Mühazirə mövzuları I həftə


XIV həftə İşgil birləşmələrinin müsaidə və oturmaları



Yüklə 1,33 Mb.
səhifə30/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   32
C fakepathMuhazir

XIV həftə
İşgil birləşmələrinin müsaidə və oturmaları

Oymaqların, şkiflərin, muftaların və başqa bu növ maşın hissələrinin vallarla birləşərək burucu momenti ötürməsi üçün işgildən istifadə edilir. Prizmatik, seqmentvarı və pazvarı işgillər standartlaşdırılıb. Əsasən işgillər 2 tipə bölünür:


a) gərilməsiz prizmatik və seqmentvarı işgillər;
b) gərilməli pazvarı işgillər.
Daha çox I tip birləşmələrdən istifadə olunur.
Prizmatik işgillərdən istifadə etdikdə, qovuşan elementlərin daha dəqiq mərkəzləşdirilməsi və hərəkətsiz birləşmə (adi prizmatik işgillərdən istifadə etdikdə) ilə yanaşı, sürüşkən birləşmələrin alınması da mümkündür.
Pazvarı işgillərdən ancaq hərəkətsiz birləşmələrdə istifadə edilir (şək.4.11).
Maşınqayırmada ən çox prizmatik işgillər tətbiq edilir. Prizmatik işgillərin ölçüləri, müsaidələri və oturmaları QOST 23360 – 78 standartında verilmişdir.
Prizmatik işgilli müxtəlif oturmaların alınması üçün, işgilin eni – b, valın və oymağın yuvalarının eninin müsaidə sahələri müəyyən edilir.
İşgilin eni üçün h9 müsaidə sahəsi müəyyən edilib ki, (işgilin hündürlüyü üçün h11, uzunluğu üçün h14) bu da oturmanın növündən asılı olmayaraq onları mərkəzləşdirilmiş hazırlanmasını təmin edir.
İşgil oturması müsaidənin xarakterindən asılıdır. İşgil yuvasının eni və hündürlüyünün val və oymaqdakı hədd meyli şəkil 4.12-nə uyğun olmalıdır.
İşgil birləşməsinin aşağıdakı 3 tipi vardır: sərbəst, normal və kip (şək.4.12).
Sərbəst birləşmələr üçün valın yuvası H9, oymağın yuvası isə D10 müsaidə sahələri üzrə hazırlanır ki, bu da araboşluqla oturma verir.


Şəkil 4.11. Prizmatik işgil birləşməsinin
əsas elementləri



Şəkil 4.12. İşgil birləşmələrinin müsaidə
sahələrinin yerləşmə sxemi:
I – sərbəst birləşmə; II – normal birləşmə;
III – kip birləşmə

Normal birləşmələr uyğun olaraq N9 və 9 müsaidə sahələri üzrə, kip birləşmələrdə isə həm valın, həm də oymağın yuvaları P9 müsaidə sahəsi üzrə hazırlanır.


Bu birləşmələrin müsaidə sahəsi 4.3 cədvəlində verilib.
Bunlardan başqa, standart üzrə aşağıdakı ölçülər xüsusiləşdirilib: oymaq və valın pazlarının dərinliyi – H12; işgilin uzunluğu – h14; yuvanın uzunluğu – H15 müsaidə sahəsi üzrə hazırlanır.
İşgillərin uzunluğu 6 500 mm-dək dəyişə bilər.
Məsələ. Prizmatik işgilli birləşmə üçün oturması normal, diametri 32 mm, işgilin uzunluğu l = 80 mm olarsa, ölçüləri təyin etməli və müsaidə sahələrini qurmalı.
Həlli: 1. İşgil birləşməsinin elementlərinin ölçülərini QOST 23360 – 78 üzrə təyin edirik. b = 10 mm, h = 8 mm, t = 5 mm, t1 = 3,3 mm, l = 80 mm.
2. DST 25347-82 üzrə sərbəst ölçülərin müsaidələrini təyin edirik:
işgilin hündürlüyü h = 8h11 mm;
valdakı yuvanın dərinliyi t = 5H12 mm;
oymaqdakı yuvanın dərinliyi t = 3,3H12 mm;
işgilin uzunluğu l = 80h14 mm;
valdakı yuvanın uzunluğu – 80H15;
oymaqdakı yuvanın uunluğu – 80H15.
3. Cədvəl (DST 23360-78) üzrə val, oymaqdakı yuvaların və işgilin b eninin müsaidələrini təyin edirik:
işgilin eni b = 10h9 = 10-0,033
valdakı yuvanın eni b – 10N9 = 10-0,036
oymaqdakı yuvanın eni b – 10Js9 = 10+0,018
4. Müsaidə sahələrinin yerləşmə sxeminin qurulması üçün şəkil 6.5-dən istifadə etməli.
5. İşgil birləşməsinin yığım cizgisində bütün nominal ölçüləri və müsaidələri göstərilməlidir.
Seriyalı və külli istehsalda işgil birləşməsinin elementləri hədli kalibrlər; yuvanın eni – b ölçüsü lövhəciklər; deşikdə olan yuvanın dərinliyi, yəni ölçüsü kalibr – tıxac; valdakı yuvanın dərinliyi – t ölçüsü oymaqda olan mil; deşikdə olan yuvanın oxa nəzərən simmetrikliyi işgilli tıxac; valdakı yuva isə nəzarət mili olan prizma vasitəsilə yoxlanır.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə