Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri


Diaqnostikanın TQ və CT-in texnoloji prosesində yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə96/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   118
ANİ muhazire konspekti

Diaqnostikanın TQ və CT-in texnoloji prosesində yeri 

 

         Texniki  diaqnostika  təyinatı,  avadanlığı,  aparılma  rejimi  və  TQ-un  texnoloji  prosesində 



yeri və s. xüsusiyyətləri ilə xarakterizə edilir. Diaqnostikanın  ANM-də tətbiq edilməsi nöqteyi-

nəzərindən onun TQ və CT zonalarında tutduğu yerinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 

       Diaqnostika  ilə  digər  istehsalat  zonaları  (TQ,  CT,  dayanacaq)  arasındakı  texnoloji  əlaqə 

diaqnostika  prosesinin  mahiyyətindən  irəli  gəlir.  Belə  ki,  diaqnostika  avadanlığı  ilə  yoxlanılan 

sistemin  texniki  vəziyyətini  qiymətləndirən  diaqnostik  parametr  (S)  ölçülür,  özünün  bııraxıla 

bilən sərhəd ([S]) və TQ-lar arası yürüş içərisindəki ııormativ qiyiməti ilə (



H

S

) müqayisə edilir, 

nəticədə avtomobilin hansı istehsal zonasına ehtiyacı olduğu aydınlaşdırılır (şəkil …). 

 



70 

 

 



 

Şəkil …. Müəssisənin istehsalat zonaları arasındakı texnoloji əlaqə 

 

    Diaqnostikanın  TQ  və  CT-in  texnoloji  prosesində  yeri  müəyyən  edilərkən  istismar  şəraiti, 



müəssisədə  olan  diaqnostik  avadanlığın  miqdarı  və  xüsusiyyəti,  həmçinin  diaqnostika  işlərinin 

ixtisaslaşma dərəcəsi də nəzərdə tutulmalıdır (şəkil … ). 

 

 

Şəkil… Diaqnostikanın TQ və CT-in texnoloji prosesi ilə birlikdə 



təşkilinin universal sxemi 

 

           Sxemdən  göründüyü  kimi  nəqliyyat  prosesini  başa  vurmuş  avtomobillər  müəssisəyə 



gəldikdə əvvəlcə texniki nəzarət postunda (TNB) yoxlanılır və adətən gündəlik qulluq zonasına 

göndərilir.  Bu  zonadan  keçmiş  avtomobillər    gözləmə  zonasına  (müxtəlif  texniki  təsirləri 

gözlədikdə),  yaxud  da  dayanacağa  gedirlər.  D-1-dən  keçən  avtomobillərdə  nasazlıq  aşkar 

edilərsə, onda onlar gözləmə zonası vasitəsilə CT-ə, avtomobillər texniki cəhətdən  sazdırsa,   bu   

halda  dayanacağa   yollanırlar. Gözləmə zonasindan avtomobillər TQ-1, TQ-2, CT, D-l və D-2 

zonalarına gedə bilərlər. 

     TQ-1     və    TQ-2-dən    keçəcək     avtomobillər (əvvəlcədən planlı surətdə tərtib edilmiş 

qrafikə  görə)  uyğun  olaraq    D-l  və  D-2  zonalarında  yoxlanıldıqdaıı  sonar  dayanacağaa 

(avtomobil  sazdırsa)  və  ya  gözləmə  zonasına  (cari  təmirə  ehtiyacı  varsa)  gedirlər.    Avtomobili 

CT-ə hazırlamaq üçün TQ-2 keçəcək avtomobillər D-2-ni 1-2 gün qabaq keçirlər. 

     TQ-1,  TQ-2  və  CT  zonalarından  keçən  avtomobillərdə  yerinə  yetirilən  texniki  təsirlərin 

keyfiyyətini yoxlamaq nəzarət   diaqnostikasından   (ND)   istifadə   edilir. Nəzarət diaqnostikası 

əvəzinə TQ və CT zonalarında yerləşdirilmiş diaqnostika stendlərindən və cihazlarından istifadə 

etməklə də görülən işlərin keyfiyyətini yoxlamaq olar. 




71 

 

    ANM-dəki  avtomobillərin  sayindan  və  tipindən,  diqnostik  avadanlığın  tərkibindən  və 



istehsalat  sahəsindən  asılı  olaraq  D-l-i  TQ-1  ilə  birlikdə  təşkil  etmək  olar.  Bu  halda  D-l-in 

avadanlığı TQ-l-in axın xəttindəkİ postların arasında paylanır. 

     Şəkil  …  -da  TXS-da  diaqnostikanın  TQ  və  CT  zonalarının  texnoloji  prosesində 

yerləşdirilməsinin funksional sxemi  (avtomobillərin  hansı  istehsalat   sahəsindən keçəcəklərini 

xarakterizə edir) verilmişdir. 

    TXS-na daxil olan avtomobillər texniki nəzarət postunda  yoxlanılır,   görüləcək  profilaktika   

və   təmir xarakterli   işlərin  həcmi   müəyyən   edilir.    Avtomobil dayanacaqda saxlanılır və 

müştəri naryad-sifariş yazdırır. Sonra avtomobil yığışdırma-yuma işləri keçməklə (əgər ehtiyacı 

varsa)  və  yaxud  birbaşa  gözləmə  zonaşına  gətirilir.  Oradan  isə  müvafiq  istehsalat  zonasına 

verilir.  Nəhayət,    tələb  olunan  texniki  təsirləri  keçmiş  avtomobil  sahibinə  qaytarılması  üçün 

dayanacağa gətirilir. 

        Müştərinin sifarişi ilə avtomobilin texniki vəziyyəti diaqnostika postlarında (D-l və ya D-2) 

yoxlanıldıqdan  sonra  təmir  ehtiyacı  meydana  çıxarsa,  bu  halda  avtomobil  CT  zonasma 

göndərilir. 

 

 

 



Şəkil … Fərdi minik avtomobilləri üçün diaqnostikanın, TQ-un və CT-in  

                                       texnoloji prosesinin birlikdə təşkil edilmə sxemi 

 

       Diaqnostikanın  TQ  və  CT-in  texnoloji  prosesində  yerinin  düzgün  təyin  ediiməsi  onun 



avadanlığına veriləcək tələbləri müəyyənləşdirməyə imkan verir. Hərəkət təhlükəsizliyini təmin 

edən  mexanizmlərin  diaqnostikası  (D-1)  üçün  yüksək  sürətli,  avtomatik  təsir  edən  texniki 

vasitələr  (avadanlıqlar)  lazımdır.    Avtomobilin    aqreqatlarının  və  mexanizmlərinin  texniki 

vəziyyətlərini  hərtərəfli  yoxlamaq  üçün  (D-2)  onun  dinamiki,  texniki  -  iqtisadi  göstəricilərini 

təyin  etməyə  imkan  verən  və  qaçış  barabanları    olan  dinamometrik  diaqnostika  stendləri 

olmalıdır.  Bu  tələblər  birinci  növbədə  diaqnostikanın  tətbiq  edilməsinin  iqtisadi  səmərəliliyini  

müəyyən  edir.  ANM-də  hərəkət  tərkibinin  texniki  vəziyyətinin  diaqnostikasının  iqtisadi 

səmərəliliyi  isə  tətbiq  edilən  üsuldan,  avadanlıqdan,  onların  istifadə  olunma  dərəcəsindən, 

optimal diaqnostika normalarından və rejimlərindən, həmçinin texnoloji prosesin düzgün təşkil 

edilməsindən asılıdır.   




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə