Məsələn, çörək, ət, yağ və digər ərzaq məhsulları insanların
yeməyə olan,
maşınlar, dəzgahlar, avadanlıqlar istehsal tələbatını ödəyirlər. Əmtəənin faydalı-
lığı, insanın bu və ya digər bir tələbatını ödəmək xassəsi onu istehlak dəyəri edir.
İstehlak dəyəri hər-hansı bir şeyin təbii xassəsindən asılıdır. Lakin istehlak
dəyəri onu yaradan əməyin kəmiyyət miqdarından asılı deyildir. İstehlak dəyəri bütün
insan cəmiyyətlərində mövcuddur. Çünki cəmiyyətlərin inkişaf səviyyəsindən və
mərhələlərindən asılı olmayaraq insanlar bu və ya başqa bir iqtisadi ne’məti istehsal
edib onu istehlak dəyəri kimi mənimsəyib öz tələbatlarını ödəyirlər.
Əmtəənin istehlak dəyəri natural təsərrüfatda yaradılan məhsulun istehlak
dəyərindən fərqlənir. Birinci, natural təsərrüfatda
məhsulun istehlak dəyəri
bilavasitə həmin məhsulu istehsal edən üçün istehlak dəyəri kimi çıxış edir.
Əmtəə isə ictimai istehlak dəyərinə malik olmalıdır. Əmtəənin istehlak dəyəri
cəmiyyətin digər üzvlərinin tələbatını ödəməlidir. İkinci, əmtəənin istehlak dəyəri
elə bir spesifik istehlak dəyəridir ki, o ancaq mübadilə yolu ilə istehsaldan
istehlaka daxil olur. Odur ki, natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrü-
fatında yaradılan məhsulun istehlak dəyəri mübadilə dəyərinin daşıyıcısına
çevrilir.
Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması şərtdir.
Çünki, mübadilə dəyəri kimi bütün əmtəələr müəyyən
bir kəmiyyət nisbətində
bir-birinə dəyişdirilməlidirlər. Əmtəələrin bir-birilə müəyyən nisbət daxilində
mübadilə edilməsi əmtəə istehsalçılarının subyektiv istəklərindən asılı deyildir.
Əmtəələrin bir-birinə bərabərləşdirilməsi onların mübadiləsinə qədər baş verən
obyektiv bərabərlik prosesidir. Məsələn, çörək bir istehlak dəyəri formasıdır,
kostyum isə digər istehlak formasıdır. İstehlak dəyəri baxımından əmtəələri
ölçmək olmaz. Lakin mübadilə dəyəri nöqteyi-nəzərindən əmtəələr ölçülürlər,
çünki əmtəələr dəyişdiriləndə onların əsasını mübadilə nisbəti təşkil edir.
Belə ki, əmtəələrin mübadilə dəyərini onların istehlak dəyərilə müəyyən
etmək olmur. Əgər bu belə olardısa bərabəri bərabərsizliklə, ölçüləni ölçülməyənlə
eyniləşdirmək olardı. Bütün mübadilə edilə bilən əmtəələri
ümumi və bərabər
edən o kateqoriyadır ki, onun əsasında mübadilə prosesi proporsional olaraq baş
verir. Bu bütün əmtəələrin məzmununu təşkil edən və onların istehsalına sərf edilən
ictimai əməkdir. İstehlak dəyərinin müxtəlifliyinə baxmayaraq əmtəələrin
istehsalına sərf edilən əmək eyni olduğuna görə bu əmtəələrin dəyərini ölçmək
mümkündür. Əmtəələrin istehsalına sərf edilən əməyin miqdar kəmiyyəti həmin
əmtəələrin dəyərini ölçmək imkanı verir və bunun əsasında əmtəələri dəyər baxı-
mından bir-birilə müqayisə etmək olar. Deməli, əmtəənin
mübadilə dəyəri imkan
verir ki, bu əmtəələr müəyyən nisbət daxilində bir-birinə bərabərləşdirilsin. Çünki
dəyəri yaradan ictimai əməkdir, bu ictimai əmək dəyər formasında mübadilə
prosesində təzahür edir.
