Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


müəllimlik   işinin   xüsusiyyətlərini



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə40/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

müəllimlik   işinin   xüsusiyyətlərini
nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərə daxildir:
a) Müəllimlik 
şərəfli işdir
; çünki öz həyatını xalqın gələcəyinə həsr edir. Xalqa
35


verilmiş həyat isə xoşbəxtlikdir. 
b) Müəllimlik 
məsuliyyətli işdir
; çünki o, ən qiymətli kapital olan insanla işləyir;
bu işdə isə səhvə yol vermək olmaz. 
c) Müəllimlik  
çətin və mürəkkəb işdir
; çünki müəllimin fəaliyyət obyekti olan
insan özü mürəkkəbdir, zəngin və incədir.
Pedaqoji fəaliyyətin çətinliyi həm də ondadır ki, müəllimin tərbiyə etdiyi 
insan
dəyişkəndir
; bu gün zəif oxuyan, intizamsızlıq edən sabah düzələ bilər və ya əksinə.
Müəllim öz yetirmələrinin inkişafını izləməli, təhlil etməli, onları düzgün istiqamət-
ləndirməlidir.  
ç) Müəllimlik  
yaradıcı işdir
: çünki müəllim hazır göstərişlərlə işləyə bilməz.
Hər bir konkret halda qarşıya çıxan məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-
standart qərarlar qəbul etmək lazım gəlir. Bunun üçün müəllimdən müstəqil düşünmə,
yaradıcı təfəkkür tələb olunur. 
Görkəmli   rus   pedaqoqu   və   psixoloqu   P.P.Blonskinin   təbirincə   desək,   həqiqi
müəllim   ensiklopedik   lüğət   yox,   Sokrat   olmalıdır.   Müasir   dövrdə   sadəcə   bilikli
müəllim olmaq azdır; məktəbə yaradıcı, tədqiqatçı müəllim lazımdır. 
Ali   məktəb   müəllimi   pedaqoji   fəaliyyətin   xüsusiyyətlərini   nəzərə   almalı,
normativ tələblərlə özünün yaradıcılığını əlaqələndirməyi bacarmalıdır. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə