Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Fənn: Tibb bacısının iĢinin əsasları



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə10/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   166
Tibb bacısının işi-1

Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 9 
MÖVZU 4 
 
ORQANĠZMĠN MÖHKƏMLƏNDĠRĠLMƏSĠ 
 
Orqanizmin möhkəmləndirilməsi müxtəlif xəstəlik törədicilərinə qarşı bədən müqavimətini artırmaq 
üçün mühüm fiziki tərbiyə vasitəsidir. Bu orqanizmin sağlamlığına müsbət təsir göstərir, xəstələnmə 
hallarının azalmasına və xəstəliklərin daha yüngül keçirilməsinə kömək edir. Soyuqdəymə xəstəliklərinə, 
meteoroloji amillərin təsirinə və müxtəlif iqlim şəraitinə orqanizmin müгavimətini artırır, insanı daha 
gümrah və yüksək əhval-ruhiyyəli edir.
Bədəni möhkəmlətmək üçün hava və günəş vannalarından, su proseduralarından, həmçinin müxtəlif 
idman hərəkətlərindən istifadə olunur. Müalicə və profilaktika məqsədilə günəş şüalarından istifadə 
olunması helioterapiya adlanır. Helioterapiya nəticəsində orqanizmin müxtəlif infeksion xəsətliklərə qarşı 
müqaviməti artır, insanın əmək qabiliyyəti yüksəlir. Bunun üçün orqanizmə düz düşən günəş şüaları, 
səpələnmiş şüalar və müxtəlif əşyaların üzərinə düşərək qayıdan şüalardan istifadə olunur. Helioterapiyanı 
bütün sağlam insanlara tətbiq etmək olar. Ümumi günəş vannaları şəklində helioterapiya, yəni bütün 
bədənin şüalandırılması çimərliklərdə aparılır. Bu zaman baş kölgədə olmalıdır, gözə tünd şüşəli eynək 
taxılmalıdır. Acqarına və qida qəbulundan sonra şüa qəbul etmək olmaz, prosedura vaxtı yatmaq və 
mütaliə etmək olmaz. Təyin olunmuş şüa bədənin bütün tərəflərinə bərabər paylanmalıdır. Səhər və 
axşamüstü günəş vannaları qəbul edərkən gimnastika və idman oyunları ilə də məşğul olmaq çox 
effektlidir. Helioterapiyanın faydalı olması üçün onun müddətini tədricən artırmaq lazımdır. Günəş şüaları 
təsirindən dəri əvvəlcə qızarır, sonra melanin piqmenti toplanır və dəri qaralır. Helioterapiya nəticəsində 
dərinin ultrabənövşəyi şüalara müqaviməti artır, onun baryer və qoruyucu xüsusiyyəti yaxşılaşır.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə