MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   39   40   41   42   43   44   45   46   ...   74

biləcək vəsaitlərin azalması hesabına baş vermişdir. 
Hal-hazırda Azərbaycan iqtisadiyyatının dünya bazarına daxil olması üçün onun qarşısında istehsalın bərpa 
edilməsi və səmərəliliyinin artırılması, rəqabət qabiliyyətli istehsalın yaradılması məsələləri durur. Bu baxımdan 
bazarın İsveç modeli də Azərbaycan üçün əlverişli ola bilməz. 
Bazar iqtisadiyyatının müxtəlif modelləri arasında Azərbaycan üçün alman modelinin - sosial yönümlü 
bazar iqtisadiyyatı modelinin seçilməsi daha məqsədəuyğundur. Bu modelin bir çox xarakterik xüsusiyyətləri 
Azərbaycan reallığında öz əksini tapır.  
Birinci
 - həqiqətən Azərbaycanda müxtəlif mülkiyyət və  təsərrüfat formalarına  əsaslanan qarışıq 
iqtisadiyyatın formalaşması prosesinin getməsi, burada xüsusi və dövlət mülkiyyəti formalarının səmərəli 
fəaliyyəti üçün bərabər təsərrüfatçılıq mühitinin yaradılması; 
ikinci
 - Azərbaycanda bu gün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi prosesinin çox güclü olması, 
ilk növbədə iqtisadiyyatın böhran vəziyyətindən çıxarılması, iqtisadi artımın tə’min edilməsi, iqtisadiyyatda 
struktur dəyişikliklərinin həyata keçirilməsi, məhsulların həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətli 
olması üçün əlverişli şərait yaradılması; 
üçüncü
 - tənzimlənməni nəinki makroiqtisadi səviyyədə, hətta bir çox hallarda bazar subyektlərinin 
fəaliyyətlərinin hələ normal bazar təsərrüfatının tam mə’nada yaranmaması ilə əlaqədar, mikroiqtisadi səviyyədə 
tənzimlənməsinin həyata keçirilməsi;  
dördüncü
 - xalqımızın mentaliteti, tarixən ictimai ən’ənələrin bizdə güclü olması, bir çox sosial prob-
lemlərin dövlət tərəfindən həll olunması ən’ənələrinə alman modelinin sosial-siyasətinin daha çox uyğun gəlməsi
beşinci
 - Azərbaycanda azad rəqabətin dövlət tərəfindən tənzimlənməsi və qorunması; 
altıncı
 - işsizlərin sayının minimum həddə çatdırılmasını qarşısına məqsəd qoyan məşğulluq siyasətinin, bu 
gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olmasıdır. 
Bazar iqtisadiyyatının alman modelinin Azərbaycanda tətbiq edilməsinin  ən mühüm arqumentlərindən biri, 
Almaniyada da bizdə olduğu kimi, sosial-iqtisadi inkişafın mərkəzləşdirilmiş təsərrüfatdan sosial yönümlü bazar 
təsərrüfatına doğru irəliləyişidir. Beləliklə, bizim ölkənin  şəraiti üçün daha müvafiq və daha əlverişli bazar 
iqtisadiyyatı modeli, sosial yönümlü bazar iqtisadiyyatı modeli ola bilər. 
 
 
 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 11. BAZAR İNFRASTRUKTURU 
 
§1. Bazar infrastrukturu və onun iqtisadiyyatda rolu 
§2. Birja və onun növləri 
§3. Yarmarkalar, auksionlar, lizinq və sığorta kampaniyaları 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1.  «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin,  Ə.P.Babayevin və 
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999. 
2.  T.S.Vəliyev, İnfrastrukturlar: mahiyyəti, təsnifatı və əhəmiyyəti. Bakı, Elm. 
2003. 
3.   R.M.Cəbiyev, Azərbaycanda bazar infrastrukturunun formalaşması  və 
inkişafı. Bakı, 2000. 
4.   Q.N.Manafov, «Bazar iqtisadiyyatı nəzəriyyəsinə giriş. Bakı, 1991. 
5.  A.E.Kərimov. Qiymətli kağızlar bazarı, Bakı, 2003. 
6.   «Əmtəə birjalaıı haqqında» Azərbaycan Respublikasının qanunu. Bakı, 
1994. 
7.  «Audit haqqında» Azərbaycan Respublikasının qanunu. Bakı, 1994. 
8.  «Lizinq haqqında» Azərbaycan Respublikasının qanunu. Bakı, 1994. 
 
75


9.  «Qiymətli kağızlar komiteti haqqında əsasnamə». Azərbaycan Respublikası 
Prezidentinin 26 iyul 1999-cu il Fərmanı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
§1. Bazar infrastrukturu və onun 
iqtisadiyyatda rolu 
 
İnfrastruktur anlayışı, öz hərfi mə’nasına görə iqtisadi sistemin əsası, onun 
daxili quruluşu kimi başa düşülür.  İlk dəfə bu ifadə iqtisadi təhlildə XX əsrin 
əvvəllərində silahlı qüvvələrin həyat fəaliyyətini təmin edən obyekt və tikililəri 
ifadə etmək üçün işlənilmişdir. 
Müasir iqtisadi inkişaf baxımından infrastruktur anlayışı  dərin məzmuna 
malikdir.  Ən ümumi mə’nada infrastruktur dedikdə, həm bütövlükdə 
iqtisadiyyatın, həm də onun ayrı-ayrı bölmələrinin normal fəaliyyəti üçün 
əlverişli  şərait yaradan və bu məqsədə xidmət edən sahələrin məcmusu başa 
düşülür. 
İnfrastrukturun  əsas cəhətlərindən biri onun fərdi yox, kollektiv və ictimai 
tələbatların ödənməsinə xidmət etməsidir. Bundan əlavə, iqtisadiyyatın 
infrastrukturu həm də ictimai təkrar istehsalın bütün fazaları: istehsal, bölgü, 
mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin formalaşmasına yönəlmişdir. 
Makroiqtisadi səviyyədə istehsal və sosial infrastrukturlar bir-birlərindən 
fərqləndirilir. İstehsal infrastrukturuna ölkənin maddi istehsalı ilə bilavasitə əlaqədar 
olan sahələr - elektroenergetika, rabitə, nəqliyyat, elmi-texniki informasiya və s. aid 
edilir. Sosial infrastruktur iş qüvvəsinin təkrar istehsalı  və ölkə  əhalisinin həyat 
fəaliyyəti üçün normal şəraitin yaradılmasına xidmət edir. Buraya tədris, səhiyyə, 
sosial təminat və s. kimi sahələr daxildirlər. 
 Bu  deyilənlərlə yanaşı, iqtisadi ədəbiyyatda bütövlükdə iqtisadiyyatın 
konkret sahələrini xarakterizə edən infrastruktur anlayışı da işlədilir. Bu 
baxımdan, məsələn, nəqliyyat sahəsinin infrastrukturuna - körpülər, kanallar
 
76


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə