MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


MÜHAZİRƏ MÖVZUSU: İQTİSADİ SİSTEM VƏ ONUN FORMALAŞMASI



Yüklə 362,16 Kb.
səhifə7/66
tarix29.11.2023
ölçüsü362,16 Kb.
#139195
1   2   3   4   5   6   7   8   9   10   ...   66
M haziR M vzusu I QT sadi N Z R YY N n predmeti V metodu. P

MÜHAZİRƏ MÖVZUSU: İQTİSADİ SİSTEM VƏ ONUN FORMALAŞMASI.
MÜLKİYYƏT. MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ


P l a n:
1. İqtisadi sistem və onun formalaşması prinsipləri.
2. İqtisadi resurslar və onların tərkibi.
3. Mülkiyyət münasibətlərinin məzmunu və onun haqqında baxışlar.
4. Mülkiyyətin obyekti və subyekti.
5. Mülkiyyətin formaları və onların təsnifatı.
6. Mülkiyyət formalarında sahibolma, istifadəetmə və
sərəncamvermə. Milliləşdirmə və özəlləşdirmə.

Ədəbiyyat:

  1. Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət proqramı. Qanunvericilikaktı. Bakı, 29 sentyabr 1995-ci il.

  2. Dövlət müəssisələri əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu, 1996.

  3. A.Ə.Əliyev, A.Şəkərəliyev. Bazar iqtisadiyyatına keçid: Dövlətin iqtisadi siyasəti. Bakı, 2002.

  4. İ.Kərimli. Milli iqtisadiyyatın əsasları. Dərs vəsaitin. Bakı, 2010.

  5. M.T.Əliyev. Azərbaycan iqtisadiyyatı. Bakı, 1997.

  6. İqtisadi nəzəriyyə. Dərsliklər. Bakı 2001-2014.



1. İqtisadi sistem və onun formalaşması prinsipləri.
İQTİSADİ SİSTEM – iqtisadiyyatın başlıca probleminin həllinin təşkili və idarə olunmasına, mövcud resurslardan istifadə olunması səviyyəsinə, həmçinin cəmiyyət və onun üzvlərinin tələbatlarının ödənilməsinə görə bir-birindən fərqlənən iqtisadi şərtlərin və amillərin məcmusudur.
İqtisadi sistemə istehsalın təbii resurslarını maddi nemətlərə çevirən material - əşya amillərinin, işçi və istehsal vasitələrinin qarşılıqlı əlaqədə olduğu bütün – ictimai istehsal daxil olmaqla, maddi nemətlərin sonrakı mübadilə, bölgü və istehlak prosesini də əhatə edir.
İnsan fəaliyyəti özbaşına deyil, məhz müəyyən məqsədlərin həyata keçirilməsi şəraitində baş verir. Adamların yeməyə, geyinməyə, istirahət etməyə və s. tələbatlarının ödənilməsi ilə bağlı fəaliyyətləri onları istehlak etmək naminə istehsal etməyə məcbur edir. Bu məcburiyyət həm də tələbatların ödənilməsi naminə məhdud resurslardan istifadə etmək nəticəsindən meydana gəlir və beləliklə də istehsal prosesi formalaşır. İstehsal prosesi sərvət və nemətlərin yaradılmasının zəruri şərtidir.
İstehsal prosesinin subyektiv və obyektiv amilləri olub insan tələbatının ödənilməsinə yönəldilən iqtisadi resursların məcmusu məhsuldar qüvvələr adlanır. Məhsuldar qüvvələrin tərkibinə daxil olan işçi qüvvəsi öz yaradıcılığı və qabiliyyəti ilə təbii və kapital ünsürlərini tələbata uyğun formaya salır və sərvət yaradır. Məhsuldar qüvvələr iqtisadi sistemin maddi-texniki və subyektiv əsasını təşkil edir.
Məhsuldar qüvvələrin inkişafından asılı olaraq insanlar istək və arzularından asılı olmayaraq istehsal prosesində müəyyən münasibətlərə girirlər. Bu münasibətlər iqtisadi xarakter daşıyaraq təşkilati – iqtisadi sə sosial-iqtisadi formada olurlar. Təşkilati-iqtisadi münasibətlər, istehsalın ictimailəşmə səviyyəsini əks etdirməklə, əməyin təşkili, bölgüsü və ixtisaslaşdırılması prosesində ictehsalın texnoloji imkanlarından irəli gələn münasibətləri özündə birləşdirir.
İqtisadi sistemlər bir-birindən həm təşkilati-iqtisadi münasibətlərə və həm də sosial-iqtisadi münasibətlərə görə bir-birindən fərqlənirlər. Mülkiyyət münasibətləri iqtisadi sistemin məzmunuma daxildir və onun əsasını təşkil edir. İstehsal münasibətləri iqtisadi sistemin ictimai təşkili formasını ifadə edir.
İqtisadi sistemin məzmununa daxil olan tərkib ünsürlərindən biri də təsərrüfat mexanizmidir. Bu mexanizm iqtisadi sistemi hərəkətə gətirən və tənzimləyən funksiya icra edir. Beləliklə, iqtisadi sistem – mövcud cəmiyyətin məhsuldar qüvvələri, istehsal (iqtisadi) münasibətləri və təsərrüfat mexanizmini özündə birləşdirən vahid bir sistemdir. Bu əslində milli ictimai məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı sistemidir. Müxtəlif iqtisadi sistemlər onların məzmununa daxil olan tərəflərin yenilik səviyyəsinə, qarşılıqlı əlaqələrinin spesifikliyinə və təşkili formalarına görə fərqlənirlər. Bu iqtisadi sistemlərin əsasını təşkil edən mülkiyyət formalarından və onları hərəkətə gətirən idarəetmə, təsərrüfatçılıq mexanizlərindən əmələ gələn fərqlərdir.
İqtisadi sistemin bütövlükdə əsasını əmək, əmək münasibətləri təşkil edir. Cəmiyyətin inkişafı ilə əmək iqtisadi sistemi möhkəmlənməsində həlledici rol oynayır və əslində iqtisadi münasibətləri özü son mənada əmək münasibətləridir.
Bununla yanaşı özü ictimai əmək bölgüsü əsasında bütövlük təşkil edir. Əməyəin ictimai bölgüsü ilə təkcə ayrı-ayrı fərdlərin, qrupların ixtisaslaşma səviyyəsi inkişaf etmir, həm də onların qarşılıqlı əlaqələri güclənir. Əmək bölgüsü vasitəsilə bir tam kimi götürülən, məcmu işçi yaranır. Əmək məhsulu ayrı-ayrı fərdlərin məhsulundan ictimai, məcmu işçinin əməyinin məhsuluna çevrilir. Deməli, ictimai əmək bölgüsü iqtisadi proseslərin ən vacib sistem yaradıcı amilidir.
İctimai əmək bölgüsü tamlığına qarşı digər tamlıq – ictimai tələbatlar sistemi durur. Tarixən əmək bölgüsü prosesi tələbatların və istehsal şərtlərinin differensiasiyası əsasında baş verir. Burada iki sistemin: əmək bölgüsü və tələbatlar sisteminin qarşılıqlı təsiri yaranır və onların hər biri öz inkişaf qanunauyğunluqlarına malik olur. Daima inkişaf edən, genişlənən əmək növü, istehsal növü sisteminə daima genişlənən və getdikcə daha zəngin tələbatlar sistemi uyğun olur.
Cəmiyyət inkişaf etdikcə tələbatlar istisadi sistemin formalaşması və fəaliyyət göstərməsində daha əhəmiyyətli rol oynamağa başlayır. Tələbatlar insanların istehsal fəaliyyətini stimullaşdırır, onları yeni istehsal sahələri, yeni əmək növləri yaratmağa sövq edir. İctimai məhsulun hərəkəti istehsal münasibətlərinin forması kimi çıxış edir. Mülkiyyət ictimai əmək bölgüsü ilə əlaqədə inkişaf edir, ona əsaslanır və müxtəlif formalarda meydana çıxır ki, bu da müxtəlif iqtisadi sistemin olmasını şərtləndirir.
Tarixən özünün sosial-iqtisadi məzmunu, məqsədi, hərəkətverici qüvvələri və tənzim olunma sistemindəki xüsusiyyətlərinə görə fərqlənən üç iqtisadi sistem mövcud olmuşdur: natural iqtisadiyyat, bazar iqtisadiyyatı və mərkəzdən planlı idarə olunan iqtisadiyyat. Hər bir xalq özünün yaşadığı dövrün xüsusiyyətlərini, məhsuldar qüvvələrinin inkişaf səviyyəsini, potensial imkanlarını, siyasi sistemin tarixi ənənələrini, milli xüsusiyyətlərini və digər amilləri nəzərə almaqla mövcud iqtisadi sistemlərdən birini, ya bazar iqtisadiyyatını və yaxud mərkəzdən planlı idarə olunan iqtisadi sistemi seçib formalaşdıra bilər.
Bütün bu deyilənlər Azərbaycana da aiddir və dövlət müstəqilliyi əldə etmiş Azərbaycan Respublikası da özünün yaşaya bilməsinin möhkəm əsası olan iqtisadi sistemi seçib formalaşdırmasıdır.
İqtisadi sistemin formaları.
İqtisadi sistemin mahiyyətini aydınlaşdırdıqdan sonra, onun keyfiyyət halını əks etdirən iqtisadi proseslərin məcmusunu şərh etmək məqsədəuyğundur. Bu baxımdan iqtisadi sistemin formalarını, ayrı-ayrı aydınlaşdırmaq yerinə düşər.
Ümumiyyətlə, iqtisadi sistemin bəşəriyyətin tarixi inkişaf prosesinə uyğun olaraq, ayrı-ayrı mərhələlərdə malik olduğu sərvət və maddi nemətlərin istehsalı, bölgüsü və mübadiləsi sahəsindəki iqtisadi münasibətlər, eyni zamanda onların təşkili müxtəlif formalarda həyata keçirilmişdir. Bu baxımdan iqtisadi sistemin bazar, inzibati, ənənəvi və qarışıq formalarını qeyd edə bilərik. iqtisadi sistemin bu və ya digər formasına uyğun olaraq ayrı-ayrı ölkələrdə onların müxtəlif modelləri həyata keçirilmişdir.

Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə