət amillərinin təsiri
nəticəsində tələbin və ya təklifin artması və ya azalması tarazlıq qiymətində də
müvafiq dəyişikliyə səbəb olur. Bununla əlaqədar olaraq aşağıdakı dörd hal müm-
kündür:
- Tələb artarsa, təklif isə dəyişməz qalarsa, onda tarazlıq
qiyməti yüksələcəkdir;
- Tələb azalarsa, təklif isə dəyişməz qalarsa, onda tarazlıq qiyməti aşağı
düşəcəkdir;
- Təklif artarsa,
tələb isə dəyişməz qalarsa, onda tarazlıq qiyməti azalacaqdır;
- Təklif azalarsa, tələb isə dəyişməz qalarsa, tarazlıq qiyməti artacaqdır.
Yuxarıda deyildiyi kimi, məhsulun qiymətinin dəyişməsi tələb və təklifin də
həcmində müvafiq dəyişikliyə səbəb olur. Qiymətlə həcm arasında olan bu asılılıq
tələb və təklifin elastikliyinin əsasını təşkil edir.
Göstərmək lazımdır ki, heç də həmişə məhsulun qiymətinin azaldılması (və ya
artması) səviyyəsi tələb və təklifin səviyyəsində də həmin miqyasda müvafiq
dəyişikliyə səbəb olmur. Məhz bu dəyişikliyin səviyyəsi tələb və təklifin elastik
olub-olmadığını müəyyən etməyə imkan verir.
Dediklərimizi tələb və təklifin elastikliyi timsalında ayrı-ayrılıqda izah edək.
Tələbin qiymətlə bağlı elastikliyi dedikdə, məhsulun qiymətinin müəyyən miqdar
dəyişməsi nəticəsində ona olan tələbin hansı miqdarda dəyişməsi başa düşülür. Bu
elastiklik aşağıdakı əmsalla ifadə olunur:
E
Q
Q
P
P
d
p
=
Δ
Δ
:
Burada
- tələb edilən məhsulun
səviyyəsindəki dəyişikliyi,
Δ
Q
Q
- ilkin tələbin səviyyəsini,
Δ
P
- qiymətin dəyişmiş səviyyəsini,
P
- qiymətin ilkin səviyyəsini əks etdirir.
Bununla E - göstərir ki, burada söhbət tələbin (d) qiymətlə bağlı (
p)
elastikliyindən (E) gedir.
Tələbin elastik olub-olmadığını müəyyən etmək üçün hər şeydən əvvəl vahid
elastiklik səviyyəsini müəyyən etmək lazımdır. Vahid elastiklik dedikdə,
qiymətin
azalması səviyyəsinin (faizinin) tələbin artması səviyyəsinə (faizinə) bərabərliyi
başa düşülür. Məsələn, qiymətin 2 dəfə azalması ilə tələbin, yəni (məhsul satışının)
həcminin də 2 dəfə artması bu məhsulla bağlı tələbin vahid elastikliyini sübut edir
(yəni E=1).
Tələbin elastikliyini təhlil etməzdən əvvəl göstərmək lazımdır ki, reallaşdırılmış
tələbdən, yəni satışdan əldə edilən pul gəlirlərinin həcmi (R), məhsulun qiyməti (P)
63
ilə onun bazara çıxarılan kəmiyyətinin (Q) hasilinə bərabərdir.
Yəni:
R = P Q
×
Bu halda əgər qiymətin azalması nəticəsində satışın artmasından əldə edilən
gəlir qiymətin azalmasından itirilən
gəlirdən çox olarsa, gəlir elastik hesab edilir
(yəni E>1) əksinə, qiymətin aşağı düşməsindən itirilən gəlir bunun nəticəsində
tələbin (yəni satışın) artmasından əldə edilən gəlirdən çox olarsa, tələb qeyri-elas-
tikdir (yəni E<1).
Elastik və qeyri-elastik tələbi misalla izah edək. Fərz edək ki, qiymətin 6
manatdan 2 manata qədər (yəni 3 dəfə) azalması satışın həcminin 4 dəfə (2
ədəddən 8 ədədə qədər) yüksəlməsinə səbəb olmuşdur. Bu zaman qiymətin
azalması nəticəsində satışdan əldə edilən gəlir 12 manatdan (
) 16 manata
(
) çatmışdır.
6 2
×
2 8
×
Belə bir vəziyyət tələbin elastik olduğunu göstərir. Tələbin qeyri-elastikliyini
aşağıdakı misalla göstərək.
Fərz edək ki, satış qiymətinin 6 manatdan 2 manata
qədər (yəni 3 dəfə) azalması tələbin (satışın) həcmini yalnız 2 dəfə (2 ədəddən 4
ədədə qədər) artırmış, bu zaman satışdan əldə edilmiş gəlir 12 manatdan (
2 6
×
) 8
manata (
) düşmüşdür. Bu vəziyyət tələbin elastik olmadığını göstərir.
2 4
×
İqtisadi ədəbiyyatda tələbin qiymətlə bağlı elastikliyi ilə yanaşı onun gəlirlə
bağlı və kəsişən elastikliyi formaları da bir-birindən fərqləndirilir. Gəlirlə bağlı
elastiklik nə deməkdir? Əvvəldə göstərmişdik ki, öz faydalı xüsusiyyətlərinə görə
bir sıra əmtəələr normal məhsullar, digərləri isə aşağı keyfiyyətli mallar hesab edi-
lirlər. Əhalinin gəlirləri artdıqca normal məhsulların hətta yüksək qiymətində belə,
onlara
olan tələb yüksəlir, az keyfiyyətli malların isə aşağı qiymətində belə, onlara
olan tələb azalır. Gəlirlə bağlı elastiklik aşağıdakı əmsalla hesablanır:
Tələb edilən məhsulun dəyişməsi səviyyəsi
E =
⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯
Gəlirin dəyişməsi səviyyəsi
Tələbin kəsişən elastikliyi isə bir-birilə bağlı məhsullara olan tələblə əlaqədardır.
Əgər 2 əmtəə bir-birinin əvəzediciləridirsə (məsələn, mal əti və qoyun əti)
birincinin (mal ətinin) qiymətinin aşağı düşməsi, digərinin qiyməti dəyişməz
qaldığı halda ona olan tələbi də aşağı salacaqdır.
Digər halda, 2 əmtəə bir-birini tamamlayarsa, (məsələn, maqnitofon və kaset),
birinin (maqnitofonun) qiymətinin yüksəlməsi digərinə olan tələbi aşağı salacaqdır.
Tələbin kəsişən elastikliyi aşağıdakı əmsalla hesablanır:
X məhsula olan tələbin dəyişməsi səviyyəsi
E =
⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯
Y məhsulunun qiymətinin dəyişməsi səviyyəsi
Tələbin elastikliyi bir sıra amillərin (məsələn, məhsulun istehlakdakı payının,
əvəzedici məhsulların olmasının) təsiri altında formalaşsa da, bu amillərdən ən
vacibi vaxt amilidir. Qısa vaxt ərzində məhsula olan tələb qeyri-elastikdirsə,
nisbətən uzun vaxt ərzində o daha elastikdir. Məsələn, qəndin qiymətinin yüksəl-
64