Deməli, əmtəənin müəyyən bir miqdar nisbətində başqa əmtəəyə
dəyişdirilmə qabiliyyəti onu mübadilə dəyəri edir.
Belə ki, insanın bu və ya başqa bir tələbatını ödəmək xassəsi əmtəənin
istehlak dəyəri, digər əmtəələrə dəyişdirilə bilmək qabiliyyəti
isə onun mübadilə
dəyəridir.
İstehlak dəyəri və mübadilə dəyəri kateqoriyalarını elmi ədəbiyyata
42
Aristotel, A.Smit, D.Rikardo, T.Maltus, K.Marks, C.S.Mill və başqa alim-
iqtisadçılar gətirmişdir.
Əmək-dəyər nəzəriyyəsinin tərəfdarları göstərirdilər ki, keyfiyyətcə müxtəlif,
kəmiyyətcə ölçülə bilməyən əmtəələr mübadilə oluna bilər. Onların fikrincə
dəyişdirilən əmtəələrin ümumi bir əsası var. Bu ümumi əsas əmək məsrəfləridir və
həmin əmək məsrəfləri mübadilə dəyərini müəyyən edir.
Müasir Qərb iqtisadi ədəbiyyatında əmək-dəyər nəzəriyyəsindən fərqli
olaraq yeni bir nəzəriyyə - faydalılıq nəzəriyyəsi meydana gəlmişdir. Faydalılıq
nəzəriyyəsinin yaradıcıları K.Mengerin, E.Bem-Baverkin və F.Vizerin yaratdıq-
ları son faydalılıq nəzəriyyəsinə əsaslanırlar. Bu
nəzəriyyəyə görə mübadilənin
əsasını dəyər deyil, faydalılıq təşkil edir.
A.Smit əmtəə istehsalına sərf edilən əməyi, alınan əməyi (əmək haqqını),
mənfəəti və torpaq rentasını dəyərə aid edir. D.Rikardo və D.R.Mak-Kullox
dəyəri istehsal xərcləri kimi, J.B.Sey isə şeyin faydalılığı kimi izah edirlər.
D.Loderdel dəyəri təklif və tələblə əlaqədə izah edir. K.Marks və F.Engels
göstərilən iqtisadçı-alimlərin mübahisəli fikirlərini təhlil edərək belə bir nəticəyə
gəlmişlər ki, dəyər ictimai əmək sərfinin abstrakt əşya formasıdır və dəyər istehsal
xərclərinin faydalılığa olan münasibətini ifadə edir.
İqtisadi ədəbiyyatda əmtəə dəyərinin kəmiyyəti və onun qiyməti haqqında da
mübahisələr mövcuddur. Məsələn, A.Smit dəyərin ölçü vahidi kimi bə’zən onun
istehsalına sərf olunan iş vaxtını, bə’zən də əməyin özünün dəyərini götürür.
D.Rikardo
isə iddia edirdi ki, dəyərin ölçü vahidi istehsalın ən pis şəraitində sərf
olunan iş vaxtıdır. S.Sismondi dəyər kəmiyyətini cəmiyyətin bütövlükdə tələbatı
ilə tələbatın ödənilməsi üçün lazım olan əməyin miqdarı arasındakı münasibət
kimi izah edir. P.Samuelson, C.Klark və başqa iqtisadçılar dəyər kəmiyyətinə son
xərclər əsasında formalaşan qiymət kimi baxırlar. Faktiki olaraq onlar bu
problemi təkrar istehsal şəraitində qiymətin dəyişməsilə əlaqələndirirlər.
Bütün bu baxışların təhlili belə bir nəticəyə gəlmək imkanı verir ki, dəyər
kateqoriyası dəyərlilik məfhumu ilə əlaqədardır. Qeyd edək ki, əmtəənin dəyəri
müəyyən bir konkret tarixi şəraitdə iqtisadi
dəyərliliyin xüsusi təzahür
formasıdır.
43