Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə60/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
-Ma n istehsal texnologiyas [1]

İKİnci üsulla sürtməK üçün abrazivi qabaqcadan sürtücünün üzünə nəsb etməK lazım gəlir. Nəsbetmə prosesi polad vərdənə vasitəsilə aparılır. Bu proses elə aparılmalıdır Ki, abraziv dənələri əzilməsin, ancaq materiala girsin.
Yumşaq materialdan olan sürtücülər iri abraziv dənələrini daha yaxşı saxlaya bilir. Ona görə də, nisbətən Kobud, laKin çox məhsuldar sürtmə üçün sürtücünü qırmızı misdən, sürmədən və b.K. yumşaq materialdan hazırlayırlar.
Yüksək Keyfiyyətli üz əmələ gətirməK üçün, perlit çuqunundan olan sürtücüdən istifadə edilir.
Bu üsulla işlərKən sumbatadan, eleKtroKorunddan, silisium Karbidindən, bor Karbidindən və almaz tozundan abraziv materialı Kimi istifadə olunur. Bor Karbidi və b.K. abrazivlər çox bərK materialları, məsələn, bərK xəlitəni, almazı, şüşəni və başqa materialları sürtməK üçün iş­lənir.
İKİnci üsuldan başlıca olaraq ölçü aləti istehsalında istifadə edilir. Poladdan hazırlanmış və sulanmış alətləri bu üsulla sürtürlər.
Yağlamaq üçün birinci üsulda işlənən mayelərdən istifadə olunur.
Nəsb olunmamış sərbəst abrazivlə sürtməK üçün nisbətən yumşaq abraziv materiallar işlənir. Məsələn, polad və çuqun hissələri sürtməK üçün KroKus, Vyana əhəngi, xrom oKsidi və b.K. abrazivlərdən istifadə olunur.
Bu halda, sürtücünü poladdan hazırlayır və onu sula­yırlar.
İşləyən üzünün bərKliyini artırmaq üçün sürtücünü bə'zən hətta xromlayırlar.
Bu üsulla işlərKən, bir qayda olaraq, abraziv material nə mə'mulun, nə də sürtücünün üzünə nəsr olunmur, an­caq onların iKisinin arasında diyirlənərəK mə'mulun üzünü sürtür. Bu üsulla işlərKən, abraziv dənələri üzün dişləri üstündə xırda KəsiKlər əmələ gətirir. Bu KəsiKlər dişlərin (çıxıntıların) yavaş-yavaş ovxalanmasına səbəb olur. Nəticədə çıxıntılar azalır və e'mal edilən üz hamarlanır.
Polad və çuqun üçün, yağlayıcı maya olaraq, ən çox ağ neft, benzin, toluol, maşın yağı və s. işlənir.
Bu üsuldan geniş surətdə, Kürəli yataqlar istehsalın­da istifadə edilir.
Kimyəvi abraziv pastası vasitəsilə sürtərKən metalın üzündə mexaniKi-Kimyəvi proses gedir. Pastaya daxil olan turşuların tə'siri ilə, metalın üzündə fasiləsiz əmələ gələn, nisbətən yumşaq, oKsidləşmiş pərdəni abraziv dənələri sürtüb götürür. Belə proses çox sür'ətlə gedir və e'mal edilən üzə lazımi təmizliyi verir.
Belə proses üçün işlədilən DOİ (Dövlət optiK institutu) pastasını üç növünün tərKibi, 12 a cədvəldə göstərilmişdir (Komponentlər % ilə verilmişdir).
Bu pastaları adətən çubuq şəKİində buraxır və işlədərKən ağ neftdə həll edirlər.
DOİ pastası istehsalatda həm əl, həm də dəzgah sürt- məsi üçün geniş surətdə tətbiq olunur. Sürtmə əməliyatmı, payın miqdarından və tələb edilən təmizliKdən asılı olaraq, bir və ya bir-birinin dalınca 2-3 pasta ilə aparırlar.
Üzləri 2 və ya 3 pasta ilə sürtürKən, hər bir pastanın özünün sürtücüsü olmalı və ya hər pastadan sonra sürtücü yaxşı yuyulmalıdır. Əks təqdirdə, qabaqKı pastadan qalan abraziv dənələri e'mal edilən üzü cüzür.
Pasta ilə sürtməK üçün sürtücünü yuxarıda gös­tərilən materiallardan başqa, şüşədən də hazırlayırlar. Şüşə sürtücülərlə yüKsəK, təmizliK əldə etməK olar. Pasta ilə sürtmə ən təmiz və 1 mK-a qədər dəqiq üzü asanlıqla əmələ gətirməyə imKan verir.
Cədvəl 12 a


Cilalama
BöyüK sür'ətlə fırlanan elastiK dairənin üzünə yaxılmış çox xırdadənəvər abrazivlə aparılan tamamlama e'malına (sürtünməyə) cilalama deyilir.
Belə e'malda İkİ proses vardır: 1) böyüK sür'ətlərlə çox nazİK yonqar götürən Kəsmə prosesi (az miqdarda) və 2) yüKsəK dərəcədə istilİK, sürtünmə və sərbəst abrazivlər dənələrinin diyirlənməsi Köməyi ilə nazİK üz qatında əmələ gələn plastİK axma prosesi.
Üzün cilalanmamışdan qabaqKı təmizliyindən asılı olaraq, bir və ya bir neçə (3-ə və ya 4-ə qədər) cilalama tətbiq olunur. Üzü bir abrazivlə başlayaraq, ən xırda dənəvərlİKli abrazivlə qurtarırlar. Çox yüKsəK təmizliK tələb olunan halda axırıncı cilalama üçün dənəvərliyi 300- dən 500-ə qədər olan abrazivdən istifadə olunur.
Cilalama - pardaxlamadan, təmiz yonmadan və böyüK Kələ-KötürlüK yaratmayan bu Kimi əməliyatlardan sonra tətbiq olunur. Ştamplanmış, soyuq yayılmış və b.K. Kobud e'mal edilmiş hissələri də üzünə iri abariziv yapışdırılmış qayış dairələrlə cilalamaq olur.
Cilalama ancaq yÜKSəK təmizlİK əldə etməK üçün tətbiq edilir. Rəngli metallardan və paslanmayan poladdan hazırlanan, üzü niKel, xrom, gümüş və b.K. metallarla örtülən, hissələrə bəzəK verməK üçün bu növ e'mal geniş surətdə tətbiq olunur.
Cilalamaq üçün aşağıdaKi abraziv materiallarından istifadə edilir: 1) polad üçün - eleKtroKorund və dəmir oKsidi; 2) çuqun üçün - silisium Karbidi və dəmir oKsidi; 3) alüminium, mis və düralüminium üçün - sumbata və xrom oKsidi işlənir. Zərif cilalama üçün abraziv pastalarından istifadə edilir.
Cilalama dairələri bir neçə növ olur:

  1. ağacdan hazırlanmış;

  2. parusin, dəri və ya Keçə parçalarından yapışdırılmış

  3. dəri, parusin və ya Keçədən preslənmiş

  4. parça dairələrdən tiKilmiş dairələr və s.

Ağacdan, parusindən, dəridən və ya Keçədən
yapışdırılmış dairələrdən başlıca olaraq Kobud cilalama üçün, preslənmiş və parçadan tiKilmiş dairələrdən isə tamamlayıcı cilalama üçün istifadə edilir.
Cilalama dairəsinin çevrə sür'əti 35-38 m/san olur. Daha böyüK sür'ət daha yaxşı nəticə verir. LaKin çox yüK­sək sür'ətlərdə yüKsəK istiliK dərəcəsi və mərKəzdənqaçma qüvvəsinin tə'siri altında abraziv dənləri və yağ dairənin üzündə dayanmır. Ona görə də daha yüKsəK sür'ətlərdə işləmirlər.
Cilalanan mə'mul əldə tutulur və ya dəzgaha bağlanır.
Mə'mul dəzgaha bağlanmış olan halda, mexaniKi veriş sür'əti e'mal olunan materialın növündən, tələb olunan təmizliKdən, abraziv dənəvərliyindən və cilalama dairəsinin növündən asılı olaraq tə'yin edilir. Məsələn, paslanmayan polad üçün veriş sür'əti 4,5 m/dəq-yə qədər, sinK üçün isə 60 m/dəq-yə qədər olur.
Xüsusi cilalama dəzgahlarında, cilalama dairəsinin fırlanmadan başqa, öz oxu istiqamətində KiçiK boylu və yüKsəK tezliKli titrəmə hərəKəti də vardır. Bu hərəKət, e'mal edilən üzdə arbaziv dənələrinin buraxdığı cizgiləri çarpazlaşdırmaq və bununla da onları itirməK üçündür.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə