Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə57/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   63
-Ma n istehsal texnologiyas [1]

Vm - e'mal edilən üzün çevrəvi sür'əti, m/dəq ilə;
Vd - dairənin çevrə sür'əti, m/san ilə; m - dairənin vahid uzunluğunda olan dənlərin sayı; t - pardaxlamanın dərinliyi;
DdDm - dairənin və mə'mulun diametridir, mm ilə.
Bu formuldan görünür Ki, pardaxlamanın dərinliyi (t) yonqarın qalınlığına çox az tə'sir edir.
Pardaxlamanın dərinliyi böyüK olan halda, xüsusən pardaxlama xırda dənəvər dairə ilə aparılarsa, dairənin üzü çox tez çirKlənir (dənələrin arasına metal tozu dolur). Bundan başqa, təcrübə göstərir Ki, böyüK dərinliKlə pardaxlarKən, e'mal edilən üzdə xırda çatdaqlar əmələ gəlməK ehtimalı çoxdur. Buna görə də mə'mulun materialı və e'mal edilən üzdən tələb olunan Keyfiyyət, artırılmış dərinliKlə pardaxlamaq imKanı vermirsə, məhsuldarlığı mə'mulun fırlanma sür'ətinin və uzununa verişin hesabına artırmaq lazımdır.
Təmiz pardaxlamanın payı az olduğu üçün artırılmış dərinliKlə işləməK mümKün olmur. Bundan başqa, təmiz pardaxlanan üzdən daha yüKsəK Keyfiyyət tələb olunduğu üçün sür'ətli təmiz pardaxlamanın məhsuldarlığını mə'mulun fırlanma sür'ətinin və ona müvafiq verişinin hesabına artırmaq məsləhət görülür.
Sür'ətli pardaxlama nəticəsində, habelə adi par­daxlama prosesində əməliyyatın dəqiqliyinə tə'sir edən əsas amillərdən biri də dəzgahın qızmasıdır. Qızma nəticəsində dəzgahda əmələ gələn dəqiqliK xətaları başqa amillərin törətdiyi xətalardan bir neçə dəfə böyüK ola bilər. Təcrübə göstərir Ki, qızmanın istiliyi tə'sirilə dairənin şpindeli millimetrin yüzdə birləri, hətta onda birləri qədər yerini dəyişir. Məsələn, ZA-182 modelli dəzgahda aparılan tədqi­qatlar göstərir Ki, dəzgahın qızması nəticəsində pardax dairəsinin oxu öz yerini, mə'mulun oxuna nisbətən, 0,1 mm dəyişir.
AvtomatiK tsiKl ilə işləyən pardax dəzgahlarında qız­manın daha böyüK əhəmiyyəti vardır. Ona görə də yüKsəK dəqiqlİK lazım olan hallarda, ancaq dəzgah qismən və ya tamam qızdıqdan (1-4 saat boş işlədİKdən) sonra dəzgahı sazlamaq və mə'mulları pardaxlamaq daha məsləhətdir.
Sür'ətli pardaxlamanın tətbiqini hal-hazırda məh­dudlaşdıran səbəblərdən biri sür'ətli pardaxlama dairəsinin lazımi qədər (miqdarda) olmamasıdır. Sür'ətli pardaxlama, böyÜK çevrə sür'ətinə davam gətirən, xüsusi pardax dairəsilə aparılır. Belə dairələr hal-hazırda çox azdır.
KiçiK diametrli deşiKləri də sür'ətlə pardaxlamaq çətin olur. Diametri 100 mm-dən az olan deşiKləri pardaxlarKən şpindelin dövr sayını dəqiqədə 24000-ə qədər artırmaq lazım gəlir. Belə hallarda eleKtroşpindeldən istifadə olunur. EleKtroşpindelin rotoru eyni zamanda val vəzifəsini daşıyır. Dəqiqədə 18000 dövr edən eleKtroşpindel, 220 V gərginliKli, 12 a qüvvəli və 300 herts tezliKli cərəyan verən xüsusi generator vasitəsilə işləyir. Belə generatorlar təcrübədə özünü çox yaxşı göstərir.
Sür'ətli pardaxlamanın bir sıra zavodlarda tətbiq olunması göstərir Ki, adi pardaxlamadan sür'ətli pardax- lamaya KeçməK böyüK iqtisadi effeKt verir.
Maşın hissələrinin çoxunun mexaniKi e'mal texnolo­giyasında pardaxlama əməliyyatına rast gəlinir. Pardax­lama maşın hissələrinin bütün həndəsi formalarına tətbiq edilir. Pardaxlama həm xam, həm də sulanmış materialları e'mal etməK üçün tətbiq olunur.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə