MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n



Yüklə 362,16 Kb.
səhifə9/66
tarix29.11.2023
ölçüsü362,16 Kb.
#139195
1   ...   5   6   7   8   9   10   11   12   ...   66
M haziR M vzusu I QT sadi N Z R YY N n predmeti V metodu. P

İnzibati-amirlik sistemi. İnsanlara gələcəkdə yüksək rifah halının təmin olunmasını elan edən, lakin praktiki olaraq onun həyata keçirilməsi olduqca çətin və mürəkkəb proses olan inzibati-amirlik sisteminin meydana gəlməsi öz başlanğıcını marksizm nəzəriyyəsindən götürür. Bu nəzəriyyə əsasında cəmiyyətin iqtisadi tərəqqisi məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətlərin aradan götürülməsi nəticəsində baş verəcəyi və bir formasiyanın digəri ilə əvəz olunmasına gətirib çıxaracağı dururdu. Lakin marksist nəzəriyyədə kapitalizmin inkişaf mərhələləri onun ilkin pillələrindən nəzərdən keçirildiyindən və daxili ziddiyyətlərinin həll olunmasındakı tədrici və keçici proses nəzərə alınmadığından, onun inqilabi yolla dəyişəcəyi labüdlüyü ideyası irəli sürülmüşdür. Bu sistem keçmiş SSRİ-də, Şərqi, Avropa ölkələrində, hal-hazırda Kubada və bir sıra Asiya dövlətlərində fəaliyyət göstərir. Bu da yalnız istehsal münasibətlərinin zahiri öyrənilməsinə və iqtisadi münasibətlərdə baş verən köklü dəyişikliklərin kənarda qalmasına səbəb olmuşdur. Düzdür marksistlər cəmiyyətdə ədalətli iqtisadi proseslərin gedişatının tərəfdarı idilər. Hamının cəmiyyətdəki resurslardan istifadədə bərabər və ədalətli mövqedə durmalarını israr edirdilər. Lakin resursların bölgüsündəki sərt inzibatçılıq ədalətsizliyə gətirib çıxarmış və cəmiyyətdə baş verəcək ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olmuşdur. Eyni zamanda iqtisadiyyatın idarə olunmasındakı inzibatçılıq təkrar istehsal fazaları arasındakı əlaqəni, mülkiyyət hüququnu tamamilə pozmuşdur.
Beləliklə, bütünlükdə iqtisadiyyata aid edilən problemlər, istər resursların bölgüsü və istifadəsi sahəsində olsun, istər istehsalın strukturu, onun proporsiyaları, təşkil olunması sahəsində olsun, bütün məsələlər mərkəzləşdirilmiş plan orqanları tərəfindən müəyyənləşdirilir. Belə ki, istehsalın həcmi, onun resurs təminatı, hazır məhsulların reallaşdırılmasını plan orqanları həyata keçirir. Bütün istehsal istehlakçının mövqeyindən deyil, istehsal vasitələrinin üstünlüyünün nəzərə alınması baxımından planlaşdırılırdı.
İnzibati-amirlik sisteminin xarakterik xüsusiyyətləri, birincisi, ondan ibarətdir ki, ictimai mülkiyyət adı altında bütünlüklə o, dövlət mülkiyyətindədir. Faktiki olaraq iqtisadi resursların hamısı sırf dövlətin nəzarətinə və inhisarına keçir. İkincisi, təsərrüfat mexanizmi kimi mərkəzləşdirilmiş iqtisadi planlaşdırmanın ön mövqedə durmasıdır. Üçüncüsü, bütün yaradılmış nemətlər, regional xüsusiyyət nəzərə alınmadan bərabər bölgü adı altında bərabərləşdirici şəkildə bölünür. Dördüncüsü, iqtisadi aktivliyin yüksəldilməsinə və şəxsi mənafeyin reallaşmasına şərait yaradılmır. Beşincisi, bütövlükdə iqtisadi resurslar hərbi sənaye kompleksinin tələbatı istiqamətində istifadə olunur.
Qarışıq sistem. Artıq qeyd etdiyimiz kimi iqtisadi resurslardan istifadə olunması və seçilməsində eyni zamanda insanların təsərrüfat fəaliyyətinin əlaqələndirilməsində bazar və inzibati sistemlər çıxış edir. Lakin göstərməliyik ki, bu sistemlər sırf xalis formada özlərini əks etdirmirlər. Belə ki, əgər azad iqtisadiyyatda şəxsiyyət öz şəxsi mənafelərini rəhbər tutaraq çıxış edir, lakin mərkəzləşdirilmiş iqtisadiyyatda şəxsi mənafeyin fəaliyyəti məhdud çərçivədədir. O cümlədən, resursların və gəlirlərin bölgüsü müxtəlif səviyyəli sərbəstlik və məhdudiyyətlərlə həyata keçirilir. Ona görə də yaranan çətinliklərin aradan götürülməsi və iqtisadi problemlərin həyata keçirilməsi üçün qarışıq sistemdən istifadə edilir. Qarışıq sistemdə iqtisadi fəaliyyətlərin əlaqələndirilməsində dövlət əsas, müəyyənedici rol oynayır. Bazar sistemli ölkələrdə dövlətlə ayrı-ayrı sərbəst təsərrüfat subyektləri arasındakı əlaqə səmərəli şəkildə özünü əks etdirirsə, inzibati sistemdə isə bu tamamilə əksinədir. Çünki iqtisadi mühit, müxtəlif iqtisadi məsələlər əsasında formalaşır.
Hər halda bir ümumi cəhəti qeyd etməliyik ki, iqtisadi sistemlər əsasən sərbəst bazar tipi ilə inzibati sistemin arasında fəaliyyət göstərir. Ona görə də qarışıq sistem, iqtisadiyyatın başlıca probleminin həlli, dövlətlə xüsusi bölmənin qarşılıqlı təsiri vasitəsilə həyata keçirilir.
Dövlət xüsusi sektorun sabit artımının təmin olunmasında aktiv rol oynamaqla, istehsalın və xidmətin müəyyən hissəsi vergilər, güzəştlərin verilməsi yolu ilə idarə edilir. Eyni zamanda dövlət fəardlərin öz şəxsi mənafelərini əsas tutmaq dərəcəsini müəyyən edir. Aydındır ki, şəxsi mənafe heç də ölkənin hərbi potensialını, hüquq-mühafizə orqanlarının işini və s. müəyyənləşdirə bilməz. Digər tərəfdən milli mənafeyə xidmət edən strateji sahələrin inkişafına yalnız dövlət səviyyəsində təminat yaratmaq olar.
Bütün bu deyilənlərlə əlaqədar olaraq demək lazımdır ki, dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyata malikdir. Onların bir qismi sərbəst bazar iqtisadiyyatına, digər qismi isə inzibati sistemə daha çox yaxındır. Bəzi ölkələrin iqtisadiyyatı isə daha çox sahibkarlıq iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Qarışıq iqtisadi sistemlə sahibkarlıq iqtisadiyyatına üstün təminat verilməsi ölkə iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə ədalətin təmin olunmasına imkan yaradır. Azərbaycan iqtisadiyyatının belə inkişaf yoluna qədəm qoyması sosial yönümlü bazara keçidlə sahibkarlıq iqtisadiyyatının inkişafına səbəb ola bilər.
Qarışıq iqtisad sistemdə resursların bölgüsü müxtəlif şəkildə həyata keçirilir. İnzibati sistemdə resursların bölgüsündə mərkəzi plan orqanları, bazar sisteminin sərbəst tipinə resursların bölgüsündə xüsusi sahibkarlar iştirak edir. Qarışıq iqtisadi sistemdə xüsusi sahibkarlar, qismən də dövlət iştirak edir. Belə şəraitdə dövlətin rolu bazar mühitinin sabit şəkildə fəaliyyət göstərməsinə xidmət edir. Qarışıq iqtisadi sistemin spesifik xüsusiyyəti ondan ibarətdir ki, iqtisadiyyat nə özü-özünə tənzimlənir, nə də ki, mərkəzləşdirilmiş formada həyata keçirilir. Lakin əsas məqsəd iqtisadi fəaliyyətin təşkili və əlaqələndirilməsi üçün stabilliyin yaradılması və gəlirlərin yenidən bölgüsünün həyata keçirilməsidir.

Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə