Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə62/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
-Ma n istehsal texnologiyas [1]

Diyirləmə (vərdənələmə)
Diyirləmə ilə e'mal edilən üzü bir və ya bir neçə diyircəK vasitəsilə, təzyiq altında sıxlaşdırmaqdan (döyənəKləşdirməKdən) ibarətdir. Diyirləmə nəticəsində mə'mulun üzünün təmizliyi artır, üz qatı möhKəmlənir və üz qatında sıxılma gərgiKliyi əmələ gəlir.
Diyirləməni, plastiK metalları (yumşaq polad, tunc və s.) e'mal etməK üçün tətbiq edilir. Metallar başlıca olaraq Kəsgi ilə təmiz yonulduqdan sonra bu cür e'mal tətbiq olu­nur. Diyirləmə nəticəsində cilalanmış Kimi təmiz üz alınır.
Diyirləmə payının qalınlığı bundan qabaqKı əməliy­yatdan mə'mulun üzündə qalmış Kələ-Kötürlüyün yüK­səKliyi daxilində olmalıdır. Payın çox olması e'mal edilən üzün həndəsi formasının pozulmasına səbəb ola bilər. Məsələn, xarici silindriK üzü diyirləməK üçün mə'mulun üzündə 0,005-dən 0,02 mm-ə qədər pay saxlanılır.
Diyirləmə təzyiqinin artması metalın yorulma möhKəmliyinin, müəyyən həddə qədər əvvəl sür'ətlə, sonra isə yavaş artmasına səbəb olur (13.2-ci a şəkİL).


ŞəkİL 13.2. Diyirləmənin materiala tə'siri
və naxışlamanın növləri:
ab - diyirləmə əməliyyatında təzyiqin və verişin metalın
üzünün yorulma həddinə (a-yə) təsiri; ν, qd - müxtəlif
alətlərlə naxışlanmış hissələr

E'mal edilən üzün sıxlaşması və təmizliyi üçün diyircəyin verişinin böyÜK əhəmiyyəti vardır. KiçiK veriş böyÜK təmizliyə və çox sıxlaşmaya səbəb olur. Yorulma möhKəmliyini ən çox artıran veriş, diyircəKlə mə'mulun görüşdüyü cizginin yarısından artıq olmamalıdır. Metalın yorulma həddinin, verişdən asılı olaraq dəyişmə əyrisi 13.2-ci b şəKlində verilmişdir.
Bu proses üçün gedişlərin sayının da böyüK əhəmiyyəti vardır. Hər bir material və təzyiq üçün gedişin əlverşli sayı vardır.
Həddən artıq döyənəKləşdirmə üzün qat-qat olub dağılması ilə nəticələnir.
Diyirləmənin sür'əti 10-30 m/dəq olur. Məsələn, 90 mm diametrli val 30 m/dəq sür'ət, 1000 Kq təzyiq və 0,4-­0,8 mm/dövr uzununa verişlə diyirlənir.
Bu növ e'maldan fırlanan xarici (üstdiyirləmə), daxili üzləri (içdiyirləmə), fasonlu və düz üzləri, pillələrin başlarını, yivləri və s. tamamlamaq üçün istifadə olunur.
Diyirləmə prosesində mə'mulun üzü yağlanır.
Nəqşləmə
Nəqşləmə, mə'mulların üzərində düz, həlqəvi və spiral yuvalar əmələ gətirərKən, metalı Kəsmə prosesini əvəz edir. Nəqşləmə həm metalın üz qatının möhKəmliyini bir qədər artırır, həm də böyüK məhsuldarlıq verir. Məsə­lən, nəqşləmə ilə yiv açmanın, başqa üsullarla yiv açmağa nisbətən məhsuldarlığı on dəfələrlə artıq olur.
Nəqşləmə prosesində mə'mul, üzərində müvafiq şəKİl­li dişləri olan İkİ diyircəK (və ya pafta) arasında, təzyiq altında fırlanır. DiyircəKlər (alətlər) öz dişlərilə mə'mulun üzərində lazımi yuvaları basmalayırlar. Alətlərin dişinin KonstruKsiyasından asılı olaraq, yuvalar mə'mulun üzərin­də düz, spiral və həlqəvi alınır (13.2-ci v, q, ä şəKİlləri).
Maşın hissələrinin və alətlərin üzərində yuvaları bu üsulla əmələ gətirərKən yonqar əmələ gəlmir. Bunun nəticəsində metal xeyli az işlənir (qənaət olunur).

Qırma e'malı


Qırma e'malı mexanİKİ və termİK e'maldan Keçmiş hazır maşın hissələrinə tətbiq olunur.
Qırma ilə e'mal, diametri 0,4-dən 2 mm-ə qədər olan (polad, çuqun və ya düralüminium) qırmalar vasitəsilə əmələ gətirilir. Qırmanın bərKliyi mütləq mə'mulun bərKli­yindən çox olur. Qırma böyÜK (50-70 m/san) sür'ətlə mə'mulun üzünü bombalayır. Bunun nəticəsində mə'mulun üzü 0,15-3 mm dərinliyinə qədər plastiK deformasiyaya uğrayır, sıxlaşır, üz qatında sıxılma, alt qatlarında isə dartılma gərginliyi əmələ gəlir.
Deformasiya olunan qatın qalınlığı qırmanın iriliyindən və Keyfiyyətindən, onun hərəKət istiqamətindən və sür'ətindən, e'mal edilən üzün vahid sahəsinə düşən qırmanın miqdarından, prosesin davam etdiyi müddətdən və mə'mulun materialının xassələrindən asılıdır.
Kobud e'mal edilmiş üzü qırma ilə üflədiKdən sonra qabaqKı e'maldan qalan dişlər (Kələ-KötürlüK) itir. Onun əvəzinə mə'mulun üzündə xırda əziKlər əmələ gəlir kİ, bu da üzə müəyyən çopurluq (Kələ-KötürlüK) verir.
Qırma ilə e'mal üz qatının yorulma möhKəmliyini xeyli artırır. Bunu da qeyd etməK lazımdır kİ, qırma ilə e'mal istiqaməti dəyişən əyilmə və qısalmaya qarşı isə, gözə çarpan bir effeKt vermir. Bu hadisəni belə izah etməK olar Kİ, uzanma və sıxılmada gərginlİK metalın en Kəsiyinə müntəzəm yayılır, ona görə də üz qatı böyüK rol oynaya bilmir.
13 a cədvəldə, təcürbü yolla öyrənilmiş, 50 marKalı poladın yorulma möhKəmliyinə qırma ilə emmalın tə'-siri verilmişdir.
13.4 b cədvəldə, qırma ilə e'mal nəticəsində müxtəlif maşın hissələri ömrünün artması % ilə verilmişdir.
PraKtİKİ olaraq müəyyən edilmişdir Kİ, avtomobil mottoru qapaqlarının yayları qırma ilə e'mal edilərKən onların ömrü xeyli artır.
Dişli çarxlar işlərKən, ən çox gərginlİK dişlərin dibində əmələ gəlir. Təcrübə göstərir Kİ, dişlərin diblərinin qırma ilə e'malı onların işləmə müddətini İKİ qat artırır.
Cədvəl 13 a

Cədvəl 13 b

Bunlardan başqa ressorları, dirsəKli valları, sürgü qolunu və bir çox başqa maşın hissələrini qırma ilə e'mal edirlər.


ŞəkİL 13.3. Qırma və mərnəzdənqaçma Kürələr
vasitəsilə e'mal prosesi
ab - Konusvari çarxın və bölücü valın qırma ilə e’malı; v -qırmaatan aparatın sxemi; q - qırma ilə emmal etmə vaxtının yayın iş müddətinə tə’siri (absis üzrə - e’mal müddəti ordinat üzrə isə - iş tsİKİlərinin sayı götürülmüşdür); äe - mərKəzdənqaçan Kürələr vasitəsilə silindrİK üzün e’malı:

  1. alət; 2 - qabaq aşıq; 3 - boyunluq; 4 - mə’mul; 5 - Kürə



Prosesin davam müddəti alınan nəticəyə böyÜK tə'sir edir. Qırmanın üfləmə vaxtını artırdıqda materialın yorulma həddi əvvəl artır, müəyyən həddə çatdıqdan sonra dəyişmir və ya KəsKin surətdə azalır (13.4-cü q şəkİİ).
Qırma e'malı üçün əsasən İkİ növ aparatdan istifadə olunur. Birinci növ aparatlarda qırma 2-4 atm. sıxılmış havanın Köməyi ilə hərəKət edir (aparat qumaxını aparatı Kimi işləyir). İKİnci növ aparatlarda qırma mərKəzdənqaçma qüvvəsi tə'sirilə hərəKət edir (aparat sentrifuq prinsipilə işləyir).
13.4-cü v şəKİində İKİnci növ aparatın işləməsinin sxemi verilmişdir13.4-cü a şəKİində dairəvi miz üzərində yerləşdirilmiş Konusvari dişli çarx, 13.4-cü b şəKİində isə Konusvari səth üzərində düzülmüş ressorlar qırma ilə e'mal olunur.
MərKəzdənqaçma Kürə e'malı
MərKəzdənqaçan Kürə e'malı 1950-ci ildə mühəndis M.İ.Kuzmin təKİif etmişdir. Bu e'mal üsulunun sxemi 13.4- cü d şəKİində göstərilmişdir. Bu alət, çevrəsində Kürələr yendirilmiş dairədən ibarətdir. Kürələr radial istiqamətdə hərəKət edə bilir, İaKİn yuvasından çıxa bilmir. Aləti böyüK sür'ətlə fırlatdıqda Kürələr mə'mulun üzünə zərbə ilə dəyir (13.4-cü e şəkİİ).
Alətin çevrə sür'əti təxminən 25 m/san olur. Kürələrin zərbə qüvvəsi aşağıdaKı formulla tə'yin edilir:



Burada Q - Kürənin çəKİsi (adətən diametri 7-10 mm olan Kürələrdən istifadə edilir); g - ağırlıq qüvvəsinin tə'cili; n - alətin dövr sayı;

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə