§3. Əmtəə istehsalının formaları
Tarixən əmtəə istehsalı təşkilinin üç forması (tipi) mövcuddur:
sadə əmtəə
təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı.
Sadə əmtəə istehsalı təsərrüfat təşkilinin elə bir formasıdır ki, burada istehsal
vasitələri üzərində istehsalçıların xüsusi mülkiyyəti var və onlar məhsulu mübadilə
üçün, bazarda satmaq məqsədilə istehsal edirlər. Bu proses daxilində istehsalçıların
öz əməkləri fəaliyyət göstərir, yə’ni istehsal vasitələrinin sahibləri özləri istehsal
edirlər. Sadə əmtəə təsərrüfatı tipində məhsul bazarda satılmaq üçün istehsal
olunur.
Sadə əmtəə təsərrüfatı ilə xırda istehsalçılar - sənətkarlar
və kəndlilər məşğul
olurlar. Bu təsərrüfat formalarında istehsalçıların özləri istehsal vasitələrilə bila-
vasitə birləşirlər. Belə bir təsərrüfat formasında istehsal vasitələri üzərində olan
mülkiyyət sahibi istehsaldan təcrid olunmur, istehsalçı həm istehsal vasitələrinin
sahibi kimi, həm də istehsalçı kimi çıxış edir. Deməli, sadə əmtəə təsərrüfatında
istehsal mülkiyyət sahiblərinin şəxsi əməyinə əsaslanır. Belə bir təsərrüfat tipində
əmtəə istehsalı istehsalçılar tərəfindən ayrı-ayrılıqda həyata keçirilir.
Əmtəə təsərrüfatı əmtəə istehsalına əsaslanan, istehsalçılar və istehlakçılar
arasında olan qarşılıqlı fəaliyyəti bazar vasitəsilə tə’min edən iqtisadiyyatın
təşkilinin ictimai formasıdır. Əmtəə təsərrüfatı şəraitində istehsalçılar
müstəqil,
fərdi, ayrı-ayrılıqda məhsul istehsal edir, müəyyən bir əmtəə istehsalı üzrə ix-
tisaslaşır, ictimai tələbatlar alqı-satqı, bazar vasitəsilə tə‘min edilir, əmtəə-pul
mübadiləsi hökm sürür.
Tarixi təcrübə göstərir ki, müxtəlif mülkiyyət sahibləri arasında olan mübadilə
əmtəə mübadiləsi şəklini alır. Təsərrüfat fəaliyyətində iqtisadi müstəqillik xüsusi,
kollektiv, icma, korporativ mülkiyyət sahibləri arasında da ola bilər. Göstərilən
amillərin inkişaf səviyyəsindən və xarakterindən asılı olaraq əmtəə istehsalı mo-
deli, ümumiyyətlə, bazar sistemi formalaşır.
Əmtəə istehsalı modelinin ilkin, geniş inkişaf
etmədiyi bir şəraitdə
mərkəzləşdirilmiş dövlət hakimiyyətinin iqtisadi və siyasi hökmranlığı mövcud
idi. Bazar iqtisadiyyatı ünsürlərinin fəaliyyət göstərdiyi iqtisadi sistemdə
mülkiyyətin dövlət hakimiyyətilə qovuşması iqtisadi dinamizmin inkişafını
ləngidir, geriyə salır və yoxsulluq yaradır.
Əmtəə istehsalının digər, daha çox inkişaf etmiş forması kapitalist
təsərrüfatıdır.
Hər şeydən əvvəl belə bir sual meydana çıxır: müasir kapitalizm və hal-
hazırda dünya miqyasında qəbul olunmuş sivilizasiyalı bazar sistemi necə
yaranmışdır?
Marksizm tə’liminə görə kapitalizm sadə əmtəə təsərrüfatından törəmişdir.
Bu nəzəriyyə göstərir ki, kapitalizm iqtisadi sistemində əmtəə istehsalı
münasibətləri ümumi hal kəsb edir. Bu o deməkdir ki,
kapitalizmin bütün inkişaf
mərhələlərində insanlar arasında olan münasibətlər əmtəə münasibətləri
formasında çıxış edir. Əmtəə münasibətləri ümumi münasibətlər forması kimi çıxış
etməklə yanaşı müstəqildir. Bu münasibətlərin xüsusiyyəti ondan ibarətdir ki,
44
onlar bütün digər münasibətlərin əsasını təşkil edirlər. Deməli, bu münasibətlər
hüceyrə şəklində kapitalizmin əsas xüsusiyyətlərini və ziddiyyətlərini özündə əks
etdirirlər. Digər tərəfdən isə sadə əmtəə münasibətlərindən tarixi inkişafın
müəyyən bir mərhələsində və məntiqi ardıcıllıqla kapitalizmin mürəkkəb istehsal
münasibətləri formalaşıb inkişaf edir.
Kapitalizm daima və fasiləsiz olaraq əmək məhsulunu əmtəə formasında
istehsal edir. Məhz buna görə də həm tarixi, həm də məntiqi baxımdan əmtəə
münasibətləri kapitalizmin qərarlaşmasının və sonrakı inkişafının başlanğıc
nöqtəsi kimi çıxış edir. Eyni zamanda əmtəə təsərrüfatının
ziddiyyətləri kapitalist
əmtəə istehsalının ziddiyyətlərilə üst-üstə düşür. Əgər kapitalizmdən əvvəlki cə-
miyyətlərdə əmtəə münasibətləri məhdud və tabeçilik xarakteri daşıyıb natural
təsərrüfat çərçivəsi daxilində fəaliyyət göstərirdisə kapitalizmdə bu təsərrüfat forması
hakim mövqe tutur və ümumi hal alır.
Kapitalist əmtəə istehsalının xarakterik xüsusiyyəti ondan ibarətdir ki,
müstəqil olan kapitalist-sahibkar istehsal amilləri əsasında öz iqtisadi fəaliyyətini
təşkil edir. İstehsalın amilləri dedikdə, kapital, əmək, torpaq və sahibkar-
kapitalist nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki,
kapitalist-sahibkar iri
istehsalı təşkil edir. Fərdi kapitalist istehsalı ilə yanaşı kollektiv təsərrüfat for-
maları da təşkil olunur. Məsələn, müştərək sahibkarlıq, səhmdar cəmiyyətləri və
s.
Sadə və kapitalist əmtəə təsərrüfatlarının ümumi cəhətləri də vardır. İstehsalı
müstəqil təşkil edən istehsalçıları ictimai əmək bölgüsü, əmtəə istehsalı, bazar
vasitəsilə əlaqə saxlamaq birləşdirir. Əmtəə istehsalının ümumi qanunları
kapitalizm təsərrüfatında öz əhəmiyyətini saxlayırlar, lakin bu qanunlar müəyyən
modifikasiyaya uğrayırlar. Çünki əmtəə təsərrüfatında inkişaf etmiş bazar sistemi
fəaliyyət göstərir.
İnkişaf etmiş kapitalist əmtəə münasibətlərinin bazar sisteminin yaranması
müəyyən qanunauyğunluqlara malikdir. Belə bir iqtisadi bazar modelinin
yaranması, hər şeydən əvvəl, dövlət hakimiyyətindən asılı olmayaraq
torpaq
üzərində xüsusi mülkiyyətin formalaşması ilə əlaqədardır. Dövlət torpağı
mənimsəməyə bilməmiş, torpaq bölgüsünə qarışmamaqla iqtisadi sistemin bir
ünsürünə çevrilmiş və xüsusi mülkiyyət münasibətləri təşəkkül tapıb inkişaf etmiş-
dir. İqtisadi sistemin bazar modelinin yaranması prosesində icma mülkiyyəti öz
yerini dövlətə deyil, xüsusi mülkiyyətçilərə vermişdir.
Beləliklə, xüsusi sahibkarlıq fəaliyyətinin inkişafı iqtisadiyyatda yeni
törənən ünsürləri stimullaşdıraraq istehsalın səmərəliliyini artırmışdır. Xüsusi
mülkiyyət nəticəsində törənmiş ünsürlər iqtisadi artımı tə’min edə bilmişdir.
Məhz buna görə də bazar iqtisadi modelinin birincisindən - sadə əmtəə
istehsalçılarından
fərqli olaraq, ikinci model - sahibkar-kapitalistlərin xüsusi
mülkiyyətə əsaslandığı inkişaf etmiş bazar iqtisadi modeli meydana gəlmişdir.
Bazar iqtisadiyyatının ikinci modeli birincidən fərqli olaraq şəxsiyyətin
dövlətdən üstünlüyü ilə xarakterizə edilir ki, bu model daxilində inkişafa əsas və
həlledici hərəkət verən qüvvə xüsusi mülkiyyət hesab olunur.
Kəndlilərin və sənətkarların bazar üçün istehsal etdikləri sadə əmtəə
təsərrüfatından fərqli olaraq inkişaf etmiş əmtəə istehsalı olan kapitalist iqtisadi
45