Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə29/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   118
ANİ muhazire konspekti
az d ksq 5
idarə etmək

  mümkün olsun.

  

Ümumi  halda  keyfiyyət  göstəricisinin  avtomobilin  yürüşündən  (xidmət  müddətindən)  asılı 



olaraq dəyişmə qanunauyğunu nəzərdən keçirək (şəkil 1.2.). 

 

 



Рис. Схема изменения показателя качества во времени: 

   1-  начальное  значение  показателя  качества;  2-  изменение  показателя  качества  во 

времени; 3- реализуемый показателя качества ; 4- влияние технической эксплуатации  на 

изменение  показателя  качества;  5  -  реализуемый  показателя  качества  с  учетом  влияния 

технической эксплуатации   

 



16 

 

 



Şəkil . Keyfıyyət göstəricisinin (P) avtomobilin işləmə müddətindən 

və ya yürüşündən 



(t, l) 

asılı olaraq dəyişmə qanunauyğunluğu 

 

I - keyfiyyət göstəricisinin başlanğıc qiymətinin (A nöqtəsi) dəyişmə dinamikası; 



II - istehsal zamanı yerinə yetirilən tədbirlərin hesabına yüksəldilmiş keyfiyyət göstəricisinin 

(B nöqtəsi) dəyişmə dinamikası;  

III-  istehsal  və  istismar  zamanı  görülən  tədbirlərin  hesabına  yüksəldilmiş  keyfiyyət 

göstəricisinin dəyişmə dinamikası.  

     Qrafikdən  göründüyü  kimi  birinci  halda  (I  əyrisi)  avtomobil  başlanğıc  keyfiyyət 

göstəricisinə  malikdir  (A  nöqtəsi).  Bu  göstərici  istismar  müddəti  artdıqca  azalır.  Avtomobilin 

yürüşü çox olduqca keyfiyyət göstəricisinin orta qiyməti də bir o qədər aşağı düşür (

1

I

-də 1, 

2

I

-

də  2).  Deməli,  keyfiyyət  göstəricisinin  reallaşdırılan  qiyməti  onun  başlanğıc  qiymətindən  asılı 



olaraq  təyin  edilir.  Buna  görə  göstəricinin  başlanğıc  qiymətinin  yüksək  olması  xüsusi 

əhəmiyyətə  malikdir.  Məsələnin  bu  tərəfini  istehsalçılar  avtomobilin  konstruksiyasında 

təkmilləşdirmə tədbirlərini həyata keçirməklə həll edirlər. Beləiklə, keyfiyyət göstəricisinin həm 

başlanğıc (B nöqtəsi, II əyrisi) həm də orta qiyməti yüksəlir. 

      Lakin  avtomobilin  keyfiyyət  göstəricisinə ancaq istehsalçılar deyil, istismarçılar da təsir 

göstərə bilirlər. Burada  keyfiyyətin  yüksəldilməsi  üçün təsir kanallarının  miqdarı daha  çoxdur: 

yüksək  keyfiyyətli  istismar  materiallarından,  ixtisaslı  fəhlə  qüvvəsindən,  avtomobillərin 

müəssisə ərazisində səmərəli saxlama üsulundan istifadə etmək, hərəkət tərkibinin idarə edilmə, 

TQ və CT üsullarını təkmilləşdirmək, texniki təsirlərin yerinə yetirilmə keyfiyyətini yüksəltmək 

və  s.  yollarla  keyfiyyət  göstəricilərini  yaxşılaşdırmaq  mümkündür  (III  əyrisi).  Keyfiyyət 

göstəricilərini  həmçinin  istehsalat  bazasını  qabaqcıl  texnika  və  müasir  texnologiya  əsasında 

qurmaqla, müəssisənin texniki təchizat məsələlərini yaxşılaşdırmaqla da yüksəltmək olur. 

    İstismar  amillərinin  avtomobilin  keyfiyyət  göstəricilərinə  təsirini  aydmlaşdırmaq  üçün 

konkret olaraq iki qrup sürücü üzərində aparılan müşahidələri nəzərdən keçirək. 

     I qrup - yüksək ixtisaslı sürücülər; 

    II qrup - orta ixtisaslı sürücülər. 

    Hər iki qrupun sürücüləri eyni markalı avtomobilləri idarə edir, eyni istismar şəraitində və 

eyni  yüklərin  daşınması  ilə  məşğul  olurlar.  Nəticədə  avtomobilin  aqreqatlarının  yürüşü  üçün 

alınan göstəricilər isə müxtəlifdir:  

        I qrup normaya görə.................131% 

        II qrup normaya görə.................76% 

        I qrup II qrupa görə..................173% 

        I  qrupda  yüksək  göstəricilərin  alınması  onunla  izah  edüir  ki,  buradakı  sürücülər 

avtomobilin idarə edilmə üsullarını yaxşı bilir və istismar şəraitindən asılı olaraq bu üsullardan 

ustalıqla  edirlər.  Deməli,  istismar  keyfiyyətlərinin  yaxşılaşdırılmasında  istismarçıların  rolu  çox 

böyükdür.  Belə  məsələlərin  səmərəli  şəkildə  həll  edilməsini  “Nəqliyyat  vasitələrinin  texniki 

istismarı” öyrədir.                                                          



17 

 

 



 

Şəkil  2. Keyfiyyətin struktur sxemi 

 

Bir sıra  göstəricilər üçün , məsələn, məhsuldarlıq, işləmə qabiliyyəti, imtinaya qədər  yürüş 



üçün  istismar  müddətindən  və  ya  nəqliyyat  vasitəsinin  yürüşündən  eksponensial  asılılıq 

xarakterikdir: 

                                  



)

1

(



exp

)

(



1





t

k

P

t

P

К

K

 ,                       (1) , 

burada 

)

(



t

P

K

1



К

P



t

-ci  və  birinci  istismar  ilində  keyfiyyət  göstəricisi; 

k-

  keyfiyyət 

göstəricisinin  zamandan (yürüşdən)  asılı  olaraq  dəyişmə  intensivliyini  müəyyən  edən  əmsal; 

t-

 

istismat müddəti, illər. 



       Nəqliyyat  vasitəsinin  keyfiyyət  göstəricisinin  zamandan  asılı  olaraq  dəyişməsi  daha 

intensiv  olduqca,  onun  istismar  xüsusiyyətləri  daha  tez  pisləşir.Buna  görə  də  bu  göstəricilərin  

qiymətləndirilməsi  istismar  müddəti  nəzərə  alınmaqla  aparılmalıdır. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə