Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə41/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

2. Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri
Ali məktəb müəlliminin fəaliyyətinin səmərəliliyi onun öz funksiyalarını yüksək
səviyyədə   yerinə   yetirməsi   ilə   sıx   bağlıdır.  Bu   funksiyalara   daxildir:   təhsilverici,
tərbiyəedici, inkişafetdirici, stimullaşdırıcı, elmi-tədqiqatçılıq funksiyaları.
Təhsilverici funksiya
  ali məktəbdə verilən profilə uyğun olaraq tələbələri sis-
temləşdirilmiş elmi biliklərlə, peşə-ixtisas hazırlığına müvafiq bacarıq və vərdişlərlə
silahlandırmaqda ifadə olunur. Bunun üçün tələbələrə hazır informasiyaların ötürül-
məsi azdır; onların özlərinin müstəqilliyini artırmaq, onları yaradıcı axtarışlara geniş
cəlb   etmək   vacibdir.  
Təhsildə   ağırlıq   hafizəyə,   yaddaşa   yox,   daha   çox   təfəkkürə,
sərbəst fikrə düşməlidir
. Müəllim tələbələrə “Nədir?”, “Nəyə deyilir?”, “Hansılar-
36


dır?” suallarından daha çox “Nə üçün?”, “Nə ilə fərqlənir?”, “Hansı fikir düzgün-
dür?”, “Sən bu haqda nə fikirləşirsən?” və s. bu kimi suallara müraciət etməklə təlim
materiallarının şüurlu mənimsənilməsinə, müstəqil və tənqidi təfəkkürün inkişafına
şərait yaratmış olur.
Hər bir müəllim öz fənni daxilində tələbələrdə özünütəhsil tələbatı tərbiyə etmə-
lidir. İlk növbədə, 
müəllim tələbələr üçün dərin bilik, geniş erudisiya, ağıl, intellekt
,
elmi maraqların zənginliyi 
nümunəsi
 olmalıdır. V.A.Suxomlinskinin təbirincə desək,
əgər müəllim tək bircə gün öz intellektual inkişafından qalarsa, o, yetirmələri üçün
bilik məşəli olmaqdan məhrum olacaqdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə