Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə54/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   63
-Ma n istehsal texnologiyas [1]

Pardaxlama.
Pardaxlama prosesi, pardax daşının abraziv dənələri ilə, böyük sür'ətlərdə kəsərək, nazik yonqar götürməkdən ibarətdir (11.1-ci a şəkil), çox bərkliyi və kənarlarının itiliyi sayəsində, abraziv dənələri metaldan bir neçə mikron qalınlığında yonqar götürür.
Pardax dairəsinin işlək hissəsini, abraziv dənələrinin kənarlarında əmələ gələr ək, qeyri-müntəzəm surətdə düzülmüş çoxlu tiyələr təşkil edir. Abraziv dənələri monokristaldan, yaxud bir neçə kristal birləşməsindən əmələ gələn hissələrdən ibarətdir. Abraziv dənələrinin tiplərini əmələ gətirən bucaqlar əksəriyyətilə 90°-dən çox olduğu üçün pardax daşının üzərində onların əmələ gətirdiyi tiyələr, bir qayda olaraq, mənfi qabaq bucaqlı olur. Prof. A.İ.Kaşirinin rə'yincə, mənfi qabaq bucağı böyük olan dənələr kəsmir - metalın üzünü təzyiq altında cızır, qabaq bucağı kiçik olan dənələr isə, metalın üzünü kəsərək yonqar götürür. Sür'ətli kəsmə nəzəriyyəsindən mə'lumdur ki, kəsən tiyənin mənfi qabaq bucağı metalın qoparılan hissəsində plastik deformasiya əmələ gətirir və bununla əlaqədar olaraq, yonqarın istilik dərəcəsini artırır. Pardaxlama əməliyyatı böyük (1500-2000 m/dəq) sür'ətlə aparılır. Soyuducu bol olan halda yonqarların bir qismi spiral şəkil alınır. Belə yonqar böyük sür'ətlərdə kəski ilə götürülən yonqara tamamilə oxşayır. Ona görə belə nəticə çıxarmaq olar ki, pardaxlama prosesi, yüksək kəsmə sür'ətlərindən mənfi qabaq bucaqla aparılan yonma və frezləmə proseslərinə çox yaxındır.
Pardax dairəsi işlədikcə abraziv dənələrinin kənarları yavaş-yavaş qopur, dənələr yuvarlaqlanır və onların kəsmə qabiliyyəti get-gedə azalır - dənələr kütləşir, dənələrin bir qismi isə, kütləşmədən qabaq, yonqarın təzyiqi altında qopub düşür. Pardaxlamanın şəraitindən asılı olaraq, bu iki növ yeyilmədən biri üstün gəlir. Abraziv dənələrdən ço­xu kütləşərək yerində qalarsa, kəsmə sürtünməyə çevrilir, daş və mə'mul qızır. Bunun qabağını almaq üçün, daşı itiləyərək onun kəsmə qabiliyyətini bərpa etmək lazım gə­lir. Dənələrin əksəri kütləşmədən qabaq düşərsə, dairə çox tez yeyilir. Bunun qabağını almaq üçün, pardaxlamanın rejimini dəyişərək, bir abraziv dənəsinə düşən yükü azal­tmalı olurlar.
Dənələr kütləşdikcə onların üzərinə düşən təzyiq artır. Ona görə də, pardaxlama rejimi düzgün tə'yin edil­miş olarsa, dənələr ancaq müəyyən dərəcəyədək kütləşincə- yə qədər yerində dayanır. Kütləşmə çoxaldıqca kəsmə təz­yiqinin artması nəticəsində dənələr qopub düşür. Bu halda pardax daşı öz-özünə itilənir.



ŞəkİL 11.1. Pardax dənəsinin işləmə prinsipi və strunturu:
a — pardax dairəsinin üzərində abraziv dənələri tiyələrinin
metalı Kəsməsi; b — sıx struKtur; v — orta sıx struKtur;
q — seyrəK struKtur
Pardaxlama rejiminin yararlığı pardax dairəsinin bərKİiyindən (daha doğrusu möhKəmliyindən), mə'mulun və daşın xətti sür'ətlərindən, verişdən və götürülən qatın qalınlığından asılıdır.
Pardax dairəsinin bərKİiyi az (dənələrin rabitə qüvvə­si zəif) olarsa, dənələr tez qopub töKülür, həm daşın üzü­nün həndəsi forması çox tez itir, həm də məsarifi çoxalır. Dairənin bərKİiyi lazım olandan artıqdırsa, pardaxlamanı tez-tez dayandıraraq daşı itiləməK lazım gəlir.
Mə'mulun sür'ətini, verişi və Kəsmə dərinliyini artıranda həmçinin daşın çevrə sür'ətini azaldanda daş sür'ətlə yeyilir, əks təqdirdə isə daşın yeyilməsi azalır.
Pardax daşının bərKliyini seçməK üçün aşağıdaKi göstərişləri əsas qəbul etməK olar:

  1. yumşaq metallar üçün bərK daş, bərK metallar üçün yumşaq daş, çox yumşaq metallar üçün isə çox yumşaq daş işlədilməlidir;

  2. Kobud pardaxlama üçün bərK və təmiz pardaxlama üçün yumşaq dahdan istifadə olunmalıdır. Kobud və təmiz pardaxlama əməliyyatı bir daşla aparılmalıdırsa, daşın bərKliyi orta olmalıdır;

  3. fasonlu pardaxlamada, profili qorumaq məqsədilə, bərK daş işlətməK daha əlverişlidir;

  4. daşın metalla görüşən qövsü uzun olduqda (böyüK diametrli daxili və xarici silindrləri pardaxlarKən və dairənin yan üzü ilə işlərKən) yumşaq daşdan istifadə edilməlidir;

  5. pardaxlamanın eni çoxaldıqca, daşın yumşaqlığı artırılmalıdır;

  6. istiliyi az aparan naziK divarlı və içiboş mə'mullar yumşaq daşlarla pardaxlanmalıdır;

  7. fasiləli üzləri (məsələn, yuvalı valları) bərK dairələrlə pardaxlamaq lazımdır;

  8. soyutmasız pardaxlama üçün yumşaq dairələrdən istifadə olunmalıdır;

  9. az güclü dəzgahlarda yumşaq dairələrdən istifadə edilməlidir;

  10. məhsuldarlığı artırmaq üçün daşın yumşaqlığı artırılmalıdır (bu halda daş məsarifinin artmasını nəzərdə tutmaq lazımdır).

Pardax dairəsi, bərKliyindən başqa, abrazivin növü, yapışdırıcı maddənin növü, dənəvərliK və daxili quruluşlu (struKturu) ilə səciyyələnir (11.1-ci b, v,q şəKilləri). Bunların hamısını nəzərə alaraq dairəni seçməK üçün 11 a cədvəldən istifadə etməK lazımdır.
Pardaxlama, iş rejiminə görə əsasən üç növ olur:

  1. adi pardaxlama;

  2. sür'ətli pardaxlama və

  3. dərin pardaxlama.

Adi pardaxlama üçün dairənin çevrəvi sür'əti pardaxlamanın növündən (Kobud yaxud təmiz pardax- lamadan) və dairənin rabitə maddəsindən (KeramİKa, rezin və s.) asılı olaraq tə'min edilir.

Cədvəl 11 a



Məsələn, dairəvi üzləri KeramiKa daşları ilə pardaxlanarKən, çevrəvi sür'ət: a) çuqun üçün 18-25 m/san; b) poladı Kobud e'mal etməK üçün 25-30 m/san və s.) poladı təmiz e'mal etməK üçün 30-35 m/san olmalıdır.
Dairəvi üzləri vulKanit, baKelit dairələri və b.K. daşlarla pardaxlanarKən, çevrəvi sür'ət 35-50 m/san verilir.
Pardaxlama zamanı, mə'mulun hərəKəti veriş əmələ gətirir. Mə'mulun sür'əti əsasən tələb olunan təmizliKdən və pardaxlamanın rejimindən asılı olaraq tə'yin edilir.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə